SDU-da professor
Həsən Sadıqovun
anadan olmasının
90 illik yubileyi qeyd edilib
Azərbaycan prezidenti cənab İlham Əliyev Həsən Şiralı oğlu Sadıqova təhsil sahəsində uzunmüddətli səmərəli
fəaliyyətinə görə
Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünün verilməsi
haqqında Sərəncam
imzalamışdı. Bu məqsədlə
də mayın 29-da görkəmli alim, Əməkdar müəllim,
professor Həsən Sadıqovun anadan olmasının 90, elmi-pedaqoji
fəaliyyətinin 60-illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi.
Tədbirdə Sumqayıt şəhər
İcra Hakimiyyətinin
başçısı cənab
Zakir Fərəcov və bir çox
ziyalılar iştirak
etdilər.
Tədbiri rektor, professor Elxan
Hüseynov açaraq
bildirdi ki, professor Həsən Sadıqovun adı gələndə hər kəs onu təkcə müəllim, filosof, alim, elm ağsaqqallı kimi xatırlamır. Onu xalq müəllimi
kimi qəbul etməklə yanaşı,
Sumqayıtın və
Sumqayıt Dövlət
Universitetinin yeriyən
canlı tarixi, klassikləşən müasirimiz
kimi qəlblərdə
özünə əbədi
heykəl ucaltmış
tarixi şəxsiyyət
kimi tanıyır.Ömrünün
56 ilini Sumqayıt Dövlət Universiteti ilə bağlayan professor Həsən Sadıqov daima müəllimlik fəaliyyəti ilə fəxr edir, yetirmələri ilə çiyin-çiyinə işləməkdən
qürur hissi keçirir. Qeyd edim ki, bu təhsil ocağının təməli
1962-ci ildə qoyulub.
O gündən bu günə kimi Həsən Sadıqov müəllimlik peşəsini
şərəflə yerinə
yetirir. Azərbaycan Respublikasında təhsil
sahəsində uzunmüddətli
səmərəli fəaliyyətinə
görə Prezident cənab İlham Əliyev tərəfindən
fərdi təqaüdünün
verilməsi universitetin
professor-müəllim heyəti
və bütün kollektivi tərəfindən
böyük sevinc hissi ilə qarşılandı. Bu ali təltif təkcə professor Həsən
Sadıqovun əməyinə
deyil, bütövlükdə
Sumqayıt Dövlət
Universitetinin kollektivinin
fəaliyyətinə verilmiş
yüksək qiymətdir.
Əsl alim və əsl
insan ömrü yaşayan Həsən Sadıqovun həyatı, əməlləri gənc
nəsil üçün
layiqli örnəkdir.
Sumqayıt şəhər İcra
Hakimiyyətinin başçısı
cənab Zakir Fərəcov çıxış
edərək ümummilli
lider, müstəqil dövlətimizin memarı
və qurucusu Heydər Əliyev ideyalarını uğurla
həyata keçirən
ölkə Prezidenti cənab İlham Əliyevin elmin inkişafına daim böyük önəm verdiyini vurğuladı, bu sahəyə göstərilən dövlət
qayğısından söhbət
açdı. Bildirdi ki,
alimin böyüklüyü
onun intellekti, yetirdiyi kadrlar, elmə verdiyi töhfələr, yazdığı
elmi əsərlərlə
müəyyən olunur.
Bu baxımdan Azərbaycanın
görkəmli alimi, Əməkdar müəllim,
professor Həsən Sadıqovun şərəfli
ömür yolu elmə xidmətin bariz nümunəsidir. Təbii ki, bu titulları
qazanmaq o qədər də asan olmamışdır.
Həsən Sadıqov nəinki
müəlllim, habelə
Sumqayıtın yaranma
tarixinin, onun sosial-iqtisadi, mədəni,
demoqrafik inkişafının
ilk tədqiqatçı olaraq
şəhərin beynəlmiləlçilik
ənənələrini təbliğ
edən alimdir. Onun professor Ramazan Məmmədovla müəllifləri
olduğu «Sumqayıt həqiqətləri» kitabında
erməni iftira və uydurmalarının qarşısının alınmasında,
1988-ci ilin fevralında
törədilmiş hadisələrin
bütün reallığı
və obyektivliyi ilə dünya oxucularına çatdırılmasında,
gələcək nəslin
hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində
mühüm rol oynamışdı. Bir sözlə,
görkəmli alim Həsən Sadıqovun əməyi daim xalqımız və dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib.
