Yeni əməkdaşlıq formatları: sülh sabitlik, təhlükəsizlik

 

Regional əməkdaşlığın aparıcı qüvvəsi olan  Azərbaycanın beynəlxalq münasibətlər sistemində  artan yerirolu bu günümüzün reallıqlarından daha aydın görünür. Xarici siyasətində iki və çoxtərəfli çərçivədə  əməkdaşlığın qurulmasında və müxtəlif istiqamətlər üzrə  genişləndirilməsində maraqlı olan Azərbaycanın  üçtərəfli formatda birliklərin yaradılmasında təşəbbüskarlığı da regional əməkdaşlığa töhfələrinin tərkib hissəsidir. Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi birliklər deyilənlərin bariz nümunəsidir. Bu günlərdə İstanbulda Azərbaycan, Türkiyə və İran, eyni zamanda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin bir araya gəlib, iki tarixi görüşə imza atmaları istər ölkə, istərsə də dünya mətbuatında geniş müzakirə olunmaqdadır.

Azərbaycan, Türkiyə və Gürcüstanın  siyasi iradəsi və qətiyyəti sayəsində gerçəkləşən enerji və nəqliyyat layihələri təkcə region  deyil, dünya dövlətlərinin davamlı iqtisadi inkişafını şərtləndirir.    Dövlətimizin başçısı  İlham Əliyevin qeyd etdiyi kimi, əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuş, bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur.  Azərbaycan-Gürcüstan- Türkiyə birliyinin, həmrəyliyinin təcəssümü kimi dəyərləndirilən Bakı-Tbilisi-Ceyhan və  Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri, eyni zamanda,  ötən il istifadəyə verilən  Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadisiyasi əhəmiyyətini geniş şərh etməyə ehtiyac yoxdur. Dünyaya açılan pəncərə kimi  dəyərləndirilən bu layihələrin bu gün çoxtərəfli çərçivədə ardıcıllarının sayı artmaqda, ən əsası Azərbaycan tranzit ölkə kimi mövqeyini möhkəmləndirməkdədir. Artıq bu gün “Cənub Qaz Dəhlizi”, onun əsas seqmentləri olan TANAP, TAP layihələrinin perspektivləri müzakirə olunmaqdadır.  Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür... Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər” söyləyən cənab İlham Əliyev  birgə səylərin qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaratdığını  bu birlik fonunda diqqətə çatdırır.  Bu günlərdə “Starneft emalı zavodunun açılışı da Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığına, regionda sabitliyin, təhlükəsizliyin qarantı olmasına bir daha işıq saldı.

Regional əməkdaşlığın inkişafına mühüm töhfələr sırasında Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanmasını da xüsusi qeyd etməliyik. Bu əməkdaşlıqda daha çox diqqət çəkən və beynəlxalq səviyyədə də müzakirə olunan məsələ İranın bu yaxınlaşmalarda, ortaq mövqe nümayiş etdirməkdə maraqlı olmasıdır. Heç kəsə sirr deyil ki, dövlətimizin xarici siyasətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələ olan Xəzərin hüquqi statusu  bu günə qədər öz müsbət həllini  İran və Türkmənistanın  beynəlxalq hüququn norma və prinsiplərinə zidd yanaşmaları ucbatından tapmamışdır. İran tərəfi illərdir  Xəzər dənizində sərhədlərin yalnız bütün tərəflərin razılığı əsasında müəyyən olunmasını istəyirdi. Eyni vaxtda XX əsrin 90-cı illərin əvvəllərində Xəzər dənizinin dibinin və səthinin, o cümlədən mineral resurslarının birgə istifadə olunmasını təklif edirdi. Ən əsası   Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edirdi. İllər keçdikcə İran və Türkmənistanla aparılan danışıqlar mövqenin beynəlxalq hüquq normalarına uyğun formalaşmasına səbəb oldu. Ümumi rəy budur ki, imzalanan Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın, bölgədə sülhün, təhlükəsizliyin daha da möhkəmlənməsinə təkan verəcək.

