Türkçülük günü qeyd olunub
Azərbaycan
Mətbuat Şurası və Azərbaycanlıların və
digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi
(ATXƏM) 3 may Türkçülük gününü
türkçülüyün banisi, Azərbaycanın ictimai
fikir tarixinin görkəmli nümayəndəsi Əli bəy
Hüseynzadənin doğma yurdu olan Salyan rayonunda qeyd edib. Əsası ATXƏM tərəfindən
qoyulmuş və hər il
ənənəvi olaraq
qeyd olunun bu əlamətdar günlə bağlı dövlət və hökumət rəsmiləri,
ictimai-siyasi xadimlər,
kütləvi informasiya
vasitələri və
qeyri-hökumət təşkilatlarının
rəhbərləri bir
araya gəlmişdilər.
Milli.Az xəbər
verir ki, tədbir iştirakçıları
öncə Salyan rayonunda Ulu öndər
Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra onlar Əli bəy Hüseynzadənin və istiqlal şairi Xəlil Rza Ulutürkün abidələrini,
həmçinin rayonda
türk şəhidlərinin
xatirəsinə ucaldılmış
abidəni də ziyarət ediblər.
Toplantını giriş sözü ilə açan ATXƏM sədri İlham İsmayılov "Türkçülük
günü"nün mahiyyətindən,
yaranma tarixçəsindən
söz açıb. Birlik sədri
bildirib ki, belə tədbirlərlə
bu əlamətdar tarixin anlamının gənclərə çatdırılması,
milli şüurun daha da yüksəldilməsinə
nail olmaq, vətənpərvərlik
ruhunun hər zaman diri tutmaq
hədəf seçilir.
"Azərbaycan və Türkiyə arasında, eləcə də digər türk xalqları ilə əməkdaşlıq
sahəsində son illər
çox ciddi, mühüş işlər
görülməkdədir. Bu işlər intensivləşməkdədir.
Bu əməkdaşlıqların dərinləşdirməsi xalqlarımızın
rifahının yüksəlməsinə,
eyni tarixi kökə sahib olan insanların yenidən yaxınlaşmasına səbəb
olacaqdır", - deyə
İ.İsmayılov vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının
sədri, Milli Məclisin depuatıt Əflatun Amaşov may ayının bayramlar ayı olduğunu deyib: "Artıq bir neçə ildir ki, 3 may tarixi isə Türkçülük Günü
kimi qeyd olunur. Bu gününün
qeyd edilməsində
ATXƏM-in böyük rolu
var. Hesab edirəm ki, belə tədbirlərin
təşkili ilə
biz türkçülük mirasına sahib çıxmış
oluruq. Tədbirin
Salyanda - Əli bəy Hüseynzadənin doğma yurdunda təşkili isə xüsusi rəmzi məna daşıyır.
Bizlər çalışmalıyıq
ki, gələcəkdə
bu gün digər türkdilli xalqlar və toplumların paradı kimi özünə yer tutsun", - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.
Milli QHT
Forumunun İdarə Heyətinin üzvü Əkbər Qoşalı çıxışında Türkçülük
gününün önəmindən
danışıb. O qeyd
edib ki, tarixi keçmişimizin öyrənilməsi, tariximizdəki
qəhramanlıq səlnamələrinin
gələcək nəsillərə
çatdırılması üçün belə tədbirlərin keçirilməsinin
çox böyük əhəmiyyəti vardır.
Dünya Azərbaycanlılarınin Milli
Birliyinin sədri Cavad Derəxti də Türk dünyasının inteqrasiyası
istiqamətində atılan
addımlar, Azərbaycanın
bu proseslərdəki rolundan danışıb. Bildirib ki,
son illər ərzində
Türk dünyasının
birlik və bərabərliyi yolunda mühüm tədbirlər
keçirilib və bu tədbirlər günü-gündən daha
da artmaqdadır.
Daha sonra Türkçülük Günü
tədbiri konsert proqramı ilə davam edib.
İki sahil.- 2018.- 5 may.-
S.19.