Sonra İcra başçısı
cənab Zakir Fərəcov Azərbaycan
prezidenti cənab İlham Əliyevin Həsən Şiralı oğlu Sadıqova təhsil sahəsində uzunmüddətli səmərəli
fəaliyyətinə görə
Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünün verilməsi
haqqında imzaladığı
Sərəncamı oxudu
və ona uzun ömür, cansağlığı, yorulmaz
fəaliyyətində uğurlar
arzuladı.
Tarix və coğrafiya
fakültəsinin dekanı
professor Adil Baxşəliyev, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri
professor Əkbər Ağayev, Xarici dillər kafedrasının
müdiri professor Nigar İsgəndərova,
professor Nadir Kazımov, professor Məhəmmədəli Zərbəliyev,
Tələbə Həmkarlar
İttifaqı Komitəsinin
sədri Nemət İbayev və Həsən müəllimin
tələbə yoldaşı
professor Atamoğlan Həsənov çıxış
edərək böyük
alimin mənalı və şərəfli ömür yolundan, elmi fəaliyyətindən
bəhs etdilər, onun milli ideayalara bağlı nəcib şəxsiyyət
olduğunu vurğuladılar.
Professor Həsən
Sadıqov əməyinə
verilən yüksək
qiymətə görə
ölkə başçısına,
Sumqayıt şəhər
İcra Hakimiyyətinin
başçısına və
Sumqayıt Dövlət
Universitetinin rektoruna dərin minnətdarlığını
bildirdi. Qeyd etdi ki, dəfələrlə
ali mükafatlara layiq görülüb. Yubiley ərəfəsində
təltif olunduğu bu mükafat onlardan ən alisidir. Həsən Sadıqov çıxışında
onu da diqqətə
çatdırdı ki,
Sumqayıt Dövlət
Universiteti öz tarixi ilə öyünməyə haqqı
olan, bu gün qazandığı
nailiyyətləri qabaqcıl
ali məktəblərlə
bir sırada nümayiş etdirə bilən və nəhayət, gələcək
prioritet məsələlərin həllinə
imza atmağı bacaran bir təhsil
ocağıdır. Bu
təhsil ocağının
təməli 1962-ci ildə
qoyulmuşdur. Fəaliyyət göstərdiyi dövrlər
ərzində istər
filial, istər institut, istərsə də universitet kimi, bu elm
və təhsil ocağı yalnız Azərbaycanda deyil, həm də keçmiş Sovetlər Birliyində, eləcə də bir sıra
xarici ölkələrdə
sənaye və tədris müəssisələrini
yüksəkixtisaslı kadrlarla təmin
etmiş, Ulu Öndərin ikinci dəfə hakimiyyətə
gəlişindən sonra
bir sıra problemlər kimi, bu mühüm məsələ də öz həllini tapmışdı. Sumqayıtın
respublikamızın ictimai
həyatındakı roluna
yaxından bələd
olan, sumqayıtlıların
istək və arzularına
daim yüksək diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında” 13 iyun
2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradıldı.
Həmin gündən
etibarən Sumqayıtın sosial-mədəni
həyatında yeni bir inkişaf mərhələsinin əsası
qoyuldu. Məhz bu tarixi fərmandan
sonra şəhərin
elm və təhsil ocaqlarında böyük bir canlanma yarandı, yeni-yeni istiqamətlərdə
inkişaf dinamikasının
perspektivləri müəyyənləşdi.
O cümlədən, Sumqayıt Dövlət Universiteti öz dinamik inkişafı ilə qabaqcıl ali təhsil müəsissələrindən birinə çevrildi. Ömrümün 56 ilini şəhərimizin yeganə
ali təhsil müəsissəsi olan Sumqayıt Dövlət Universitetinə bağladığım
üçün qürur
hissi keçirirəm.
Tədbirin sonunda
professor Həsən Sadıqova hədiyyələr
təqdim olundu və xatirə şəkilləri çəkdirildi.
Vahidoğlu
Orxan
İki
sahil.- 2018.- 31 may.- S.-19.