Professor Vilayət Əliyevin 80 illik yubileyi qeyd edilib
Noyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində
(ADPU) Yeni Azərbaycan
Partiyasının (YAP) Siyasi
Şurasının üzvü,
ADPU rektorunun müşaviri,
filologiya üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Vilayət Əliyevin 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə
Milli Məclisin deputatları, ölkənin
tanınmış ziyalıları
iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, rektor
Cəfər Cəfərov
professor Vilayət Əliyevin elmi-pedaqoji fəaliyyətindən söz
açıb. Qeyd edib
ki, Vilayət Əliyevin 80 illik yubileyinin keçirilməsi
Azərbaycan elmi, təhsili və ictimai-siyasi həyatı üçün xüsusi
önəm kəsb edir. Çoxsaylı kitabların, məqalələrin
müəllifi olan Vilayət Əliyev bu sahələrdə öz sözünü layiqincə demiş bir alim-ziyalıdır.
Rektor, 80 illik
yubileyi münasibətilə
və universitetdə uzun illər səmərəli elmi-pedaqoji
fəaliyyətinə görə
professor Vilayət Əliyevə təşəkkürnamə
təqdim edib.
Tədbirdə filologiya fakültəsinin
dekanı Buludxan Xəlilovun professor Vilayət Əliyevin elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti
ilə bağlı məruzəsi dinlənilib.
Məlumat verilib ki, Vilayət Əliyev 1960-cı illərdən
dilçilik sahəsində
fəaliyyət göstərir.
Onun elmi tədqiqatları Azərbaycan dilçiliyi və türkologiya ilə bağlıdır.
Ümumilikdə 200-dən çox
elmi məqalənin və ”Azərbaycan dilində felin təsriflənməyən formaları”,
“Məsdər”, “Azərbaycan
dilində feli sifət”, “Azərbaycan dilində felin perifrastik formaları”, “Toponimika”, “Azərbaycan toponimiyası”, “Heydər Əliyevin dil siyasəti” kitablarının
müəllifidir. AMEA-nın
nəşr etdirdiyi üçcildlik “Müasir
Azərbaycan dili” əsərinin müəlliflərindən
biridir. Azərbaycan Respublikası Dövlət
Dil Komissiyasının
üzvü olub.Professor
Vilayət Əliyevin dilimizin keşiyində dayanan, onun imkanlarına
hörmətlə yanaşan,
dilimizi mənəvi sərvətimiz kimi dəyərləndirən alimlərdən
olduğunu deyən Buludxan Xəlilov görkəmli alimin yeni əsərləri ilə Azərbaycan dilçilik elminə dəyərli töhfələr
verəcəyinə əminliyini
bildirib.Tədbirdə AMEA-nın
vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli vurğulayıb ki, professor Vilayət Əliyev Azərbaycanda dövlət və dil siyasətinin həyata keçirilməsinə
elmi fəaliyyəti
ilə nümunə göstərən şəxsiyyətlərdən
biridir. Onun elmi tədqiqatlarının
Azərbaycan dilçiliyi
və türkologiya ilə bağlı olduğunu deyən akademik qeyd edib
ki, görkəmli alim özünün elmi məktəbini formalaşdırıb. Onun
yetirmələri ölkəmizin
elmi tədqiqat institutlarında, təhsil
müəssisələrində Azərbaycan dilinin tədrisi və təbliği məşğul
olurlar.
YAP Səbail rayon təşkilatının
sədri, Mili Məclisin deputatı, professor Şəmsəddin
Hacıyev, ədliyyə
nazirinin müavini, general-polkovnik Məhərrəm
Əliyev, Milli Məclisin deputatları Hadi Rəcəbli, Fazil Mustafa və
başqaları professor
Vilayət Əliyevin görkəmli dilçi alim, milli ruhlu,
dövlətə və
dövlətçiliyə
sədaqətlə xidmət
edən vətənpərvər
ziyalı olduğunu vurğulayıblar.
Tədbirdə yubilyara Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqının fəxri
fərmanı və “Veteran həmrəyliyi” medalı, həmçinin
“Zəngəzurun səsi”
qəzetinin fəxri diplomu təqdim edilib.
Sonda professor
Vilayət Əliyev tədbirin təşkilatçılarına
və iştirakçılarına
minnətdarlığını bildirib.
Zamin Məmmədov
İki
sahil.- 2018.- 6 noyabr.- S.15.