Azadlıq mücahidinin 100 illiyi

Ötən şənbə Beynəlxalq Mətbuat Mərkəzində 1945-1946-ci illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru olmuş Firidun İbrahiminin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. Firidun İbrahimiyə həsr edilənQartal ömrüsənədli filminin nümayişi ilə başlanan tədbirdəİranlı Mühacirlər Cəmiyyətiİctimai Birliyinin sədri Rəhim Hüseynzadə bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı, Vətən, xalq, istiqlal yolunda şəhid olmuş Firidun Qəni oğlu İbrahimi həqiqətən qartal ömrü yaşayıb: “Onun ruhu səmalarda, əbədi xatirəsi qəlblərdədir”.

Azadlıq mücahidinin həyatı fəaliyyəti haqqında ətraflı məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun professoru Səməd Bayramzadə qeyd edib ki, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi olmuş F. İbrahimi tarixçi, hüquqşünas olmaqla yanaşı, siyasi prosesləri mükəmməl bilən bir şəxsiyyət idi: “O, qısa, lakin olduqca mənalı ömrünü (1918-1947) millətini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, milli kimliyini, milli varlığını dünyaya tanıtdırmağa həsr edib. İstər elmi-publisistik yazılarında, istərsə Paris Sülh Konfransında iştirakı zamanı qələmə aldığı qeydlərində bunun bir daha şahidi olmaq mümkündür”.

O, çıxışını bu sözlərlə bitirib: “1947-ci il mayın 23-də Firidun İbrahimi Təbrizin Səttarxan xiyabanına, “Gülüstanbağının qarşısındakı meydana gətirilib. Edam olunan zaman onun son sözləri bu olub: “Yaşasın Azərbaycan! Yaşasın azadlıq! Məhv olsun istibdad! Yaşasın İran xalqlarının birliyi!”.

Milli Hökumət dövründə Azərbaycan Demokratik Cavanlar Təşkilatının üzvü olmuş Azərbaycan Tibb Universitetinin müəllimi, tibb elmləri namizədi Adilə Çernikbulənd mədəniyyətli, nəzakətli, davranışı ilə hamıya nümunə olan F. İbrahimi ilə bağlı xatirələrindən danışıb. Bildirib ki, o, qısa zaman kəsiyində əsrə bərabər işlər görüb. Adilə xanım, həmçinin Firidun İbrahiminin “edam səhnəsi”nin şahidi olmasa da, eşitdikləri əsasında həmin açı mənzərədən söz açıb.AMEA Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli (Bije) şah rejimi tərəfindən amansızlıqla qətlə yetirilən F. İbrahiminin sonrakı nəsillər üçün əsl şəhidlik nümunəsi yaratdığını vurğulayıb: “Ona görə bu cür şəxsiyyətlərin fəaliyyətləri dərindən öyrənilməli gələcək nəsillərə daha ətraflı çatdırılmalıdır”.“Mən, əmim Firidun İbrahiminin adını, soyadını daşıyıramsözləri ilə çıxışına başlayanİranlı Mühacirlər Cəmiyyətiİctimai Birliyi sədrinin birinci müavini Firidun İbrahimi azadlıq yolunda öz canını qurban vermiş fədakar istiqlal mücahidini - Fididun İbrahimini dar ağacında heykəlləşən milli qürur kimi dəyərləndirib.Tarixçi-alimlər Firdovsiyyə Əhmədova, Solmaz Rüstəmova-Tohidi, akademik Şahin Mustafayev, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli, “Dədə QorqudFondunun rəhbəri Eldar İsmayılov digərləri bu azadlıq mücahidi ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.“İranlı Mühacirlər Cəmiyyətiİctimai Birliyi Azərbaycan Demokrat Firqəsinin təşkilatçılığı ilə keçirilən tədbirin sonunda F. İbrahiminin 100 illik yubileyinə həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Qeyd edək ki, müsabiqəyə ölkəmizdən xaricdən Azərbayan, fars ingilis dillərində 55 yazı təqdim olunub. Qaliblərə fəxri diplomlar təqdim edilib. Mükafatçılar sırasındaİki sahilqəzetinin əməkdaşı da var.

 

Qvami Məhəbbətoğlu

İki sahil.- 2018.- 27 noyabr.- S.14