“Ruhun həsrəti” filminin təqdimatı olub
Müasir hərb tariximizin şanlı səhifələrindən olan
2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanı
- şəhid polkovnik-leytenant
Raquf Orucovun həyat yoldaşı Sevinc xanımın titrək səsi və nisgilli xatirələri hər kəsdə kövrək duyğular oyadır. Munis bir
sevginin təsirli ifadəsini igid kəşfiyyatçını hərbçi və vətəndaş, dost və
sirdaş kimi yaxından tanıyan müxtəlif insanların
söhbətləri əvəz
edir. Ancaq onlar da özlərini nə qədər toxtaq tutmağa çalışsalar
da, bu, bəzən
mümkün olmur.
Şərəfli zabit
ömrü yaşayan
və canını Vətən uğrunda qurban verən Raquf Orucovun döyüş və qəhrəmanlıq yolu, torpağa sədaqəti onu tanıyan hər kəsin qəlbini iftixar hissi ilə doldursa da, itkisi
ürəkləri göynədir...
AZƏRTAC xəbər
verir ki, Aprel döyüşlərində
böyük şücaətlər
göstərmiş Raquf
Orucova həsr olunmuş “Ruhun həsrəti” filminin Beynəlxalq Mətbuat Mərkəzində keçirilən
təqdimat mərasimi
məhz belə məqamları ilə yadda qalıb.
Filmdə şəhid kəşfiyyat komandirinin həyat yoldaşı, ailə üzvləri, döyüş yoldaşları,
həmkəndliləri və
tanınmış ziyalıların
xatirələri əks
olunub, kadrlar bir-birini əvəz etdikcə onun keçdiyi həyat və döyüş yolu ilə bağlı
səhnələr, epizodlar,
xatirələr göz
önündə canlanıb.
Təqdimat mərasimini açan
Mətbuat Şurasının
sədri, Milli Məclisin deputatı Əflatun Amaşov yeni ekran əsərinin
“Bitməyən müharibənin
qəhrəmanları” silsiləsindən
növbəti film olduğunu
bildirib, “Murov qartalı” kimi tanınan kəşfiyyatçı
Raquf Orucovun mübariz və qorxmaz keyfiyyətləri barədə danışıb.
Filmin nümayişindən sonra
çıxış edən
Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva
Vətəni canından
artıq sevən qəhrəmanın xatirəsinin
hər cür hörmət və ehtirama layiq olduğunu bildirib, ibrətamiz ömür
yolunu gənc nəsil üçün əsl örnək hesab etdiyini söyləyib.
“Kaspi” qəzetinin
təsisçisi, filologiya
üzrə fəlsəfə
doktoru Sona Vəliyeva qeyd edib ki, gənc
nəsil Vətən uğrunda canlarından keçən qəhrəmanları,
o cümlədən Raquf
Orucovu yaxından tanımalıdır. Təqdimatı keçirilən film bu baxımdan xüsusi önəmə malikdir.
Milli Məclisin deputatları Sona Əliyeva və Aqil Abbas
Aprel döyüşlərinin
Azərbaycan Ordusunun öz torpağını düşmən tapdağı
altında qoymayacağını
sübut etdiyini bildirib, Raquf Orucov kimi oğullarımızın
qəhrəmanlığının bu inam hissini
daha da gücləndirdiyini
qeyd ediblər.
Professor Cahangir Məmmədli, Beynəlxalq
Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Ağdam Rayon İcra Hakimiyyəti başçısının
müavini Arzu Rəhimova, jurnalistlər Aynur Camalqızı, Aida Eyvazlı, Zaur Əhməd və başqaları filmin gənc nəslə aşılayacağı vətənpərvərlik
hissi barədə danışıblar.
Şəhid polkovnik-leytenantın qardaşı Zabil Orucov “Veysəloğlu” şirkətlər qrupunun
təşəbbüsü ilə hazırlanan filmin təqdimatında iştirak edənlərə
təşəkkür edib.
“Ruhun həsrəti”
filminin ssenari müəllifi Sevinc Orucova, layihənin rəhbərləri Əflatun
Amaşov və Bəxtiyar Qaracadır.
İki sahil.-
2018.- 28 iyun.- S.10.