Azərbaycan Xalq Cümhuriyyətinin liderləri: Nəsib bəy Yusifbəyli

Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə şəhər  gimnaziyasında alıb. 1902-ci ildə Odessa şəhərindəki  Novorossiyski  İmperator Universitetinin hüquq fakültəsinə daxil olub, amma inqilabi ruhda olduğu üçün universiteti bitirə bilməyib. Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti univeristeti müvəqqəti bağladıqdan sonra Nəsib bəy Bağçasaray(Krım) şəhərinə gedib burada İsmayıl bəy QaspiralınınTərcümanqəzeti ilə əməkdaşlıq etməyə başlayıb. Mədəniyyət sahəsinə marağı onu səhnəyə gətirib.  Burada o, özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının bir neçə əsərini  səhnələşdirib.

1908-ci ildə Nəsib bəy İstanbula köçərək publisistik fəaliyyət göstərməklə bərabər,  Türk DərnəyiCəmiyyətinin təşkili ilə məşğul olub.  Az sonra İsmayıl bəy Qaspiralının qızı Şəfiqə Soltan xanımla ailə həyatı quraraq bir müddət İstanbulda qalıb. 1909-cu ildə Gəncəyə qayıdaraq  şəhər bələdiyyəsində çalışıb.

Mətbuata maraq göstərən Nəsib bəy 1911-ci ildəMolla Nəsrəddinjurnalı bir neçə qəzetlə fəal əməkdaşlıq edib. Bunlarla bərabər,  Müsəlman Xeyriyyə Cəmiyyəti”, “Müsəlmanların Maariflənməsi Cəmiyyəti  Aktyorlar Cəmiyyəti”nin fəaliyyətlərində özünü göstərib. Ölkəmizin xalqımızın mənafeyi  naminə apardığı böyük əhəmiyyətli işlər cəmiyyətdə onu  ictimai-siyasi xadim kimi təsdiq edib.  Bu zaman o, Məhəmməd Əmin Rəsulzadə ilə tanış olub o zamandan fəal  ictimai-siyasi fəaliyyətə başlayıb.

Daim Azərbaycanın azadlığını düşünən bu istiqamətdə səmərəli addımlar atan Nəsib bəy Yusifbəyli  1917-ci ilin mart ayında  öz yaxın əqidədaşları  ilə Gəncədə  Milli Federalistlərin Türk Partiyasını yaradıb. Yeni yaradılan partiyanın əsas məqsədi   tələbi Rusiya imperiyasının  milli ərazi muxtariyyətləri əsasında təşkili idi. Qısaca desək, bu partiya Azərbaycanın müstəqilliyinə nail olmağa can atırdı. 1917-ci ilin iyulunda bu partiya Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə  Müsəlman Demokratik Müsavat Partiyası ilə birləşərək  Müsavat adlandırılmağa başladı onun proqramlarında millətçi federalistlərin əsas tələbi - Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması ideyası saxlanıldı.

Məhəmməd Əmin Rəsulzadə Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri seçildikdən sonra Gəncədə partiyanın rəhbəri Nəsib bəy  Yusifbəyli oldu. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başladı.

Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində - maarif naziri, Azərbaycan Demokratik Respublikasının hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi Baş nazir, eləcə daxili işlər naziri vəzifələrində (16 iyun 1919 - 22 dekabr 1919) işləyib. O, işlədiyi vəzifələrdə Azərbaycanın mənafeyinə sədaqətlə xidmət edib.

Lakin Azərbaycanın daxili xarici düşmənləri durmadan çalışırdılar ki, hələ möhkəmlənməmiş gənc müstəqil dövləti məhv etsinlər.  RSFSR-in xarici işlər naziri Çiçerin Vladimir Leninin tapşırığı ilə Bakıya dalbadal ultimatumlar göndərir, hakimiyyətin bolşeviklərə təhvil verilməsini tələb edirdi. Bununla bərabər, irticaçı  bolşevik hökuməti Azərbaycanda silahlı çevrilişə hazırlaşırdı.    1920-ci il aprelin 28-də Azərbaycan  Sovet Rusiyası tərəfindən  işğal edildikdən sonra Azərbaycanda  kommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı təşkil edilən terrordan yaxa qurtarmaq məqsədilə mühacirətə getmək üçün Bakını tərk edib. Lakin 1920-ci il mayın 31-də ildə  Yevlax qəzasının  Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilib. Elə bir  müəmma ki, indiyədək açılmayıb.Mənbələrdən birində bildirilir ki, Nəsib bəy Gürcüstana getmək üçün Mitya adlı sürücüsü ilə Yevlaxa gəlir. Orada Cümhuriyyət Parlamentinin üzvü,  dostu Qarxunlu Əşrəf bəyin evində qalır. Sonra ondan ayrılıb Gürcüstana gedərkən yolda bolşevik xəfiyyələrinin pusqusuna düşür. Gülləbaran nəticəsində Nəsib bəy öldürülür. Deyilənlərə görə, qatillər Nəsib bəyin cəsədini Kür çayına atıblar. Ona görə indiyədək onun cəsədi, qəbri tapılıb. Sürücüsü Mitya isə ölümcül yaralansa da təsadüfən sağ qalıb sağalan kimi Türkiyəyə qaçıb.

 

Görünür,  çekistlər əsl qatilləri gizlətmək məqsədilə şaiyə yayıblar ki, guya Nəsib bəy Yusifbəylini Qarxunlu Əşrəf bəy öldürərək cəsədini Kür çayına atıb. Onların yaydıqları başqa  bir variantda göstərilir ki, guya Nəsib bəy  Yusifbəyli sağdır   İstanbulun küçələrindən birində onu dilənçi vəziyyətində görən olub. Ancaq bunların hamısı düşmənlərimizin uydurmalarından tariximizi saxtalaşdırmaq qəsdindən başqa heç deyil.

 

Yada salaq ki, Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanım, qızı Zöhrə oğlu Niyazi cəlladların təqiblərindən xilas olmaq üçün İstanbula pənah aparıblar. Şəfiqə xanım orada övladları ilə bərabər atası İsmayıl bəy Qaspiralının himayəsində uzun illər Vətən həstəti ilə  yaşayıb.                          

 

Vəli İlyasov

İki sahil.- 2018.- 23 mart.- S.22.