Novruz milli birlik rəmzi,
bolluq, bərəkət bayramıdır
Odlar yurdu Azərbaycanımıza ilin ən
gözəl fəsli olan bahar gəlib. Onun ilıq nəfəsi
ilə oyanan təbiət yenidən yaşıl libasına
bürünür. Bu gün hər kəs
müstəqil siyasət aparan, inkişaf və tərəqqi
yolunda inamla irəliləyən respublikamızın hər
yerində baharın gəlişini, xalqımızın qədim
el bayramı olan Novruzu böyük sevinc və fərəhlə
qarşılayır.Novruz bayramı uzaq keçmişlərdən
mənəvi dünyamızın ən dərin qatlarınadək
nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə
töhfələr vermiş və milli düşüncə tərzimizin
ayrılmaz tərkib hissəsi olmuşdur. Milli-mənəvi
dəyərlərimizi özündə əks etdirən,
dünyaya tanıtdıran Novruz ta qədimlərdən
sülh və əmin-amanlığın təmin olunması,
insanlar arasında birlik və mehribanlığın nişanəsi
olub. Qədim dövrlərdən bəri xalqımız Novruzu
yeni ilin başlanğıcı hesab edib, onu bolluq, bərəkət
və firavanlığın əzəli kimi rəmziləşdirib.
Novruz sərhəd tanımayan, türkün
bütün əzəli torpaqlarında məskunlaşmış,
eyni soykökünə mənsub insanları sarsılmaz birliyə,
dostluq və həmrəyliyə, bolluq və firavanlıq
uğrunda birgə mübarizəyə səfərbər edən,
onların milli-etnoqrafik dəyərlərini tarix boyu bütün
incəliklərinə qədər qoruya-qoruya
çağdaş dünyamızın qloballaşma
meydanınadək gətirib çıxaran bəşəri
bir bayramdır.2010-cu ildə BMT-nin qərarı ilə
martın 20-si Beynəlxlaq Novruz Günü elan olunub. Təbii ki, bu böyük bir coğrafiyada yaşayan
220 milyondan çox insanın milli mənəvi
yaddaşına dünyanın ən mötəbər təşkilatı
səviyyəsində verilən qiymətin bariz nümunəsi,
özündə saflığı, paklığı, ali
insani dəyərləri təcəssüm etdirən, həyatın yenidən canlanmasının müjdəçisi
olan Novruzun müqəddəsliyiniə olan inamın təntənəsidir.Əsrlərin
sınağından çıxmış mənəvi dəyərlərimizi,
adət-ənənələrimizi özündə yaşadan
Novruz bolluğun, bərəkətin və
xeyirxahlığın təcəssümüdür.
Novruz həm də sülh, əmin-amanlıq və dostluq
bayramıdır. Hər il
ümummilli lider Heydər Əliyevin qayğısı və
diqqəti ilə Azərbaycanda Novruz bayramı geniş xalq
şənlikləri ilə keçirilib. Müstəqillik
əldə etdikdən sonra milli bayramımız nəinki Azərbaycanda,
o cümlədən qəlbi vətən məhəbbəti
ilə döyünən soydaşlarımız tərəfindən
ölkəmizin hüdudlarından kənarda da qeyd edilir.Azərbaycanı
dünyanın çiçəklənən, tərəqqi edən dövlətlərindən
birinə çevirmək arzusu ilə yaşayan Heydər
Əliyev Novruz bayramı münasibətilə Azərbaycan
xalqına ünvanladığı təbriklərdə
ölkədə gedən bütün ictimai-siyasi prosesləri
təhlil edir, böyük quruculuq işlərini, xalqın həyat
səviyyəsinin yüksəlişini önə çəkirdi:
“Novruz şənlikləri sübut edir ki, ölkəmizdə
daxili ictimai-siyasi sabitlik bərqərar olubdur. İnsanlar
ağır əziyyətlərdən, daxili toqquşmalardan, ədavətdən,
ziddiyyətlərdən xilas olub rahat yaşayır, gələcəyə
inamla baxırlar... Deməli, bu bayram əmin-amanlığın,
ictimai-siyasi sabitliyin rəmzidir. Bu bayram ölkədə gedən
hüquqi, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir.
