Gənclər gələcəyimizdir

Günbəgün gözəlləşən, tarixin canlı salnaməsinə çevrilən ulu diyarımızı müstəqillik illərindən əvvəlki vaxtı ilə müqayisə edəndə sanki bir möcüzə ilə qarşılaşırsan. Ulu Öndər siyasətinə sədaqət, xalqa, millətə məhəbbət Naxçıvanı başdan-başa dəyişib. Hüsnünə insan əllərinin qüdrətindən naxışlar vurulub. İnsan zəkası və dövlət qayğısı ilə inkişaf edən Naxçıvan Muxtar Respublikasının Babək rayonu da digər rayonlarımız kimi inkişaf edir, böyüyür, abadlaşır.

1978-ci il oktyabrın 23-də təşkil olunmuş rayona xalq qəhrəmanı Babəkin adının verilməsi ulu öndərimizin qətiyyətinin daim azərbaycançılıq mövqeyində dayanması istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi idi.

Sevindirici haldır ki, Ulu Öndərimizin qayğısı ilə yaradılan Babək rayonunda aparılan abadlıq, yenidənqurma, tikinti-quruculuq işləri rayonun simasını tamamilə dəyişmişdir. Bunu rayona yolu düşən hər kəs təsdiq edə bilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Bu gün ölkəmizin bütün guşələrində Heydər Əliyevin nişanələri, yadigarları vardır. Onlardan biri də xalqımızın böyük oğlunun himayəsi ilə təşkil olunan Naxçıvan Muxtar Respublikasının Babək rayonudur”.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında Babək rayonunun təşkil olunmasının 40 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 16 fevral 2018-ci il tarixdə rayonun 40 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam rayonun gəncləri tərəfindən də böyük rəğbətlə qarşılanıb.

Böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi vaxtilə demişdir: “Hər bir yerin qəzeti gərək o yerin ayinəsi olsun”. Rayonda fəaliyyət göstərən “Şərqin şəhəri” qəzeti də öz funksiyasını lazımi şəkildə yerinə yetirir.

Muxtar Rzazadə, “Şərqin səhəri” qəzetinin baş redaktoru:

 

əb xilafətinə qarşı döyüşə həsr etmiş, ərəb xilafətinin 6 böyük ordusunu məhv etmiş bir sərkərdənin adını əbədiləşdirmək məhz ulu öndər Heydər Əliyevə nəsib olmuşdur. Ötən 40 il ərzində Babək rayonu böyük bir inkişaf yolu keçib. Muxtar respublikanın iri yaşayış məntəqələrindən olan bu rayon bu gün hərtərəfli inkişafı ilə diqqəti cəlb edir. Bu inkişaf prosesi müstəqillik illəri ilə bağlıdır. Bu gün baxsaq görərik ki, Babək rayonunda abadlaşmayan çox az sayda kənd qalıb.

“Şərqin səhəri” qəzeti olaraq üzərimizə düşən ən mühüm vəzifələrdən biri budur ki, rayonun inkişaf salnaməsini yaradaraq gələcək nəsillərə ötürək. Bu bizim qarşımızda duran ən böyük vəzifələrdən biridir. Bu gün muxrar respublikamızda mətbuat orqanları dövlətimizin qayğısı ilə əhatə olunub, bu bir reallıqdır. Çünki cəmiyyətdə mətbuatın rolu hər zaman üstün tutulub. Tarixi şəxsiyyətlərimizdən olan Səməd bəy Mehmandarovun belə bir sözü var: - mətbuatı bağlamaqdansa, parlamenti bağlamaq lazımdır. Yəni cəmiyyətdə mətbuatın rolu parlamentin rolundan yüksəkdir. Təbii ki, bu sözlər 1918-20-ci illərdə deyilib. Amma ümumilikdə götürsək mətbuatın rolu çox böyükdür. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun sözləri ilə desək, jurnalistlər bu günün salnaməçiləridirlər. Yəni bugünkü yazılan inkişaf tarixini olduğu kimi gələcək nəsillərə ötürmək lazımdır. Bu mənada rayonun mətbuat orqanlarının üzərinə də mühüm vəzifələr düşür. Bugünkü inkişaf, tərəqqi, yenilik, müasirlik öz əksini olduğu kimi qəzet səhifələrində tapmalıdır. Bu il rayonda abadlıq-quruculuq işləri geniş vüsət alacaq. Görülən tədbirlərin davamı olaraq rayonun düşmənlə üzbəüz yerləşən sərhəd məntəqələri olan Yuxarı Buzqov və Aşağı Buzqov kəndlərində kompleks quruculuq işlərinin aparılması nəzərdə tutulub. Bu, bölgə sakinlərinə göstərilən qayğının davamıdır.  Bundan əlavə, Babək qəsəbəsindəki məscidin bərpası nəzərdə tutulub. “İmamzadə” türbəsində bərpa işlərinin aparılması da diqqətdə saxlanılıb. Bu işlər həm də 2018-ci ildə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olmasına bir töhfədir. Naxçıvana üz tutan turistlər Naxçıvandakı türk-islam mədəniyyəti abidələrinin gözəlliyinə şahid olacaqlar. Onlar Naxçıvandakı İslam Mədəniyyəti abidələrinin  necə hifz olunduğunu, necə sahib çıxıldığını görəcəklər. Təbii ki, bunların əsasında müstəqillik illərinin uğurları dayanır. 

