Canlı əfsanə
Azərbaycan Milli Konservatoriyası
tərkibində Musiqi
Kollecində xalq artisti, Prezident təqaüdçüsü, Şərəf
və Şöhrət
ordenli, görkəmli
aktyor Rasim Balayevin 70 illiyinə həsr olunmuş “Canlı əfsanə” adlı gecə keçirilmişdir. Musiqi
Kollecinin direktoru, əməkdar incəsənət
xadimi, professor Nazim Kazımov görkəmli aktyor Rasim Balayevin
həyat və yaradıcılığı, Azərbaycan
filmlərində onun yaratdığı parlaq surətlər, Nəsimi, Beyrək, Babək, Mirzə Fətəli Axundov, Hüseyn Cavid kimi qəhrəman,
mütəfəkkir azərbaycanlı
oğullarının surətlərinin
yaradılması, bu qəhrəmanların gənc
nəslin vətənpərvərlik
tərbiyəsində rolu,
kino əsərlərinə
olan xalq məhəbbəti, Rasim Balayev şəxsiyyətinin
və ölməz sənətinin cizgiləri
haqqında danışmış,
görüşə gəlmiş
tanınmış sənətkarları,
qonaqları müəllim
və tələbələrə
təqdim etmişdir. Musiqi kolleci tələbələri
konsert proqramı ilə çıxış
etmişdir. Nağaraçılar
ansamblının, Nəfəs
və zərb alətləri kvintetinin, tələbələrdən Rəqsanə
Ağayeva (“Qatar təsnifi”),
Cəmalə Abdinzadə
(A.Skryabin “Prelüdlər”),
Hüseyn Musayev (A.Vivaldi “Yay fəsli”), Pünhan Piriyev (”Segah təsnifi”), Seynur Həsənovun (”Popurri”) ifaları
hərarətli alqışlarla
qarşılanmışdır.
Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımov Azərbaycan kino sənətinin canlı əfsanəsi Rasim Balayevin sənətin zirvəsinə
yüksəldiyini bildirərək Nəsiminin qəzəllərindən muğam parçalarını oxumuş, fitri muğam ifası ilə salondakı tələbələri də
birlikdə oxumağa cəlb etmişdir. Qəhrəmanın faciəli
taleyini filmdə yaşamış aktyor Rasim Balayev Nəsiminin
qəzəllərini bədii
qiraət etmişdir.
Xalq artisti Vaqif Əsədov
tələbəlik illərindən
söz açaraq Rasim Balayev ilə yataqxanada bir otaqda yaşadığı
dövrün maraqlı
və xoş xatirələrini
yada salmış,
kino sahəsində qazandığı yüksək
nailiyyətləri, yubileyi
münasibətilə sənət
dostunu təbrik etmişdir.
Xalq artisri Əbdül Mahmudov, Azərbaycan Dövlət Pedoqoji Universitetinin prorektoru, fizika elmləri doktoru, professor Asəf Zamanov,
pedoqoji elmlər doktoru Vidadi Orucov və başqaları çıxışlarında
görkəmli aktyorun
yaradıcılığı və həyatından maraqlı və xoş xatirələrini söyləmiş,
yubilyarı təbrik edərək can
sağlığı və
yeni yaradıcılıq
uğurları arzulamışlar.
Tələbələr görkəmli aktyora həyat və yaradıcılığı ilə
bağlı suallar vermişlər. Sonda Rasim Balayev kino
əsərlərində yaratdığı
rollar və filmlərin çəkilişi
zamanı yaşanan maraqlı, unudulmaz xatirələrdən danışmışdır.
Onun yaradıcılığına verilən
yüksək qiymət
və diqqətə görə Musiqi Kollecinin direktoru Nazim Kazımova, müəllim və tələbələrə, sənət
dostlarına, bütün
iştirakçılara təşəkkürünü
və minnətdarlığını
bildirmişdir.
AYTƏN BABAYEVA,
sənətşünaslıq üzrə elmlər
doktoru
İki sahil.- 2018.- 9 noyabr.- S. 12.