Mənalı ömrün izi ilə

 

ADPU-nun nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində bu mövzuda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Kollecin direktoru Qulu Novruzov bildirdi ki, hər il may ayının ilk ongünlüyündə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə ölkəmizdə ölkə sərhədlərindən kənarda müxtəlif tədbirlər keçirilir.Bu tədbirlərin əsas mahiyyəti gənc nəslə ulu öndər Heydər Əliyev haqqında müfəssəl bilgilər vermək onun planetar siyasətçi kimi gördüyü işləri müxtəlif aspektlərdən təhlil etməkdir. Q.Novruzov vurğuladı ki, ulu öndər Heydər Əliyev müdrikliyindən, taleyin ona qismət etdiyi bilik qabiliyyətindən öz şəxsi məqsədləri üçün deyil, millət xalqı yolunda istifadə etmişdir. Bu səbəbdəndir ki, Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixi ilə o qədər qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırmaq mümkün deyildir. Bu bir həqiqətdir ki, biz Heydər Əliyev haqqında danışarkən Azərbaycandan, Azərbaycan barədə danışanda Heydər Əliyevin fəaliyyətindən söhbət açmış oluruq. Heydər Əliyevlə Azərbaycan birlikdə olanda daim inkişaf tərəqqi baş verib. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanımızın öz müstəqilliyini bərpa etməsindən keçən tarixdən geriyə baxanda uğurlu daxili xarici siyasət yürüdən ölkəmizin qazandığı möhtəşəm nailiyyətlər  beynəlxaq aləmdəki mövqeyi aydın görünür. Az vaxt ərzində ictimai, siyasi iqtisadi həyatın bütün sahələrində əldə olunan müvəffəqiyyətlər bütün dünyanı heyran qoymuşdur. Hazırda Azərbaycanın hər yerində gedən möhtəşəm quruculuq işləri, mədəniyyət, idman digər sahələrdəki tərəqqi hər bir azərbaycanlını qürurlandırır, ölkəmizə gələn çoxsaylı qonaqları heyrətə salır. Bütün bunlar isə ulu öndərimiz Heydər Əliyevin həm daxili, həm xarici siyasətdəki səriştəsi, yüksək idarəetmə bacarığı, bənzərsiz nitq qabiliyyəti, geniş biliyə sahib olması analitik düşüncə tərzinin nəticəsində mümkün olmuşdur.Q.Novruzov ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının sıralarında yüz minlərlə ölkə vətəndaşının birləşdiyini diqqətə çatdıraraq qeyd etdi ki,  partiyanın sıralarında yüksək intellektə, böyük vətənpərvərlik duyğularına malik insanlar birləşir: “Bu insanların yüksək fədakarlığı, YAP-a yaxından bağlılığı, partiyanın ideyalarına, onun yaradıcısına olan sədaqəti, partiyanın Sədri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə sədaqətin bariz nümunəsidir”.Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Ümummilli Liderimizin doğum günü ərəfəsində bir araya gələrək, böyük şəxsiyyət barədə fikirlərimizi bölüşərkən, bir daha hiss edirik ki, dahi öndər Heydər Əliyev haqqında qədər ibrətamiz fikirlər deyilsə , yenə nəyi isə deməyiblər. Bax, bu hiss, bu fikir neçə illərdir ki, yaranır bunun özü Heydər Əliyev şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir: “Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Biz fəxr edirik ki, Heydər Əliyev kimi dahi, müdrik, əbədiyaşar, ümummilli liderimiz var. Ulu öndər Heydər Əliyev tarixin yaratdığı şəxsiyyət idi Özü tarix  yaradırdı. Ümummilli Lider istər keçmiş sovetlər dönəmində, istərsə   1993-cü ildən sonra ölkənin iqtisadi sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə  böyük zəmin yaratmışdır. Xalqın arzu tələbi ilə ikinci dəfə dövlət rəhbərliyinə qayıtdıqdan sonra Ulu Öndərimiz belə vəziyyətdə balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək dövlət idarəçiliyi sahəsində qazandığı zəngin təcrübə ilə fitri  istedadını birləşdirdi. Ölkədə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı. Milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı, zabit kadrlarının hazırlanması üçün müasir tələblərə cavab verən hərbi məktəblər formalaşdırıldı, ordunun gücləndirilməsi diqqət mərkəzinə gətirildi. Azərbaycan informasiya blokadasından çıxarıldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin ədalətli həlli ilə bağlı beynəlxalq qurum təşkilatlarda səmərəli  fəaliyyətin təməli qoyuldu. Azərbaycan Avropanın enerji daşıyıcıları ilə təminatında etibarlı tərəfdaşa, Cənubi Qafqazda söz sahibi sayılan dövlətə çevrildi.

 

Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün yolla uğurla irəliləyərək, ən yüksək zirvələri fəth edir, mühüm uğurları ilə dünyanın diqqətindədir. Bu uğurlar ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun hazırda cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində daha da artmaqdadır”.Vüqar Rəhimzadə xüsusi vurğuladı ki, Azərbaycan xalqının qəlbində Ümumilli Lider zirvəsinə ucalan dövlət xadimi, dünya miqyaslı  siyasətçi Heydər Əliyev əbədiyaşarlıq qazanmışdır. Vətənini sevən hər bir Azərbaycan övladı özünün Ümumilli Lideri ilə fəxr edir. 95 illiyini qeyd etdiyimiz dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu xilaskar dövlət xadimi, xalqımızın taleyində, mənəvi, siyasi ictimai həyatında ümumxalq məhəbbətini qazanan Ulu Öndər, mütəfəkkir olaraq qalmışdır. Xalqımızın indiki sonrakı nəsilləri onu həmişə sonsuz hörmət məhəbbətlə yad edəcəklər.YAP Gənclər Birliyinin sədri Seymur Orucov vurğuladı ki,  yeni nəslin hərtərəfli inkişafının əsas şərtlərindən biri gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi mədəni həyatında aktiv iştirakının təmin edilməsidir. Fərəhli haldır ki, Azərbaycanda əsası 1994-cü ildən ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti məhz bu prinsiplər əsasında formalaşıb müvafiq hüquqi sənədlərdə öz əksini taparaq həyata keçirilir. Ümummilli  Liderin Sərəncam təşəbbüsləri əsasında Gənclər İdman Nazirliyi yaradıldı, gənclərin qurultayları keçirildi. Ölkəmizdə gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmək bu sahədə yaranan münasibətləri tənzimləmək üçün 2002-ci ildəGənclər siyasəti haqqındaqanun qəbul edildi.

 

S.Orucov qeyd etdi ki, bu gün həmin siyasi kursu Prezident İlham Əliyev uğurla davam etdirir. Bütün məqamlarda insan amilinə diqqəti önə çəkən Prezident İlham Əliyevin islahatçı lider kimi tanınması, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər Əliyevin dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirmişdir.

 

S.Orucov xüsusi olaraq vurğuladı ki, bu gün Yeni Azərbaycan Partiyası ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  mühüm nailiyyətlər qazanır. Əldə olunan nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik, xalqa sədaqətli xidmət və praqmatik düşüncə tərzi dayanır.

Tədbir tələbələrin ulu öndər Heydər Əliyevin mənalı ömrünü əks etdirən ədəbi-bədii çıxışları ilə yekunlaşdı.

 

Şəmsiyyə Əliqızı

İki sahil.- 2018.- 5 may.- S.12.