Xalqımıza qarşı törədilmiş bəşəri cinayət

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə yaşayış məskəni dağıdılıb viran edilmişdir.1905-1907-ci illərdə Rusiyada baş verən inqilabi proseslərdən   özlərinə məxsus məkr hiyləgərliklə istifadə edən ermənilərideoloqlarıŞaumyanın, qulağı kəsik Andranikin, Hamazaspın, Lalayanın digər qaniçən daşnakların rəhbərliyi ilə Naxçıvanda, Bakıda,  Şamaxıda, Quba qəzasında,  Qarabağda ... bir sözlə, Azərbaycanın bütün  yaşayış məskənlərində  kütləvi qırğınlar,  talanlar törətdilər.  Eyni qırğınlar 1918-1920-ci illərdə daha geniş miqyasda təkrarlandı. 1918-ci ilin martında  Bakıda azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başlanıldı. Şaumyanın başçılıq etdiyi  silahlı dəstə 1918-ci ilin 30-31 mart hadisələrində  təkcə Bakıda 30 min soydaşımızı amasızcasına, xüsusi qəddarlıqla qətlə yetirdi. Soydaşlarımızı diri-diri oda atan, divara mıxlayan Tatevos Əmiryan, Styopa Lalayan,  Andranik Ozanyan minlərlə azərbaycanlını qılıncdan keçirmiş, qadınlara, uşaqlara, qocalara belə aman verilməmişdi. Ermənilərin törətdikləri  soyqırımları zamanı qətlə yetirilənlərin,  dağıdılan kəndlərin,  tarixi abidələrin sayını hesablamaqla qurtarmaz. Mart qırğınları haqqında müstəqil tədqiqatçı Kulqe yazır: Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik - deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər”. Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə parçaladılan azərbaycanlıların şəkillərini çəkmişdir. Bu faktlar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir yalnız 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir.Ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-ci ildən başlayan bu gün davam edən ermənilərin azərbaycanlılara qarşı soyqırımı deportasiya siyasəti özünü Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə aydın şəkildə göstərir onu deməyə əsas verir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib. Əsrlərdən bəri davam edən soyqırımlar  20 Yanvar 1990-cı ildə bir daha təkrarlandı. Azərbaycanın demokratiya milli müstəqillik uğrunda mübarizəsini silah gücü ilə yatırmaq istəyən imperiya tarixi vərdişlərini təkrarlayaraq bir daha erməni xəyanətindən yararlandı.  Azərbaycana qarşı siyasi təcavüz olan 20 Yanvar hadisələrində  hərbi hissələrin tərkibində Bakıya gələn, istefada olan erməni zabitləri yenə qətliamlar törətdilər. Həmin hadisələrdə 130-dan artıq soydaşımız azadlıq uğrunda mübarizlər kimi şəhidlik zirvəsinə yüksəldi.  Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ, ona yaxın ərazidə yerləşən 7 rayon Ermənistan havadarlarının yardımı ilə  işğal edildi. Bir  milyondan artıq azərbaycanlı  öz ata-baba yurdlarından qaçqın köçkün düşdülər.Bunun ardınca 1992-ci ildə  erməni faşizminin azərbaycanlılara qarşı növbəti qətliamı olan Xocalıda görünməmiş dəhşətlər yaşandı. Bir gecədə dağıdılan Xocalıda 613  dinc əhali  xüsusi amansızlıqla qətlə yetirildi. 487 nəfər əlil oldu, 1275 nəfər əsir, girov götürüldü.Ermənistanın işğalçılıq siyasətinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdıran ümummilli lider Heydər Əliyev daşnakların törətdikləri soyqırımlarına siyasi qiymət verməklə daha bir tarixi missiyasını yerinə yetirmiş oldu. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həsaslıqla yanaşan Ulu Öndər 27 mart 1998-ci il tarixli “31 mart Azərbaycanlıların Soyqırımı haqqındaFərmanı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Həmin ildən respublikamızda Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur. Lakin xalq o zaman gələcəyə doğru inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın.

 

Mənsumə Babayeva

İki sahil.- 2018.- 23 mart.-S.23