“Naxçıvan yallıları və türk musiqi mədəniyyəti”
Naxçıvan
Dövlət Universitetinin Elmi kitabxanasında Xalq
çalğı alətləri kafedrasının müdiri, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Aynurə Quliyevanın
“Naxçıvan yallıları və türk musiqi mədəniyyəti”
adlı kitabının təqdimatı keçirilib.
Universitetin rektoru,
AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri
açaraq qeyd edib ki, Azərbaycan
xalqının milli dəyərlərinin və
tarixi yaddaşının
bərpasında ümummilli
lider Heydər Əliyevin müstəsna xidmətləri olub.
Diqqətə çatdırılıb ki,
xalq yaradıcılığının
ən geniş yayılmış növlərindən
biri yallılardır.
Rektor kitabın yallılarımızın yaşadılması
və qorunması baxımından çox dəyərli mənbə
olduğunu vurğulayıb.
Filologiya üzrə fəlsəfə
doktoru, dosent Gülxarə Əhmədova
çıxışında bildirib ki, nəşrdə
Naxçıvan yallıları
ilə türk musiqi mədəniyyətinin
müqayisəsi əsasında
xalq musiqi sisteminin mükəmməlliyi,
bütövlüyü, janr
sisteminin qarşılıqlı
əlaqələri şərh
olunur.
Xalq çalğı alətləri kafedrasının
müəllimi Zeynəb
Yusifova Naxçıvan
və türk yallılarının ecazkar
musiqilərindən bəhs
edərək diqqətə
çatdırıb ki,
Azərbaycan rəqs sənətinin geniş yayıldığı və
ən qədim rəqs elementlərimizin yaşadıldığı diyarlarımızdan biri Naxçıvandır. Tədbirin
sonunda kitabın müəllifi, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Aynurə Quliyeva çıxış
edərək göstərilən
diqqətə görə
minnətdarlıq ifadə
edib.
Nərmin CABBAR
İki
sahil.- 2018.- 3 may.- S.13