Afrikada 148 yaşlı Azərbaycan
xalçası aşkarlanıb
Azərxalça”
Açıq Səhmdar Cəmiyyəti dünyanın
nüfuzlu muzeylərində, şəxsi kolleksiyalarda, eləcə
də ölkəmizdə şəxsi kolleksiyalarda
saxlanılan qədim və nadir Azərbaycan
xalçalarını aşkara çıxarıb ictimaiyyətə
təqdim edir.
“Azərxalça”
ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən
xəbərə görə,
aşkarlanan qədim və orijinal nümunələrdən biri
də Naxçıvan
diyarının Şahbuz
bölgəsinin Biçənək
kəndində 1870-ci ildə
toxunmuş xovsuz xalçadır. Xalça
Cənubi Afrika Respublikasının Yohannesburq
şəhərindəki bir
xalça kolleksiyaçısından
alınaraq ölkəmizə
gətirilib. Xalçanın
Cənubi Afrika Respublikasından əldə
edilməsi xalçalarımızın
tarixən yayıldığı
arealın nə qədər geniş olduğunu göstərir.
Bu növ
xovsuz xalçalara xalq arasında “şəddə”, “sərəndaz”
da deyilir. Xalça üzərində əks olunmuş naxışlar, simvollar, türk tayfalarına məxsus damğalar qədim zamanlardan bu torpaqlarda yaşamış
insanların dünyagörüşünü,
təbiətə münasibətini,
həyat tərzini, adət-ənənəsini dəqiq
ifadə edir. Əsas bəzək elementi olaraq Naxçıvan qrupu Azərbaycan xalçalarını
səciyyələndirən dəvə karvanının
seçilməsi də
xalçanın orijinal
bədii göstəricilərindən
biridir. Tədqiqatlar göstərir ki, dəvə, ana-bala dəvə, dəvə karvanı təsvirləri
olan xovlu və xovsuz xalçalar, xalça məmulatları Naxçıvan
bölgəsində daha
çox toxunub. Bu təsvirlər bölgədə yaşayan
əhalinin ənənəvi
təsərrüfat həyatını
əks etdirir.
Xalça əldə
əyrilmiş yundan hazırlanan, təbii boyalarla boyanan iplərlə toxunub. Hazırda bir şəxsi kolleksiyada qorunan, ölçüsü 307 x 172 olan
xovsuz xalçanın
saxlanma vəziyyəti
əladır. İlk baxışdan sənət
əsəri təsiri
bağışlayan bu
qiymətli nümunənin
unikallığı həm
də odur ki, 140-150 il bundan əvvəl toxunan xovsuz xalçalar nadir hallarda belə salamat qalır.
İki
sahil.- 2018.- 14 iyun.- S.-12