Ağstafa seçicilərindən İlham Əliyevə tam dəstək

11 aprel prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) bölgələrdə təbliğat-təşviqat kampaniyasını davam etdirir.Martın 22-də partiyanın Ağstafa rayon təşkilatının təşkilatçılığı ilə rayonun Vurğun qəsəbəsi Həsənsu kəndində seçicilərlə görüş keçirilib.YAP Sədri, prezidentliyə namizəd İlham Əliyevin təbliğatı çərçivəsində keçirilən görüşdə partiyanın Mərkəzi Seçki Qərargahının Ağstafa rayon şöbəsinin sədri Ramiz Tatarov təbliğat qrupunun üzvü Saqif Ələkbərov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ramiz Tatarov öncə seçiciləri Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, prezidentliyə namizəd İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan yüksək sürətlə inkişaf etmiş, güclü iqtisadiyyata, güclü orduya sahib olmuş, regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Qeyd olunub ki, Prezident İlham Əliyevin daxili siyasətinin prioritetini təşkil edən regionların inkişafı Dövlət proqramları yüksək səviyyədə uğurla həyata keçirilmiş, respublikamızın bütün bölgələri sosial-iqtisadi baxımdan müasir tələblərə uyğun infrastrukturla təmin edilmişdir. Bu baxımdan xalqın İlham Əliyevə inam etimadı sarsılmazdır.Çıxış edən seçicilər bldiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə sayılıb-seçilən dövlətlərdən birinə çevrilib. Bu siyasətin mərkəzində ölkəmizin sabit təhlükəsizlik məkanına çevrilməsi, bundan irəli gələn xalq-prezident birliyi dayanır. Bütün bunlara görə 11 aprel seçkilərində xalqımız İlham Əliyevə inamını etimadını ifadə edəcək, yekdilliklə ona səs verəcəkdir.

 

Taleh Turqut

İki sahil.- 2018.-23 mart.- S.17.