Kürdəmirlilər İlhamlı gələcəyə
səs verəcəklər
2018-ci ilin 11 aprel tarixində Azərbaycanda çox əhəmiyyətli siyasi
kampaniya – prezident seçkiləri keçiriləcək.
Yeni Azərbaycan Partiyasının (YAP) tədbirlər
planına uyğun olaraq bütün yerli strukturlar bu kampaniyaya səfərbər edilib. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin
təbliğat-təşviqat qrupunun üzvləri martın 20-də Kürdəmirdə
Novruz bayramı və ilaxır çərşənbə
münasibətilə təşkil
olunan şənliklə
«İlhamla irəli» şüarı ilə təbliğat kampaniyasına
start verib. Tədbirdə ağsaqqallar
və ziyalılar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri
iştirak ediblər. «Qələbə» parkında təşkil olunan tədbirdə son 15 ildə cənab İlham Əliyevin rəhbərliyi
ilə qazanılan möhtəşəm uğurları
və qarşıdakı
illərdə yeni hədəfləri özündə
əks etdirən bukletlər seçicilərə
paylanılıb. Bayram mərasimi incəsənət ustalarının
ifasında maraqlı konsert proqramı ilə davam edib.Sonra rayonun Cəyli kəndində də seçicilərlə
görüş keçirilib.Tədbirlərdə
çıxış edən
YAP Mərkəzi Seçki
Qərargahı Kürdəmir rayon şöbəsinin və rayon təşkilatının
sədri Ağali
Kərimli bildirib ki, son 15 ildə
Azərbaycanda çox
sürətlə və
yüksək səviyyədə
aparılan siyasət artıq öz bəhrələrini verib.
Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan
dövlətə çevrilib.
Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü
ordu quruculuğu müasir Azərbaycanı
xarakterizə edən əsas amillərdən biridir. Son illər
ölkəmizin iqtisadi
qüdrətinin artması
sosial məsələlərin
həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb.A.Kərimli hər
bir dövlətdə
seçki prosesinin mühüm kampaniya olduğunu bildirib. Qeyd edib ki,
partiyamızın bu günə kimi seçicilərlə keçirilən
görüşləri onu
deməyə əsas verir ki, 11 apreldə
xalqımız hamılıqla
prezidentliyə namizəd
cənab İlham Əliyevə səs verəcək. Kürdəmir
rayon təşkilatının
sədri ümummilli lider Heydər Əliyev zəngin siyasi kursunun layiqli davamçısı,
praqmatik siyasəti ilə xalqın inam və etimadını
qazanmış cənab
İlham Əliyevin ölkəmizdə alternativsiz
lider olduğunu bir daha vurğulayıb.
Kürdəmirlilərin hər zaman
dövlətə və
dövlətçiliyə sadiq olduğunu cənab İlham Əliyevə böyük
dəstək nümayiş
etdirərək prezident
seçkilərində aktiv
iştirakları ilə
sübüt edəcəklərini
söyləyib: «Ölkəmizin
sosial-iqtisadi, mədəni
sahələrdə
qazandığı böyük uğurları,
hüquqi dövlət
və vətəndaş
cəmiyyətnin demokratik
dəyərlər əsasında
inkişafı Yeni Azərbaycan Partiyasının
Sədri cənab İlham Əliyevin ümummilli maraqlara söykənən məqsədyönlü
siyasətinin məntiqi
nəticəsidir.»«Ötən
15 ildə ölkəmizin qazandığı
uğurlara diqqət yetirsək bu gun Azərbaycanın iqtisadi inkişafının
hansı mərhələdə
olduğunu görərik.
Cənab
İlham Əliyevin son illərdə gördüyü işlər
prezident seçkilərində
qələbəsini şəksiz
edib.» deyən YAP Kürdəmir rayon təşkilatının sədri
kəndlərdə insanların
rifah halının yaxşılaşdırılması istiqamətində atlımış
addımlardan söhbət
açıb.YAP Mərkəzi
Seçki Qərargahı
Kürdəmir
rayon şöbəsinin
təbliğat-təşviqat qrupunun üzvləri Yaqut Əşrəfova, Sabir Novruzov, Tarix İslamov, Elmira Süleymanova və digərləri vurğulayıblar ki, bu gün cəmiyyətimizdə
haqlı bir düşüncə formalaşıb
ki, müasir Azərbaycan ulu öndər Heydər
Əliyevin şah əsəridir. Azərbaycanın əldə etdiyi
böyük nailiyyətlər
Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Çıxış
edənlər bildiriblər
ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mükəmməl bir siyasət həyata keçirilir, mükəmməl
dövlət idarəçiliyi modeli formalaşıb. Azərbaycan
bu gün bütün dünyanın
hesablaşdığı güclü
bir dövlətdir”. Natiqlər bu uğurların davamlılığı
üçün kürdəmirliləri
cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Sonra çağırışçı
şüarlar səsləndirilib.
Görüşdə Cəyli kəndinin
sakinlərindən Ayyət
Nəsirov, Vidadi Dəmirov, Sabir Rüstəmov və digərləri çıxış
edərək cənab
İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən,
əhalinin sosial rifah halının yaxşılaşdırılmasından, ölkəmizdə və eləcə də rayonda görülən işlərdən
danışıblar. Seçicilər
seçkilərdə Yeni
Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
Orxan Vahidoğlu
İki
sahil.- 2018.-22 mart.- S.11.