Milli teatrımız bu
gün də, gələcəkdə də
yaşayacaq
145 il bundan əvvəl -
1873-cü il mart ayının 10-da Bakıda
Mirzə Fətəli
Axundzadənin “Lənkəran
xanının vəziri”
komediyasının səhnəyə
qoyulması ilə Azərbaycan peşəkar
milli teatrının əsası qoyulmuşdur.
Azərbaycanda teatr sənətinin,
xalq teatrımızın
tarixi çox-çox
qədimlərdən başlayır.
Qobustan, Gəmiqaya rəsmlərinə əsaslanaraq
qeyd etmək olar ki, Azərbaycan
ərazisində teatr ənənələri qədim
dövrlərə gedib
çıxır. Xalqımızın
yaratdığı xalq oyunları, xalq komediyaları, meydan və qaravəlli tamaşaları, bayram məzhəkələri teatr
sənətimizin ilk nümunələri kimi çox maraqlıdır. Xalqımızın yaradıcı
təfəkkürünü əks etdirən, folklorumuzun zənginliyini ortaya qoyan bu
tamaşalar peşəkar
milli teatrın yaranmasında əhəmiyyətli
rol oynamışlar. Azərbaycan milli teatrının yaradılmasında
Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun xüsusi
xidmətləri olmuşdur.
Yaxın
Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi
dəyərlərinin qorunmasında,
təbliğində, estetik
zövqün formalaşmasında,
maariflənmənin sürətlənməsində
mühüm vəzifələr
yerinə yetirərək
mütərəqqi ideyaların
əsl carçısına
çevrildi. Ümummilli
lider Heydər Əliyev Azərbaycan milli teatrının qazandığı böyük
nailiyyətlərlə bağlı
deyirdi: “Teatrımızın
böyük tarixi, böyük ənənələri,
gözəl nümunələri
var. Milli teatr bu gün
də, gələcəkdə
də yaşayacaqdır”.
Mədəniyyət tariximizin parlaq səhifələrini şərəflə
yazan milli teatrımız dövlət
müstəqilliyimizin bərpasından
sonra öz inkişafının yeni mərhələsinə qədəm
qoydu. Milli teatra diqqət
və qayğı daha da artırıldı.
Aktyor və rejissorların səmərəli,
mükəmməl fəaliyyət
göstərməsi üçün
teatr binalarının
təmiri və bərpasına başlanılmış,
eləcə də yaradıcı kollektivlərin
əməkhaqları dəfələrlə
artırılmış,
ayrı-ayrı istedadlı,
görkəmli sənətkarlara
fəxri adlar, mükafatlar, Prezident təqaüdü verilmişdir.
Azərbaycan teatrının beynəlxalq
əlaqələri də
genişlənmişdir. Respublikada fəaliyyət
göstərən 27 dövlət
teatrının və
bu şəbəkəyə
daxil olan digər qurumların səmərəli fəaliyyətini
təmin etmək məqsədilə dövlət
onlara hər cür qayğı göstərir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev də teatr sənətinin
inkişafına xüsusi
diqqət göstərir,
bu sahədə səmərəli islahatlar
həyata keçirir.
Dövlət başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında”
19 fevral 2007-ci il tarixli, “2009-2019-cu illərdə
Azərbaycan teatrının
inkişafı Dövlət
Proqramı”nın təsdiq
edilməsi haqqında”
18 may 2009-cu il tarixli sərəncamları
bunu bir daha təsdiq edir. Azərbaycan teatrının inkişaf
perspektivlərini müəyyənləşdirən
bu dövlət sənədləri milli-mədəni
sərvətimizə çevrilən
səhnə sənətimizin
yaradıcılıq ənənələrinin
qorunmasında, teatrların
maddi-texniki bazalarının
gücləndirilməsində mühüm əhəmiyyətə malikdir.
Ötən 145 il ərzində milli teatrın inkişafında fədakarcasına
yaşayıb-yaratmış insanların mənalı həyat yolu heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə sənət korifeyləri xatırlanır,
onların təcrübəsi,
qoyub getdikləri mənəvi irs öyrənilir.
Mənsumə Babayeva
İki
sahil.- 2018.- 10 mart.- S.16.