Ölkəmizin turizm mənzərəsi:
182 ölkədən 847,6
min turist
Son illər Azərbaycanın ümumi
inkişafı ilə
paralel olaraq turizim sahəsi də özünün ən yüksək inkişaf mərhələsini
yaşayır. Düzdür, bu istiqamətdə
görüləcək işlərin
hələ çoxdur.
Lakin təqdirəlayiq haldır
ki, son illərdə dövlət tərəfindən
ən gəlirli sahələrdən sayılan
turizmin inkişafı
üçün ciddi
işlər görülməkdədr.
Sözsüz ki, turizmdə
birinci məsələ
ölkənin regionda və dünyada maksimum səviyyədə
tanıdılmasıdır. Bu mənada Azərbaycanda
keçirilən “Eurovision”, I Avropa Oyunları, Formula-1,
IV İslam Həmrəyliyi
Oyunları və digər beynəlxalq tədbir və sərgilər ölkəmizin
coğrafi məkan kimi dünyaya tanıdılmasında əhəmiyyətli
rol oynayır və ölkəyə turist axınını gücləndirir. Dövlət tərəfindən sözügedən
sahənin inkişafı
ilə əlaqədar
bir sıra əhəmiyyətli islahatlar
aparılır, Dövlət
proqramları qəbul
edilir. “Azərbaycan
Respublikasında 2007-2016-ci illər
üçün turizmin
inkişafına dair Dövlət Proqramı” müvafiq normativ-hüquqi
aktlarda nəzərdə
tutulmuş müddəalara
uyğun turizmdə dövlət siyasətinin
həyata keçirilməsini,
onun ölkə iqtisadiyyatının öncül
istiqamətlərindən biri
kimi tanınmasını
və səmərəliliyinin
artırılmasını təmin
edib. Digər tərəfdən, Prezident
İlham Əliyevin
2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda ixtisaslaşmış turizm
sənayesinin inkişafına
dair Strateji Yol Xəritəsi” ümumilikdə ölkədə
turizmin inkişafına
daha geniş yollar açıb.
Təbii ki, qarşıda
görüləcək işlər
çox olsa da, hazırkı mərhələdə həyata
keçirilən tədbirlər
öz bəhrəsini
verməkdədir. Dövlət Statistika
Komitəsinin məlumatına
əsasən, 2018-ci ilin
yanvar-aprel ayları ərzində Azərbaycana
dünyanın 182 ölkəsindən
847,6 min və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz
çox turist gəlib. Gələnlərin
28,3 faizi Rusiya, 21,9 faizi Gürcüstan, 13,4 faizi İran, 11,3 faizi Türkiyə, 4,6 faizi Birləşmiş Ərəb Əmirlikləri,
2 faizi Ukrayna, 1,9 faizi İraq, 16,5 faizi isə digər ölkələrin
vətəndaşlarıdır. Onların 66,8 faizini kişilər, 33,2 faizini isə qadınlar təşkil edib. Turistlərin 22 faizi yanvar, 19,6 faizi fevral,
32,7 faizi mart, 25,7 faizi
isə aprel ayında ölkəmizə
səfər edib.
Cari ilin yanvar-aprel
aylarında Körfəz
ölkələrindən gələnlərin
sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəmizə
gələn Küveyt
vətəndaşlarının sayı 6,4, Bəhreyn vətəndaşlarının sayı 2,6, Qətər vətəndaşlarının sayı 2 Səudiyyə Ərəbistanı vətəndaşlarının
sayı 2,2, Oman vətəndaşlarının
sayı 1,6, İraq vətəndaşlarının sayı 1,6, Birləşmiş
Ərəb Əmirlikləri
vətəndaşlarının sayı 1,2 dəfə artıb.
2018-ci ilin yanvar-aprel aylarında ölkəmizə Avropa İttifaqı və MDB ölkələrindən gələnlərin
sayında da ciddi artım müşahidə olunub. Belə ki, müvafiq olaraq Avropa ölkələrindən
gələnlərin sayı
12,4 faiz artaraq 32 min nəfər, MDB ölkələrindən
gələnlərin sayı
isə 9,4 faiz artaraq 284,9 min nəfər
olub.
Taleh Bağırov
İki
sahil.- 2018.- 22 iyun.- S.12