Almaniyada keçirilən konfransda
Azərbaycan multikulturalizmi
yüksək qiymətləndirilib
Azərbaycan Dillər Universiteti(ADU),
Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin(BBMM)
birgə təşkilatçılığı
ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə
həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası”
mövzusunda birinci beynəlxalq elmi konfrans keçirilir.
Konfransın ilk bölmələri Azərbaycan, Türkiyə,
Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində
təşkil olunub. “Azərbaycan və Almaniya multikulturalizmi” mövzusunda növbəti
bölmə iclası
BBMM-in, ADU-nun, Auqsburq Universitetinin və Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyinin
təşkilatçılığı ilə Almaniyada baş tutub.
Beynəlxalq konfransda açılış
nitqi ilə çıxış edən
Auqsburq Universitetinin professoru Klaus Volf Azərbaycan və Almaniya multikulturalizminin oxşar və fərqli xüsusiyyətlərindən bəhs
edib.
Azərbaycanın Almaniyadakı səfirliyinin
müşaviri Marat Kəngərlinski azərbaycanlıların
tarixən multikultural bir xalq olduğunu
qeyd edib. Bildirib ki, hazırda multikulturalizm Azərbaycanda
dövlət siyasətidir
və ölkəmizdəki
tolerantlıq mühitinin
hazırkı səviyyəyə
çatması Prezident
İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin,
dinindən, dilindən
və milli mənsubiyyətindən asılı
olmayaraq hər bir vətəndaşımıza
bərabər münasibətinin nəticəsidir.
ADU-nun tədris
işləri üzrə
prorektoru, professor Əfqan Abdullayev qeyd edib ki,
Azərbaycan multikulturalizmi
bu gün dünyada yüksək qiymətləndirilir və
nümunə kimi göstərilir. Professor bildirib ki, dövlətimizin başçısının
qeyd etdiyi kimi, multikulturalizmin alternativi yoxdur, bu gün multikulturalizm
müharibə və münaqişələrlə üzləşən
dünyanı xilas edəcək yeganə yanaşmadır. Əfqan Abdullayev qeyd edib ki, Azərbaycanda
tarixən multikultural həyat hökm sürür və Azərbaycanda multikulturalizm
siyasətinin banisi ulu öndər Heydər Əliyevdir: “Azərbaycan multikulturalizmin
daha dərindən öyrənilməsi istiqamətində
böyük işlər
aparır, bu işlərdən biri də xalqımızın
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr
olunmuş beynəlxalq
konfransdır”.
Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin (BBMM) icraçı
direktor əvəzi Rəvan Həsənov Azərbaycanı dünyada
multikulturalizm mərkəzi
kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək istiqamətində BBMM-in gördüyü işlər
barədə məlumat
verib. Qeyd edib ki, Azərbaycan
Prezidentinin multikulturalizm
barədə fikirləri,
göstərişləri onun
2016-cı ildə elan
etdiyi “Multikulturalizm İli” başa çatdıqdan sonra da davam edir.
Beynəlxalq konfransda Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda
dini müxtəliflik”,
Mainz Universitetinin professoru Hendrix Busoten “Eposun müqayisəli tədqiqatı:
türkologiya kontekstində”,
Qafqaz Müsəlmanları
İdarəsinin sədr
müavini Fuad Nurullayev “Azərbaycanlılar
və almanlar arasında münasibətlər multikulturalizm kontekstində”,
Bakıdakı Avropa Yəhudiləri Dini İcmasının rəhbəri
Aleksandr Şarovski “Tolerantlıq və multicultural dəyərlər
Azərbaycanda”, Rus Provaslav Kilsəsinin Bakı Yeparxiyasının
nümayəndəsi Elnur
Əfəndiyev (Mifodi)
“Rus orthodox (Pravoslav) Yeparxiyası Azərbaycan multikulturalizminə
nümunə kimi”, Alban Udi Xristian
Dini İcmasının
sədri Robert Mobili “Alban-udi xristian icması Azərbaycanın multicultural
şəraitində”, Protestant
İcmasının rəhbəri
xanım Vera Nesterova “Lüteranlıq Azərbaycanda” və ADU-nun professoru Aynur Sabitova “Heydər Əliyevin mədəniyyətlərarası dialoqda rolu: Azərbaycan və dünyanın ədəbi
müqayisəsi kontekstində”
mövzularında məruzələrlə
çıxış ediblər.
Məruzələrdə Azərbaycanda dövlət
siyasətinin prioritet istiqamətlərindən olan
multikulturalizm siyasəti,
yüksək tolerantlıq
mühiti, multikultural ənənə və dəyərlərin qorunub
saxlanılması barədə
ətraflı söhbət
açılıb. Qeyd edilib
ki, ölkəmizin 38,
dünyanın isə
18 nüfuzlu universitetində
uğurla tədris edilən “Azərbaycan multikulturalizmi” fənni ölkəmizdəki dinlər
və milli etnik qruplar arasındakı
dostuq və qardaşlıq münasibətlərini
geniş auditoriyalara daşıması bəşəri
humanism ideyalarının
yayılması baxımından
çox önəmlidir.
Məruzələrdə Azərbaycanın
multikultural dəyərlərinin
dünyada tanıdılması
baxımından belə
tədbirlərin əhəmiyyəti
də vurğulanıb.
İki
sahil.- 2018.- 5 may.- S.13.