Xanım jurnalistlər arasında
keçirilən müsabiqənin
qalibləri mükafatlandırıldı
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və
"Kaspi" qəzetinin
8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanım jurnalistlər arasında "Azərbaycanın
maarifçi qadınları"
mövzusunda keçirdiyi
fərdi jurnalist yazıları müsabiqəsinin
qalibləri mükafatlandırılıb.
Mükafatlandırılma mərasimində "Kaspi"
Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi"
qəzetininin təsisçisi,
Azərbaycan Respublikası
Milli Televiziya və Radio Şurasının
sədr müavini Sona xanım Vəliyeva, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Mətbuat Şurasının sədri,
Fəxri mədəniyyət işçisi Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti
Yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun İcraçı direktoru,
Azərbaycan Respublikasının
Əməkdar mədəniyyət
işçisi Vüqar
Səfərli, Əməkdar
jurnalist, şairə,
publisist Telli Pənahqızı, "APA Holdinq”in
rəhbəri Vüsalə
Mahirqızı iştirak
ediblər.
Bilik Fondunun
icraçı direktoru
O.Səmədov əsrlər
boyu Azərbaycan qadınının cəmiyyətimizin
mənəvi dəyərlərinin
formalaşmasında və
inkişafında rolundan
bəhs edərək bütün xanımları
Beynəlxalq Qadınlar
Günü münasibəti
ilə təbrik edib. İlk dəfə xanım jurnalistlər arasında keçirilən
müsabiqədən bəhs
edən icraçı
direktor bildirib ki, ötən il dekabrın 8-də elan olunan müsabiqəyə
fevralın 8-də yekun
vurulub. Bu müddət ərzində
Təşkilat Komitəsinə
26 yazı daxil olub. Yazılarda Azərbaycanın tanınmış
maarifçi xanımlarının
həyat yolu və fəaliyyəti geniş işıqlandırılıb.
Yazıların hamısı
ilə tanış olduğunu diqqətə çatdıran O.Səmədov
vurğulayıb ki, müsabiqənin nəticəsi
olaraq dərc olunan toplu gələcək
araşdırmalar üçün
mənbə rolunu oynayacaq.
O.Səmədov maraqlı təklif də səsləndirib. İcraçı direktor nəşr olunan toplunun bölgələrdə
təqdimat mərasimlərinin
keçirilməsinin vacibliyinə
toxunaraq, Fondun tarixdə böyük işlərə imza atan xanımlar haqqında cəmiyyətə
ətraflı bilgilər
verməyə hazır
olduğunu söyləyib.
O.Səmədov həmçinin
toplunun müxtəlif
dillərə tərcümə
olunması ehtiyacına
da toxunub.
“Kaspi” qəzetinin təsisçisi S.Vəliyeva
müsabiqədə iştirak
edən xanım jurnalistlərə minnətdarlığını
bildirərək qeyd edib ki, onların
yazıları həm
keçmiş, həm
indi, həm də gələcək nəsillər arasında maarifləndirmə körpüsüdür.
Müsabiqəyə
qatılan hər bir xanım jurnalistin qalib olduğunu diqqətə çatdıran S.Vəliyeva
əsas mükafatlara layiq görülənlərin
bu qalibiyyəti bütün Azərbaycan xanımlarına həsr etdiyini deyib.
“Kaspi”
qəzetinin təsisçisi
müsabiqəyə daxil
olan yazılardan ibarət toplunun Bilik Fondu tərəfindən
nəşr olunduğunu
xatırladıb.
Çıxış edənlər - Mətbuat Şurasının sədri
Əflatun Amaşov,
KİV DF-nin İcraçı
direktoru Vüqar Səfərli, Əməkdar
jurnalist Telli Pənahqızı, Azərbaycan-Türkiyə
Evinin və Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, "APA Holdinq”in
rəhbəri Vüsalə
Mahirqızı,
tanınmış jurnalist-publisist
Flora Xəlilzadə Azərbaycan maarifçi xanımlarının cəmiyyətdəki
danılmaz rolunun daha geniş işıqlandırılmasının vacibliyini vurğulayıblar.
Bildirilib ki, belə müsabiqələrin
mütəmadi keçirilməsi
maarifçi qadınlarımızın
fəaliyyətinə işıq
saçar.
“Azərbaycanın maarifçi
qadınları” toplusunda
akademik Zərifə Əliyeva, şərqşünas
alim Aida İmanquliyeva, Pəri Topçubaşova, Hənifə
Məlikova, Şəfiqə
Əfəndizadə, Sara
Aşurbəyli, Sona Tağıyeva, Məryəm
Bayraməlibəyova və
digər tanınmış
xanımlar barəsində
maraqlı yazılar əksini tapıb.
Sonda
müsabiqə qaliblərinin
adları açıqlanıb.
Birinci yerə Azərbaycan
Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) müxbiri Ülviyyə Heydərova, ikinci yerə, “Sputnik” saytının müxbiri İradə Cəlilova və Modern.az saytının
müxbiri Gülşən
Qasımova, 3-cü yerə
“İqtisadiyyat” qəzetinin
müxbiri Mətanət
Hüseynova, Teleqraf.com informasiya agentliyinin əməkdaşı Nərgiz
Cavadzadə və “Xalq qəzeti”nin müxbiri Ülviyyə Niftəliyeva layiq görülüblər.
Qaliblərə
pul mükafatı və hədiyyələr
təqdim olunub.
Şəfiqə
Dadaşova
İki
sahil.- 2018.- 8 mart.- S.9.