Fransa radiosu Azərbaycan haqqında veriliş yayımlayıb
Fransanın “Radio Grand Ciel” radiosu Azərbaycan
haqqında veriliş yayımlayıb.
AZƏRTAC xəbər verir ki, verilişin
aparıcısı Alain Romestainq
qədim İpək Yolu üzərində yerləşən Azərbaycanın
Avropa ilə Asiya arasında körpü rolu oynamasından söz açıb. Bildirib ki, enerji resursları ilə zəngin olan Azərbaycan iqtisadiyyatın
şaxələndirilməsinə, turizmin inkişafına xüsusi diqqət yetirir. Aparıcı ölkəmizin iqtisadi
göstəriciləri barədə
ətraflı məlumat
verib.
Verilişdə böyük beynəlxalq
tədbirlərə ev sahibliyi edən Bakıda 2020-ci ildə futbol üzrə Avropa çempionatının final oyunlarının
keçiriləcəyi diqqətə
çatdırılıb. Dünyəvi ölkə olan Azərbaycanda müxtəlif
dinlərin nümayəndələrinin
mehriban yaşamalarından
danışılıb. Ölkəmizdə gender bərabərliyi,
qadınların cəmiyyətdə
yeri və rolu, təhsilin, elmin və mədəniyyətin
inkişafına verdikləri
töhfələr, onlara
göstərilən dövlət
qayğısı haqqında
məlumat verilib. Azərbaycanda qadın hüquqlarının
inkişafı tarixindən
bəhs edilərkən
onlara hələ
1918-ci ildə səsvermə
hüququnun verildiyi diqqətə çatdırılıb.
Bildirilib
ki, bu gün
Azərbaycanda qadınlar
ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurla
fəaliyyət göstərirlər.
Verilişdə, həmçinin Azərbaycan
mətbuatının keçdiyi
yol, jurnalistika sahəsində qadınların
kişilərlə çiyin-çiyinə
çalışmaları barədə
fikirlərə yer verilib. Bundan başqa, Azərbaycan-Fransız
Universitetinin baş katibi Şarlot Payenin Azərbaycan qadınının cəmiyyətdə
rolu və nüfuzu barədə fikirləri əksini tapıb.
Aparıcı gələn ay yayımlanacaq
növbəti verilişdə
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi,
bu münaqişə nəticəsində doğma
yurdlarından didərgin
düşmüş bir
milyon azərbaycanlı
qaçqın və məcburi köçkündən
danışılacağını bildirib.
Bir saat davam edən verilişdə Azərbaycan
musiqiləri də səsləndirilib.
İki sahil.- 2018.- 7 noyabr.- S.4