İranın təkcə Xəzərin hüquqi statusu məsələsində deyil, Azərbaycan-Türkiyə-İran formatının daha da möhkəmləndirilməsində marağı da  bir çox məqamlara aydınlıq gətirir. Bu fakt da hər kəsə məlumdur ki, İran daim Ermənistana  yaxın ölkə kimi tanınıb. İşğalçı dövlət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində İranın vasitəçiliyini qəbul etsə də, Türkiyənin vasitəçiliyi gündəmə gətiriləndə “daş atıb başını tutub kiolmaz. Səbəb Türkiyənin  beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, məsələnin ərazi bütövlüyü  prinsipi əsasında həllinin vacibliyini bəyan etməsidir. Türkiyəni ədalətli mövqeyinə görə birtərəflilikdə ittiham edən  Ermənistan tarixi həqiqətləri bir kənara qoyub, maraqlar arxasınca qaçan dövlətlərin mövqeyinə daha çox üstünlük verir.  Demək ədalət birtərəflilik, maraqlar isə  beynəlxalq hüquq normalarının əsasıdır. Maraqlı yanaşma deyilmi? Bu başqa yazının mövzusu olsa da, regional əməkdaşlığa nə kimi təsir etmək imkanı bu gün müzakirə olunan məsələlər sırasındadır. Reallıq budur ki, İran bəyanatlarında  ərazi bütövlüyü prinsipini dəstəklədiyini bəyan etsə də, konkret məqamda seyirçi mövqeyini gizlətməyib. Bu gün İranın mövqeyində  nəzərəçarpacaq dərəcədə dəyişiklik işğalçı Ermənistana olan münasibəti ortaya qoyur. Göründüyü kimi, artıq yalanlara həqiqət gözü ilə baxmaq, ədalətsizliyə göz yummaq mümkünsüzləşir.

Bu yanaşmalar beynəlxalq səviyyədə də özünü nümayiş etdirməkdədir. Belə ki, Almaniyanın Federal Kansleri Angela Merkelin, həmçinin ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri  Son Boltonun  Cənubi Qafqaz regionuna səfəri çərçivəsində səsləndirdikləri fikirlər, Azərbaycanı regionun əsas aparıcı qüvvəsi, söz sahibi kimi dəyərləndirmələri də diqqətdən kənarda qalmadı.  İqtisadi müstəqilliyi siyasi müstəqilliyin əsası kimi dəyərləndirən Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə dəstəklənməklə yanaşı, öyrənilməsinin vacibliyi və tətbiqi  bir zərurət kimi irəli sürülür. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi, tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirməsi  beynəlxalq səviyyədə  təqdir edilir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” adlı sənəddə də ölkəmizin regional əməkdaşlığa  töhfələri önə çəkilərək, beynəlxalq əlaqələrin coğrafiyasının genişləndirilməsi etibarlı tərəfdaş kimi nüfuz qazanmasının göstəricisi kimi qeyd edilir.

2018-ci ilin enerji sektorunun uğurları sırasında yer alan,    enerjinin İpək Yolukimi dəyərləndirilən TANAP   da zamanın mütərəqqi əməkdaşlığına yaxşı bir nümunədir. Xəzər dənizindəki təbii ehtiyatların ən münasib marşrutlarla daşınaraq Türkiyəyə,  oradan da Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin yaranmasına  töhfə verəcək. “Cənub Qaz Dəhlizi”nin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır.

Ümumiləşdirilmiş şəkildə desək,   BTC, BTƏ neft-qaz kəmərləri, BTQ dəmir yolu, TANAP, “Starneft emalı zavodu  Azərbaycan və Türkiyənin birgə formalaşdırdığı regional inkişaf, tərəqqi və özünəinam mühitinin qələbəsi kimi dəyərləndirilirlər.

Reallaşan hər bir layihə region və tərəfdaş ölkələrin həyatına yeni nəfəs gətirir. Türkiyə rəsmilərinin açıqlamalarında bu reallıq öz əksini tapır ki,   ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regionalqlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu Azərbaycan və Türkiyənin  mənzərəsində aydın görünür.  Əməkdaşlıq   formatları ümumilikdə  regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, ölkələr arasında iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud olan əlaqələrin  daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyət kəsb edir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2018.- 9 noyabr.- S. 3.