148 yaşlı
Naxçıvan xalçası nadir nümunədir
“Azərxalça”
ASC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata
görə, aşkarlanan qədim və orijinal nümunələrdən
biri Naxçıvan MR-in Şahbuz rayonunun Biçənək
kəndində 1870-ci ildə toxunmuş xovsuz xalçadır:
"Xalça Cənubi Afrika Respublikasının Yohannesburq
şəhərindəki bir xalça
kolleksiyaçısından alınaraq ölkəmizə gətirilib.
Xalçanın Cənubi Afrika Respublikasından əldə
edilməsi xalçalarımızın tarixən
yayıldığı arealın nə qədər geniş
olduğunu göstərir". Qeyd olunub ki, bu növ xovsuz
xalçalara xalq arasında “şəddə”, “sərəndaz”
da deyilir. Xalça üzərində əks olunmuş naxışlar, simvollar, türk tayfalarına məxsus damğalar qədim zamanlardan bu torpaqlarda yaşamış
insanların dünyagörüşünü,
təbiətə münasibətini,
həyat tərzini, adət-ənənəsini dəqiq
ifadə edir. Əsas
bəzək elementi olaraq Naxçıvan qrupu Azərbaycan xalçalarını səciyyələndirən
dəvə karvanının
seçilməsi də
xalçanın orijinal
bədii göstəricilərindən
biridir. Tədqiqatlar göstərir ki,
dəvə, ana-bala dəvə, dəvə karvanı təsvirləri
olan xovlu və xovsuz xalçalar, xalça məmulatları Naxçıvan
bölgəsində daha
çox toxunub. Bu təsvirlər bölgədə yaşayan
əhalinin ənənəvi
təsərrüfat həyatını
əks etdirir.
Xalça əldə əyrilmiş
yundan hazırlanan, təbii boyalarla boyanan iplərlə toxunub.
Hazırda bir şəxsi
kolleksiyada qorunan, ölçüsü 307 x 172 olan
xovsuz xalçanın
saxlanma vəziyyəti
əladır. İlk
baxışdan sənət
əsəri təsiri
bağışlayan bu
qiymətli nümunənin
unikallığı həm
də odur ki, 140-150 il bundan əvvəl toxunan xovsuz xalçalar nadir hallarda belə salamat qalır.
İki
sahil.- 2018.- 14 iyun.- S.22.