Sənayeləşmə iqtisadiyyatın
əsas prioritetlərindəndir
Prezident
İlham Əliyevin
rəhbərliyi ilə son illərdə
ölkəmizdə qeyri-neft
sektorunun əsas istiqaməti kimi sənayeləşmə
siyasəti geniş miqyasda həyata keçirilib, yüzlərlə
sənaye müəssisəsi
inşa edilib, bu sahədə güclü potensial yaradılıb. Sənayeləşmə iqtisadiyyatın əsas
prioritetlərindən birinə
çevrilib.
Ölkəmizdə aparılan genişmiqyaslı
köklü islahatlar iqtisadiyyatın bütün
sahələrində olduğu
kimi, sənayenin də dirçəlişinə
ciddi təkan verib. İstehsal sahələrinin inkişaf etdirilməsi, yeni müəssisələrin
yaradılması, xüsusən
də ölkənin neft-qaz sənayesinin sürətli inkişafı
ümumi daxili məhsulun strukturunda sənaye istehsalının
payının getdikcə
artmasına gətirib
çıxarıb.
Prezident
İlham Əliyev
2018-ci il aprelin 18-də
andiçmə mərasimində
bildirib ki, iqtisadiyyatımız son 15 il
ərzində 3,2 dəfə artıbdır:
“Bu çox böyük
göstəricidir. Əlbəttə ki, bu göstəricinin
tərkibində neft amili xüsusi yer tutur. Ancaq bununla bərabər,
bizim qeyri-neft ixracımız 15 il ərzində dörd dəfədən çox artıb. Bu onu göstərir
ki, islahatlar böyük səmərə
verir. Sənaye istehsalı 2,6 dəfə artıb. Valyuta ehtiyatlarımız 24 dəfə
artıb. Bu gün bu ehtiyatlar
44 milyard manat təşkil edir. Ölkəmizə 231 milyard dollardan
çox sərmayə
qoyulub. Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə
görə ölkəmizi
35-ci yerə layiq görüb”.Qeyri-neft sektorunun davamlı inkişafını təmin
etmək və əhalinin istehsal sahəsində məşğulluğunu
artırmaq məqsədi
ilə sənaye parkları və sənaye zonalarının
yaradılması davam
etdirilir. Hazırda ölkəmizdə
Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları fəaliyyət
göstərir. Sumqayıt Sənaye
Parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə
yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixrac ediləcək. Artıq Sənaye Parkının rezidenti olan “Azertexnolayn” müəssisəsi
istehsal etdiyi məhsulun 52 faizini ixrac edib. Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən
ən böyük layihələrdən olan
“SOCAR Polimer”də istehsal
olunacaq polipropilen və yüksək sıxlıqlı polietilen
ixrac olunmaqla yanaşı, yerli müəssisələrin xammala
olan tələbatını
ödəyəcək. Gəmiqayırma
sahəsində ixtisaslaşmış
Qaradağ Sənaye Parkına indiyədək
470 milyon dollar investisiya
qoyulub ki, bu, 2000 nəfərin daimi işlə təmin olunmasına imkan verir.Mingəçevir
Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən
ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması yeni iş yerlərinin açılması baxımından
mühüm əhəmiyyət
kəsb edir. Parkda yaradılacaq müəssisələr üçün
xammal bazası, o cümlədən pambıq
mahlıcı yerli məhsullar hesabına təmin ediləcək. Bütün bunlar ölkədə ilk dəfə olaraq yüngül sənaye sahəsində klaster yanaşmasının geniş
tətbiqinə imkan verəcək. Pirallahı Sənaye Parkında
artıq 2 dərman zavodunun təməli qoyulub.Göründüyü kimi,
sənayeləşdirmə siyasətinin uğurla həyata keçirilməsi
nəticəsində yeni
sənaye müəssisələrinin,
texnoparkların, ixracyönümlü
sənaye məhsulları
istehsal edən emal müəssisələrinin,
böyük sənaye komplekslərinin
yaranması qeyri-neft sektorunun inkişafını
daha da gücləndirəcək,
neft-qaz amilindən asılılığı daha
da azaldacaq, yeni iş yerlərinin
açılmasına, əhalinin
məşğulluq səviyyəsinin
yüksəlməsinə, ölkə
iqtisadiyyatının dayanıqlı
inkişafına böyük
töhfələr
verəcəkdir.
Zahid Rza
İki
Sahil.- 2018.- 1 iyun.- S.17.