Yunus Oğuzla
“İmzalı görüş”
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı
çərçivəsində keçirilən “İmzalı
görüş” layihəsi
üzrə “Olaylar” İnformasiya Agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktoru, yazıçı
Yunus Oğuzla görüş keçirilib.Qonaqları
salamlayan Fondun nümayəndəsi Oktay Səmədov “Mədəni
maarifləndirmə” proqramı
çərçivəsində görülən işlər
barədə məlumat
verib, “İmzalı görüş” layihəsi
çərçivəsində gənclərin yazarlarla təşkil edilmiş görüşlərindən danışıb.O.
Səmədov deyib ki, yeniyetmələrin və gənclərin mütaliəyə
marağını stimullaşdırmaq
üçün onların
çağdaş dövrün
tanınmış simaları
ilə görüşlərinin
təşkili vacibdir.Görüşdə
akademik Nizami Cəfərov Yunus Oğuzun roman yaradıcılığı
barədə söhbət
açıb, tələbələr
qarşısında onun
əsərlərini analiz
edib. N. Cəfərov
bildirib ki, Yunus Oğuz əsasən tarixi romanların müəllifi
kimi tanınır. Onun romanları bədii üsulla olsa da həm
tariximizin öyrənilməsində,
həm də vətənpərvərlik hisslərinin
aşılanmasında mühüm
təsirə malikdir.Sonra söz Yunus Oğuza verilib. Yazıçı tarixi mövzuda roman yazmağın zərurətindən
danışaraq, müəllifi
olduğu əsərlər
barəsində ətraflı
məlumat verib.
Görüş sual-cavab formatında davam edib. Sonda müəllifin
imzalı kitabları iştirakçılara hədiyyə
olunub.
Qeyd edək ki, Bilik
Fondu tərəfindən
təşkil edilən
“İmzalı görüş”
layihəsi çərçivəsində
Milli Məclisin deputatı, yazıçı-publisist
Aqil Abbas, yazıçı-publisist
Rəşad Məcid,
Xalq yazıçısı
Çingiz Abdullayev, şair-tərcüməçi Səlim Babullaoğlu, uşaq yazarları Sevinc Nuruqızı, Aygün Bünyadzadə və Mehriban Nağıyeva ilə görüşlər keçirilib.
Taleh Turqut
İki
sahil.- 2018.- 3 mart.- S.13.