Arzu Qasımov, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru:

yaradılır. Biz gənclər yaradılan şəraitdən elə istifadə etməliyik ki, Vətənimiz, millətimiz, dövlətimiz üçün daha uğurlu fəaliyyət göstərmiş olaq. Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildən fəaliyyət göstərir. Muzey rayonda ən çox üz tutulan mərkəzlərdən birinə çevrilmişdir. Muzeydə rayonun tarixi, mədəniyyəti qorunub yaşadılır və gələcək nəsillərə təbliğ olunur. Muzey əməkdaşları əhalinin artan mənəvi tələbatını dolğun şəkildə ödəmək üçün hər cür imkanlardan istifadə edir. Muzeyin əsas siması isə bələdçidir. Bələdçi muzey haqqında məlumatları gələn qonaqlara çatdırmalıdır. Ona görə də biz bələdçilərin geniş dünyagörüşünə malik olmasını, onların Azərbaycan və dünyanın qabaqcıl muzeylərində gedən iş prinsiplərini öyrənməsini tələb edirik. Muzeyə ekskursiyaya  gələnlər daha çoxdur. Biz onların suallarını dolğun cavablandırırıq.

Bu gün muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısı Babək rayonunda da uğurla həyata keçirilir.

Aytəkin Babayeva, müəllimə:

Tarixən hər  bir xalq  öz gələcəyini  gənclərlə  bağlamışdır. Hər bir    ölkənin həyatında  gənclərin rolu  böyükdür. Gənclər ölkənin  iqtisadi, mədəni sahəsində  əllərindən gələni  edirlər və MR-də  də bu, belədir. Gənclər bir sıra sahələrdə fəallıq göstərirlər.

Azərbaycan Respublikasında  gənclər siyasətinin  əsası ulu  öndər  Heydər Əliyev tərəfindən qoyulmuşdur. O,  həmişə gənclərə önəm vermiş,  ümid bəsləmişdir. Dəfələrlə qeyd etmişdir ki,  Azərbaycanın gələcəyi məhz gənclərin  əlindədir. Əsası Ulu Öndər tərəfindən  qoyulan  gənclər siyasəti bu gün də Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.  Onun yüksək  diqqət və qayğısı  nəticəsində  Azərbaycan  gəncləri  fəallıq  nümayiş  etdirirlər.

Tusi Həsənli, müəllim:

Ümummilli liderimiz Heydər Əliyev hələ o zaman başa düşürdü ki, bu rayonun yaradılması çox vacibdir və bilirdi ki, özülü çürük olan imperiya dağılacaq və müstəqil Azərbaycan dövləti yaranacaq. Azərbaycan xalqının mənəvi dəyərlərinə qayıtması üçün məhz Azərbaycanın qəhrəman oğlu Babəkin adını bu rayona verdi. Rayon Babək qəhrəmanlığını, Babək şücaətini özündə göstərdi. Daim Ümummilli Liderin ənənələrinə sadiq qaldı.

