BSU-da
Belarus təhsil günləri
Bakı
Slavyan Universitetində
(BSU) Azərbaycanda Belarus Təhsil Günləri çərçivəsində "Azərbaycan və Belarus ali təhsilinin beynəlmiləlləşdirilməsi” adlı tədbir keçirilib. Tədbirdə
iştirak etmək üçün Belarus Respublikasının
Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq
İdarəsinin konsultantı
Olqa Xatkeviç, Maksim Tank adına
Belarus Dövlət
Pedoqoji Universitetinin rektoru Aleksandr Juk, P.O.Suxoy adına Qomel Dövlət Universitetinin
(QDU) prorektoru Aleksandr Sıçev, Fransisko Skorin adına QDU-nun prorektoru Yuriy Nikityuk, Yanka Kupala adına Qrodnensk Dövlət Universitetinin prorektoru Yuriy Belıx, Belarus Dövlət İnformatika
və Elektornika Universitetinin prorektoru Dmitriy Kuznetsov, Belarus Milli Texniki Universitetin Beynəlxalq Əməkdaşlıq
və Xarici İqtisadi Fəaliyyət
İdarəsinin mütəxəssisi
Anna Yablonskaya və
Belarus Təhsil Nazirliyinin,
həmçinin Balarusda
fəaliyyət göstərən
ayrı-ayrı universitetlərin
rəhbərliyində təmsil
olunan şəxslər iştirak ediblər. Bundan əlavə, Trend
İnformasiya Agentliyinin
baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, professor Şahlar
Əsgərov, A zərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və digər şəxslər tədbirə
qatılıblar.
Universitetin foyesində Azərbaycanın
milli adət-ənələrinə
uyğun, duz-çörəklə
qarşılanan qonaqlar
BSU tələbələrinin hazırladığı konsert
proqramına tamaşa
ediblər. Tədbirdə Belarus milli rəqsi "Kupalinka” nümayiş olunub, S.Vurğunun "Azərbaycan” şeiri həm Azərbaycan dilində, həm də Maksim Tankın tərcüməsində
Belarus dilində səsləndirilib.
Ttələbələrin ifasında İqor
Timakovun "Belaya, belaya
rus” və BSU-nun Məktəb-Lisey Kompleksinin
şagirdi Aysel Məmmədovanın ifasında
"Sarı gəlin” mahnısı
dinlənilib. Sonda BSU-nun "Arzu” rəqs ansamblının hazırladığı
Azərbaycan xalq rəqsi təqdim olunub.
Sonra qonaqlar
BSU-da fəaliyyət göstərən
Belarus dili və mədəniyyət mərkəzində
olmuş, burada Belarus xalqının keçdiyi
tarixi yol, Azərbaycan-Belarus əlaqələrinin
inkişaf mərhələləri,
milli-etnoqrrafik xüsusiyyətləri
əks etdirən slaydlara tamaşa etmişlər.
Tədbir dəyirmi masa ilə davam edib. Dəyirmi masada
Bakı Slavyan Universitetinin rektoru,
professor Nurlana Əliyeva
BSU-nun Belarus ali məktəbləri
ilə əməkdaşlığının
bu günkü vəziyyəti və perspektivləri barədə
geniş məruzə
ilə çıxış
etmiş, xalqlarımızı
bir-birinə yaxınlaşdıran
dəyərlərdən söhbət
açmışdır. O, Azərbaycanın Belarus Respublikası
ilə əlaqələrinin
tarixinə nəzər
salaraq hər iki ölkənin bütün zamanlarda qarışılıqlı etimad
və etibara əsaslanan əməkdaşlığı
barədə tarixi faktlar səsləndirib. Rektor Sovet İttifaqı
dağıldıqdan sonra
Azərbaycan Respublikasının
Belarus ilə Müstəqil
Dövlətlər Birliyində
(MDB) təmsil olunduğunu,
Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində
hər iki keçmiş sovet respublikasının müstəqil
dövlət kimi bir-birinə daha da yaxınlaşdığını bildirib. O, Belarus Prezidenti Aleksandr Lukaşenkonun vaxtilə BSU-da olduğunu,
universitet tələbələri
ilə görüşdüyünü
xatırladaraq, hazırda
BSU-da Belarus mərkəzinin, Belarusun bir çox
univesitetlərində isə
Azərbaycan mərkəzlərinin
fəaliyyət göstərdiyini
vurğulayıb. N.Əliyeva bu
gün Azərbaycanın
dövlət başçısı
İlham Əliyevin yürütdüyü xarici
siyasətin ölkələrimiz
arasında dostluq və əməkdaşlığın
genişlənməsinə yönəldiyini qeyd edib.
Maksim
Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin rektoru Aleksandr Juk "Belarus və Azərbaycan dilləri Belarus və Azərbaycan Respublikası
arasında əməkdaşlığın
inkişafı və möhkəmlənməsi faktoru
kimi” adlı məruzə ilə çıxış edərək
ölkələrimiz arasındakı
əlaqələrin bundan
sonra daha intensiv xarakter alacağını deyib. Rektor çıxışında
universitetlər arasında
müəllim-tələbə mübadiləsinin, birgə
elmi-pedoqoji layihələrin
həyata keçirilməsi
barədə məlumat
verib. A.Juk həmçinin BDPU-da çalışan Azərbaycanlı
alimlərin fəaliyyətinə
yüksək dəyər
verib.
Sonra tədbirdə P.O.Suxoy
adına Qomel Dövlət Universitetinin prorektoru Aleksandr Sıçev "Elmi tədqiqatların beynəlmiləlləşdirilməsi”,
Fransisko Skorin adına Qomel Dövlət Universitetinin prorektoru Yuriy Nikityuk "Fransiska Skorin adına Qomel Dövlət Universitetinin nümunəsində
ali təhsilin beynəlmiləlləşməsi kontekstində fasiləsiz təhsil”, BSU-nun prorektoru Telman Cəfərov "Azərbaycan-Belarus
ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi
və inteqrasiyası prosesinin imkanları”, Yanki Kupala adına
Qrodnensk Dövlət Univesitetinin prorektoru Yuriy Belıx "Təhsil müəssisələrində
xarici tələbələrin
adaptasiyası”, BSU-nun
multikulturalizm kafedrasının
müəllimi Maya
Cəfərquliyeva "Multikulturalizm
Azərbaycanın ali təhsil müəssisələrində
tədris prosesinin komponenti kimi” və s. məruzələrlə çıxış
ediblər. BSU-nun müəllimi, professor Rəhilə Quliyeva Azərbaycan-Belarus xalqlarının ümumi milli-mənəvi dəyərlərindən
danışaraq, birləşdirici
ortaq cəhətlərdən
biri kimi hər iki xalqın
baharla bağlı bayramlarının analoji xüsusiyyətləri
barədə məlumat
verib.
Tədbirin sonunda
Bakı Slavyan Universiteti və Maksim Tank adına Belarus Dövlət Pedoqoji Universiteti arasında əməkdaşlıq
barədə müqavilə
imzalanıb.
Zamin Məmmədov
İki
sahil.- 7 mart.- S.7.