Bu bayram çağdaş məmləkətimizdə insan
hüquqlarına olan yüksək hörmət və
qayğının rəmzidir. Novruz onu göstərir ki, Azərbaycanda
dövlət müstəqilliyi dönməz amilə
çevrilib”.Bu gün Azərbaycanı yeni zirvələrə
doğru inamla aparan Prezident İlham Əliyev yüksək mənəvi
dəyərlərimizi, adət və ənənələrimizi
yaşadan bu ümumxalq bayramını həmişə
yüksək qiymətləndirib. Xalqımızı
Novruz bayramı münasibətilə təbrik edən dövlətimizin
başçısı hər birimizə, azərbaycançılıq
məfkurəsi işığında dünyanın
bütün guşələrində yaşayan
soydaşlarımıza həmrəyliyimizin rəmzi olan bu el
bayramı münasibətilə bol sevinc, ruzi-bərəkət, firavanlıq arzu edərək,
varlığımızdakı tükənməz
yenilikçilik ruhu sayəsində ümummilli mənafelər
naminə bütün sınaqlardan bundan sonra da
alnıaçıq çıxacaq və taleyüklü məsələlərin
layiqincə həllinə nail olacağımızı bildirib:
“Azərbaycan torpağında qədim tarixi
köklərə malik Novruz bayramı uzaq keçmişlərdən
mənəvi dünyamızın ən dərin qatlarınadək
nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə
töhfələr vermiş və milli düşüncə tərzimizin
ayrılmaz tərkib hissəsi olmuşdur.
Əcdadımızın nikbin həyat fəlsəfəsini
dolğun nümayiş etdirən bu bayram Uca Tanrının nemətlərinə
minnətdarlıq duyğusunun təcəssümü,
böyük hikmətlə yaradılmış təbiətin
ilahi nizamına ehtiramın təzahürüdür.
Yurdumuzun çoxəsrlik mədəni sərvətlər xəzinəsində
Novruz şərəfli yer tutur. Gələcəyə
inamımızı sarsılmağa qoymayaraq bizi ümidlərlə
yaşadıb daim yolumuzu işıqlandıran Bahar
bayramına fikir tariximizin görkəmli nümayəndələri
həmişə rəğbət bəsləmişlər. Novruz bayramı azadlıq və istiqlal
duyğularımızın ifadəsinə çevrilməklə
möhtəşəm yubileyi ərəfəsində
olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin gerçəkləşməsi
və XX əsrin sonlarına doğru xalqımızın
müstəqil dövlətçilik idealına yenidən
qovuşması üçün zəmin
hazırlamış milli özünüdərk amillərindəndir”.Son
14 ildə ölkəmizdə güclü sənaye
potensialının yaradılması istiqamətində
irimiqyaslı layihələr həyata keçirilib. Bu gün
qətiyyətlə demək olar ki, respublikamızın
iqtisadiyyatı əsasən qeyri-neft sektoru hesabına
inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən irimiqyaslı layihələrin,
Dövlət proqramlarının uğurla
reallaşdırılması sayəsində bu istiqamətdə
ciddi uğurlar əldə edilib. Regionların
sosilal-iqtisadi inkişafına dair Dövlət
proqramlarının uğurlu icrası sayəsində
respublikamızın bütün bölgələrinin
siması tamamilə dəyişib, müasir tələblərə
cavab verən infrastruktur yaradılıb, yeni iş yerləri
açılıb, qeyri-neft sektorunun inkişafı, daha
çox valyuta gətirən strateji əhəmiyyətli
kənd təsərrüfatı məhsullarının
istehsalının artırılması üçün
bütün imkanlardan istfadə edilməsi əhalinin məşğulluğunu
daha da artırıb.Prezident İlham Əliyev Bakıda Novruz
bayramı münasibətilə ümumxalq şənliyində
çıxışı zamanı bildirib ki, Azərbaycan
iqtisadi sahədə də böyük uğurlara imza
atıb: “Biz bu bayramı gözəl iqtisadi nəticələrlə
qarşılayırıq. İki ayda ümumi daxili məhsul
1,3 faiz, qeyri-neft sektorunda isə 2,3 faiz artmışdır. Sənaye
istehsalı 1,4 faiz, qeyri-neft sektorunda isə 8,4 faiz
artmışdır. Kənd təsərrüfatı məhsullarının
istehsalı təxminən 4 faiz, əhalinin gəlirləri isə
10,2 faiz artmışdır. İnflyasiya 4,7 faizdir. Yəni,
bizim nəzərdə tutduğumuz vəzifələr icra
edilir. İki ayda valyuta ehtiyatlarımız 2,1 milyard dollar
artmışdır və hazırda 44 milyard dollara bərabərdir.
Bu, böyük rəqəmdir. Biz valyuta
ehtiyatlarımızı il ərzində daha da
artıracağıq. Manatın məzənnəsi sabitdir.