Mən bir təhsil işçisi olaraq qeyd edə bilərəm ki, bu gün biz gənclərə məktəblərdə gözəl şərait yaradılıb. Bu şərait inkişaf etmiş dövlətlərdə belə yoxdur. Naxçıvan MR-in ərazisində gənclərin potensial imkanlarının üzə çıxarılması üçün hər cür şərait yaradılmışdır. Bu da bizim gələcəyimizin etibarlı əllərdə olduğunu göstərir. Biz gənclərin üzərinə düşən vəzifə milli dəyərlərimizə bağlılığı nümayiş etdirməkdən ibarətdir. Milli dəyərlərə bağlılıq bizim ilk öncə soykökümüzdən irəli gəlir. Ümummilli lider  Heydər Əliyev deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam”.

Azərbaycanın daim çiçəklənməsi, bayrağımızın yüksək zirvələrdə dalğalanması, ordumuzun zəfər çalması üçün əlimizdən gələn bütün fürsətdən yararlanmalı və dəyərləndirməliyik. Biz şagirdlərimizi elə yetişdirməliyik ki, millətə, Vətənə daim xeyirli və sədaqətli övladlar olsunlar.                     

Natiq Məhəmmədli, həkim-oftalmoloq:

-Naxçıvan şəhəri “Gənclər Paytaxtı” seçilib. Həqiqətən də gənclərə göstərilən qayğı təqdirəlayiqdir. Bir ildən artıqdır ki, Babək rayonunda işləyirəm. Pasiyentlərə öz köməyimi göstərməyə çalışıram. Əsas müraciətlər gözlərin zəifləməsi ilə bağlıdır. Bunun da əsas səbəbi kompyuter, texnologiyanın inkişafından kor-koranə istifadə ilə bağlıdır.  Qoruyucu eynəklərdən istifadə etmədikdə gözlərin zəifləməsi halları müşahidə olunur. Bu kimi xəstəliklərin  qarşısının alınması üçün Naxçıvanda mühüm tədbirlər görülür. Qonşu ölkələrdə təcrübə mübadiləsində olmağımız işimizə xeyir verir. Bundan mən də yararlanmışam. Ötən il Türkiyənin Ərzincan şəhərində təcrübədə oldum. Bəhrəsi çoxdur. Çalışıram öyrəndiklərimi xəstələrimə tətbiq edim, onların sağlamlıqlarına  qovuşmasına yardımçı olum.

Elnur Abbasov, YAP Babək rayon gənclər təşkilatının sədri

- Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafının davamlı xarakter daşıması, dövlətçiliyin və müstəqilliyin qorunması Yeni Azərbaycan Partiyasının platformasının təməl prinsipidir. Ötən dövr ərzində Ümummilli Liderimizin müəyyən etdiyi prinsiplərə əsaslanmaqla hər bir partiya üzvü rayonda aparılan dövlətçilik və quruculuq işlərində yaxından iştirak edir. Babək rayonu böyüyüb inkişaf etdikcə YAP Babək rayonu təşkilatı da böyüyərək, təşkilatlanaraq öz sıralarını genişləndirir. Hazırda təşkilatın 6748 nəfər üzvü vardır ki, onlardan da 2292 nəfərini gənclər təşkil edir. Təsadüfi deyil ki, rayonun idarə, müəssisə və təşkilatlarında çalışanların əksəriyyətini gənclər təşkil edir. Rayon gəncləri istər MR, istərsə də ölkədə baş verən yeniliklərin  şahidi olur, inkişafdan geri qalmırlar. Dövlətin gənclərə göstərdiyi qayğıya əməli işimizlə cavab verməyə çalışırıq.  

Aytəkin Süleymanova, Gənclər və idman idarəsinin əməkdaşı:

 İdman və bədən tərbiyəsi gənc nəslin fiziki inkişafında və sağlam böyüməsində mühüm rol oynayır. Bu mühüm amil nəzərə alınaraq rayonda idmanın kütləviliyinə xüsusi diqqət yetirilir. Rayon gəncləri göz oxşayan Olimpiya İdman Komplekslərində idmanla məşğul olur, MR və ölkə səviyyəli turnirlərdə iştirak edir, yüksək nailiyyətlər qazanırlar. Ölkəmizdə gənclərlə işin düzgün təşkili onların uğurlar qazanmasına səbəb olur.

Bəli, bu gün bütün sahələrdə uğurlar əldə edən babəkli gənclər muxtar respublikanın da inkişafında fəallıq göstərirlər. Bu ondan irəli gəlir ki, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı onlarda ruh yüksəkliyi yaradır, inamla addımlamağa, sabaha nikbin ruhla baxmağa vadar edir.

 

Adilə Səfərova

İki sahil.- 2018.- 16 mart.- S.18.