Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunub
Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyinə həsr olunmuş elmi sessiya işinə
başlayıb.
Əvvəlcə tədbir iştirakçılar
Fəxri xiyabana gələrək ümummilli
lider Heydər Əliyevin məzarını
ziyarət edib, abidəsi önünə
əklil və gül dəstələri
qoyublar.AZƏRTAC xəbər
verir ki, AMEA-nın əsas binasında təşkil olunan tədbirdə görkəmli dövlət
və elm xadimləri,
ictimai və beynəlxalq təşkilatların
nümayəndələri, xarici ölkələrdən
gəlmiş qonaqlar, müxtəlif dövlət
qurumlarının və
ali təhsil müəssisələrinin rəhbərləri,
AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının
direktorları iştirak
ediblər.Tədbirdə AMEA-nın prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə institutun 80 ildə şərəfli yol keçdiyini, ölkəmizdə
geologiya elminin inkişafında mühüm
rola malik olduğunu söyləyib.
Bildirib ki, bu elmi müəssisə
uzun illər ərzində geoloji elmlərin inkişafına,
respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin, palçıq vulkanizminin və geoloji proseslərin riyazi modellərinin öyrənilməsi
sahəsində fundamental və
tətbiqi məsələlərin
həllinə, həmçinin
Azərbaycanın mineral-xammal
bazasının yaradılması
və möhkəmləndirilməsinə,
neft strategiyasının
həyata keçirilməsinə
böyük töhfələr
verib.Akademik Akif Əlizadə institutun alimlərinin elmi nailiyyətlərinin hər
zaman dövlət tərəfindən yüksək
qiymətləndirildiyini deyib.
Bu günlərdə Prezident
İlham Əliyevin müvafiq Sərəncamına
əsasən Geologiya və Geofizika İnstitutunun bir qrup əməkdaşının
fəxri adlara layiq görüldüyünü,
orden və medallarla təltif edildiyini xatırladan AMEA-nın rəhbəri bu sənədin elmimizə göstərilən
diqqət və qayğıya daha bir nümunə olduğunu vurğulayıb.AMEA-nın
prezidenti institut əməkdaşlarının gələcəkdə
də elmi tədqiqatlarda yeni geofiziki üsullar və müasir texnologiyalar tətbiq edərək yeni neft-qaz yataqlarının və faydalı qazıntıların axtarışı,
kosmik texnologiyalar bazasında geoloji təhlükəli proseslərin
öyrənilməsi ilə
Azərbaycanın sosial-iqtisadi
inkişafına töhfə
verəcəklərinə əminliyini
bildirib, yubiley münasibətilə institutun
kollektivini təbrik edib.Sonra Geologiya və Geofizika İnstitutu direktorunun elmi işlər üzrə müavini,
AMEA-nın müxbir üzvü Dadaş Hüseynov “Elm zirvələrinə
aparan 80 illik yol” mövzusunda məruzə ilə çıxış edib.Alim
Geologiya və Geofizika İnstitutunun yaranma tarixinin 1923-cü ildə Azərbaycanın öyrənilməsi və
tədqiqi cəmiyyətinın
yaradılması ilə
başlandığını bildirib: “1932-ci ildə bu cəmiyyətin bazasına əsaslanaraq Azərbaycanın təbii
sərvətlərinin öyrənilməsi
məqsədi ilə
SSRİ Elmlər Akademiyasının
Zaqafqaziya filialının
Azərbaycan bölməsi
(AzFAN) yaradılıb.
1935-ci ildə AzFAN-ın bazasında geologiya da daxil olmaqla bir sıra
elmi istiqamətləri
əhatə edən sektorlardan ibarət
SSRİ Elmlər Akademiyasının
Azərbaycan filialı
təsis edilib. 1938-ci ildə Azərbaycanın
görkəmli alimləri
– Ş.Əzizbəyov, M.Qaşqay,
Ə.Yaqubovun təklifi
və SSRİ Elmlər
Akademiyasının Rəyasət
Heyətinin dəstəyi
ilə geologiya sektoru bazasında müstəqil elmi-tədqiqat
idarəsi olan Geologiya İnstitutu yaradılıb. 2014-cü ildə isə bu müəssisənin adı dəyişdirilərək
Geologiya və Geofizika İnstitutu adlandırılıb”.Geologiya
sahəsindəki elmi məktəblərdən danışan
D.Hüseynov bildirib ki, ölkəmizdə
1927-ci ildən əsası
qoyulan paleontologiya-stratiqrafiya
tədqiqatları institutda
1950-ci ildə akademik M.Əliyevin rəhbərliyi
ilə paleontologiya və stratiqrafiya şöbəsi açıldıqdan
sonra sürətlə
inkişaf edib. Bu şöbənin tərkibində sonralar mezozoy, kaynozoy, paleozoy, mikrofauna və biogeokimya laboratoriyaları təşkil
olunub.
Alim bildirib ki, Geologiya və Geofizika İnstitutunda yaranan böyük elmi məktəblərdən biri də geofizika məktəbidir. Seysmologiya və geodinamika, qravimetriya, radiometriya, maqnitometriya, geotermiya və süxurların fiziki xassələrinin öyrənilməsi istiqamətində bir çox mühüm nəticələr əldə edilib. Hazırda Geologiya və Geofizika İnstitutu bir çox fundamental və tətbiqi xarakterli tədqiqatları həyata keçirən iri beynəlxalq elmi mərkəzdir. Burada neft geologiyası, palçıq vulkanizmi, paleontologiya və stratiqrafiya, litologiya, geofizika, geotektonika və geodinamika, neft və qaz yataqlarının işlənilməsi sahəsində elmi məktəblər yaranıb. Elmi nailiyyətlərin və təcrübənin nəsildən-nəslə ötürülməsi nəticəsində geologiya və geofizika, neft yataqlarının istismarı və işlənilməsi sahəsində yaranmış fundamental və tətbiqi araşdırmalar aparan məktəblər qorunub saxlanılıb.Tədbirdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Ukrayna Milli Elmlər Akademiyasının (MEA) baş elmi katibinin birinci müavini, Ukrayna MEA-nın müxbir üzvü Vladimir Yemelyanov, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutunun direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Vasili Lavruşin, Bakı Dövlət Universitetinin faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmudov və digər çıxış edənlər institutun yaranma tarixindən, fəaliyyət istiqamətindən, burada həyata keçirilən layihə və tədqiqatlardan, uğurlu nəticələrdən danışıb, qurumun geologiya elminə böyük töhfə verdiyini bildiriblər. Çıxış edənlər elmi müəssisənin kollektivinə uğurlar arzulayıblar.Sonra Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyinə həsr olunan sənədli film nümayiş edilib.Elmi sessiya işini noyabrın 16-da Geologiya və Geofizika İnstitutunda elmi məruzələrin dinlənilməsi ilə davam etdirəcək.
İki
sahil.- 2018.- 16 noyabr.- S.6.