Bütün infrastruktur layihələri uğurla icra edilir. Bir
sözlə, son müddət ərzində iqtisadi siyasətlə
bağlı aparılan ciddi islahatlar öz gözəl nəticələrini
vermişdir. Biz bu islahatları dərinləşdirəcəyik,
bundan sonra da aparacağıq və Azərbaycan
iqtisadiyyatının dayanıqlığını bundan sonra
da təmin edəcəyik”.Həyata keçirilən
tədbirlər sayəsində
bütün sahələrdə hərtərəfli və
dinamik inkişaf təmin edilib,
respublikamızın iqtisadiyyatının qısa, orta və
uzunmüddətli inkişaf hədəflərinin müəyyənləşdirildiyi,
milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları
üzrə strateji yol xəritələri sənədində
bu sahəyə xüsusi diqqət yetirilib və
çoxsaylı tədbirlər müəyyən edilib.Ölkə
başçısı həmçinin bildirib ki, Azərbaycanın
uğurlu iqtisadi islahatları çox ciddi sosial siyasətlə
tamamlanır: “Həmişə demişik ki, bizim siyasətimizin
mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Köklü iqtisadi islahatlar bəzən sosial sahəyə
mənfi təsir göstərir. Ona görə
hətta əvvəlki illərdə - bir-iki il bundan əvvəl
iqtisadi böhran dövründə bir dənə də olsun
sosial proqram ixtisara düşməmişdir, bütün sosial
öhdəliklər vaxtında yerinə yetirilmişdir.
İmkanlarımız artdıqca biz dərhal sosial məsələlərə
daha da böyük diqqət göstərməyə
başladıq. Daha doğrusu, daha böyük maliyyə vəsaiti
ayırmağa başlamışıq. Bu il büdcədən
maliyyələşən təşkilatlarda əməkhaqqı
10 faiz artmışdır. Əgər biz dünya xəritəsinə
baxsaq, görərik ki, indiki dövrdə nadir ölkələrdə
maaşlar artır. Biz imkan daxilində bunu edirik və bundan
sonra da edəcəyik”.Prezident İlham Əliyevin uğurlu
xarici siaysətinin nəticəsində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə həlli istiqamətində mövqelərimiz
daha da möhkəmlənib. Münaqişənin həllində
Azərbaycanın mövqeyi qəti və prinsipial xarakter
daşıyır. Artıq bu mövqe dünya birliyi tərəfindən
də dəstəklənir və bildirilir ki, Dağlıq
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan işğal faktı ilə heç
zaman barışmayacaq və öz ərazisində ikinci erməni
dövlətinin yaradılmasına imkan verməyəcək.
Ötən dövr ərzində ATƏT-in Minsk qrupunun vasitəçiliyi
ilə Azərbaycan və Ermənistan prezidentləri
arasında keçirilən bütün görüşlərdə
xalqımızın iradəsi əsasında dövlətimizin
başçısı tərəfindən
danışıqlar prosesində ölkəmizin strateji
mövqeyi məhz bu şəkildə qoyulub.Respublikamız
daha bir siyasi hadisə ərəfəsindədir. Aprelin 11-də Azərbaycanda növbəti prezident
seçkiləri keçiriləcək.
Bu seçkinin də azad və ədalətli,
şəffaf keçirilməsi üçün zəngin
qanunvericilik bazası mövcuddur. Ölkəmizdə istər
seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə
də seçkilərə hazırlıq məsələlərinə
xüsusi diqqət göstərilir. Prezident
İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı
ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə
təyin edilən Mehriban xanım Əliyeva uzun illərdir ki,
çoxşaxəli fəaliyyəti ilə müstəqil dövlətimizin
inkişafına böyük töhfələr verib. Onun fəaliyyəti xalqımız tərəfindən
yüksək qiymətləndirilir.Dünən paytaxt Bakıda
keçirilən Novruz şənliyində iştirak edən
Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə daxili
sabitlik mövcuddur və sabitliyin əsas təminatçısı
Azərbaycan xalqıdır: “Xalq-iqtidar vəhdəti
sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə
bağlı görülən işlər, aparılan
islahatlar öz gözəl nəticələrini verməkdədir.
Dünyada gedən proseslər bir daha onu göstərir ki,
ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər.
Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur,
insanlar rahat, təhlükəsizlik şəraitində
yaşayırlar. Bu gün dünya gündəliyinin əsas məsələsi
məhz təhlükəsizlik məsələləridir. Azərbaycan
bu istiqamətdə apardığı siyasətlə
dünyada böyük rəğbət qazanmış ölkələrdən
biridir. Ölkəmizdə daxili risklər üçün
heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz
özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq,
Azərbaycan xalqının rahat yaşamasını təmin
edəcəyik”.
Zahid Rza
İki
sahil.- 2018.- 20 mart.- S.27.