Turistlər üçün
ən cəlbedici ölkə
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin iqtisadi siyasətində qeyri-neft sektorunun inkişafı prioritet təşkil edir. Son illərdə həyata keçirilən tədbirlər,
dövlət başçısının
rəhbərliyi ilə
reallaşan siyasi kurs özünün müsbət nəticələrini
göstərməkdədir. İqtisadi inkişafın
statistik göstəricilərində
qeyri-neft sahəsinin üstünlüyü aşkar
müşahidə edilməkdədir.İqtisadi
inkişafın sürətinə
görə dünya ölkələrinin ilk sıralarında
yer alan
Azərbaycan hazırda
turistlərin maraq dairəsinə görə
də bir çox beynəlxalq təşkilatların reytinqlərində
lider ölkələrdəndir.
Son illərdə turizmlə bağlı ən görməli şəhərlərin siyahısında
paytaxtımız Bakının
adı ön sıralarda çəkilir.Bütün
bunlar turizm sahəsində dövlət
siyasətinin uğurları
kimi qiymətləndirilir.
Mədəniyyət və Turizm
Nazirliyinin 2017-ci ildə
Azərbaycanda turizmin vəziyyəti ilə bağlı açıqladığı
son hesabatdan da görünür
ki, ölkəmizdə
bu sektor və xidmət səviyyəsi yüksələn
xətlə inkişaf
edir. Azərbaycanda turistlərin rahatlığı
məqsədilə müasir
infrastrukturun yaradılması,
xidmət keyfiyyətinin
yüksəldilməsi ilə
yanaşı, viza sisteminin sadələşdirilməsi
ildən-ilə Azərbaycana
gələn xarici turistlərin sayının
artması ilə müşayiət olunur.
Təbii
ki, bu da ölkə iqtisadiyyatına
müsbət təsir
göstərir və Azərbaycana daxil olan vəsaitin yüksəlməsinə səbəb
olur. Bu, Azərbaycan Mərkəzi
Bankının məlumatlarında
da öz təsdiqini tapıb. Mərkəzi
Bankdan verilən məlumatda bildirilir ki, ötən il ölkəmizə
gələn xarici vətəndaşların bank kartları
ilə əməliyyatları
1 milyard manatdan çox olub. Bu isə 2016-cı illə müqayisədə
70% artım deməkdir.
İlin müxtəlif aylarında
bu artım daha çox müşahidə edilir.
Belə ki, turistlərin Azərbaycana gəlməyə
üstünlük verdikləri
aylarda - iyul, avqust və sentyabr aylarında bu vəsait daha yüksək olmuşdur.Müxtəlif ölkələrdən
gələn turistlərin
sayında da ildən-ilə
artım müşahidə
edilməkdədir. Ümumi turistlərin sayının
artması ilə yanaşı, bəzi ölkələrdən gələn
xarici vətəndaşların
sayında yüksək
artım vardır.
2017-ci ildə ölkəmizə gələn turistlərin sayında ümumilikdə 20 faiz artım olmuşdur. Turist sayına görə ötən il rekord nəticə
əldə edilmişdir.
Belə ki, 2017-ci ildə indiyədək müşahidə
edilən ən yüksək göstəriciyə
nail olunmuşdur - 2,7 milyon nəfər.Gürcüstan,
362 597 nəfəri İran,
301 553 nəfəri Türkiyə,
102 360 nəfəri Birləşmiş
Ərəb Əmirlikləri,
62 454 nəfəri İraq,
57 756 nəfəri Ukrayna, 33 273 nəfəri Səudiyyə Ərəbistanı,
381 213 nəfəri isə
digər ölkələrin
payına düşür.Onu
da qeyd edək
ki, turizmdə belə yüksək nailiyyətlərin əldə
edilməsinə ötən
illərdə bu sahədə həyata keçirilən tədbirlərin mühüm təsiri olmuşdur. 2017-ci ildə Azərbaycanda turizm üçün xarakterik sahələrdə çalışan
işçilərin sayı
54.600, bu sahə üzrə qoyulan investisiyaların həcmi
91 milyon manat, iaşə fəaliyyəti
göstərən sahibkarlıq
subyektlərinin sayı
18.700 olub.
Turistlərə göstərilən xidmət
səviyyəsinin və
çeşidlərinin artırılmasına
da xüsusi diqqət yetirilir.Yuxarıda
sadalananlar göstərir
ki, turizmin inkişafı həm də ölkədə sosial siyasətin tərkib hissəsidir. Turizm sahəsində yeni xidmət sahələrinin yaradılması
həm də yeni iş yerlərinin
açılamsı deməkdir.
Statistika göstərir
ki, son illərdə
Azərbaycanda turizm sahəsi ilə mşğul olan şirkətlərin sayı
xeyli artıb. Turizmin inkişafı və turizm xidmətlərinə
artan tələbatla əlaqədar 2017-ci ildə
bu cür müəssisələrin sayı
100% -dən çox artaraq 633-ə çatıb.
Ölkəmizdə fəaliyyət
göstərən mehmanxana
və mehmanxana tipli yerləşdirmə vasitələrinin sayı
isə 2017-ci ildə
686 olub.Bütün bunlar
göstərir ki, Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil
edən qeyri-neft sektoru, eləcə də onun tərkib
hissəsi olan turizm sahəsi ildən-ilə yüksək
sürətlə inkişaf
edir və dövlətin iqtisadi həyatında prioritet sahəyə çevrilib.
Hazırda Azərbaycanda
Novruz bayramı qeyd edilir. Bu
günlərdə paytaxt
Bakıda aparılan müşahidələr göstərir
ki, ölkəmizə
turist axını yenidən canlanma dövrünü yaşayır.
Təbii ki, bunun səbəblərindən
biri də viza rejiminin sadələşdirilməsidir. Məsələn, qonşu
İran İslam Respublikası ilə son razılşamaya görə, artıq bu ölkənin vətəndaşları Azərbaycanın
gömrük məntəqələrində
viza əldə edə bilirlər. Bütün bunlar turizmin perspektivdə daha geniş miqyasda inkişaf edəcəyini söyləməyə
əsas verir.
Taleh Turqut
İki
sahil.- 2018.- 22 mart.- S.13.