Ordumuzun müdafiə qüdrəti artır

 

Müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün qarantı olan ordumuzun döyüş qabiliyyətinin gücləndirilməsi prioritet məsələlərdir. Ulu öndər Heydər ƏliyevinMöhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdırtezisi dövlət siyasətinin əsasını təşkil edir. 27 illik müstəqillik tarixinə malik olan  Azərbaycanın uğurlarından bəhs edərkən, iqtisadi imkanların genişlənməsi fonunda ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər xüsusi qeyd olunur. “Biz güclü ordu qurmuşuq. Bu il Bakıda iki hərbi parad keçirilmişdir - həm ordumuzun, həm Bakının işğaldan azad edilməsinin 100 illiklərinə həsr edilmiş paradlar. Paradlarda nümayiş etdirilən imkanlarımız hesab edirəm ki, çox təsirlidir. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır bu, reallıqdırsöyləyən dövlətimizin başçısı İlham Əliyev daim bu əminliyi ifadə edir ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək gücündədir. 2016-cı ilin aprel, 2018-ci ilin Naxçıvan qələbələri buna bariz nümunə kimi göstərilir. Bu günlərdə  ADEX-2018” Üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi müdafiə sahəsində malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Ənənəvi xarakter alan bu kimi tədbirlər   beynəlxalq hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah texnologiyaların nümayiş etdirilməsi üçün mühüm amilə çevrilib. Bu fikir dövlətimizin başçısı İlham Əliyevin sərginin iştirakçılarına  ünvanladığı  təbrikdə qeyd olunmuşdur ki,  sərgi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət təşkilatları, o cümlədən rəsmi nümayəndə heyətlərini mütəxəssisləri eyni məkanda toplayaraq, işgüzar əlaqələrin qurulması yeni müqavilələrin imzalanması üçün səmərəli platformaya çevrilib.

Daim vurğulandığı kimi, müharibə şəraitində yaşayan bir ölkə üçün güclü, qüdrətli ordunun olması mütləqdir. Rəsmi Bakının  öz hərbi potensialını, büdcəsini artırmasını sülh danışıqlarından imtina kimi beynəlxalq ictimaiyyətə çatdırmağa çalışan işğalçı Ermənistana ona bu günə qədər dəstək olan, hazırda isə həmin dəstəyi dayandıran  dövlətlərə, təşkilatlara cavabı bu olub ki, Azərbaycan suveren dövlətdir, tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. Dövlətimizin başçısı İlham Əliyev hərbi büdcəmizin Ermənistanın ümumi büdcəsi qədər olmasının vacibliyini bəyan edərək, bu istiqamətdə biri-birindən mühüm addımlar atıb. Hazırda hərbi büdcəmiz 3 milyard dollardan artıqdır.  Azərbaycan hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, güclü müdafiə sənayesi yaradıb. Keçirilən hərbi paradlar,  sərgilər müdafiə sənayemizin əldə etdiyi nailiyyətlərin təqdimatında mühüm rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev “ADEX-2018” sərgisinin iştirakçılarına ünvanladığı təbrikdə bu əminliyi ifadə etmişdir ki, tədbir  faydalı təcrübə mübadiləsinin aparılmasına yeni əməkdaşlıq əlaqələrinin yaradılmasına imkanlar açacaq, eləcə milli müdafiə sənayemizin elmi-texnoloji potensialının artırılmasına töhfə verəcək.

Azərbaycanın diplomatik uğurları, eyni zamanda, iqtisadi imkanlarının artması fonunda güclənən ordusu yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı artırır. Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi dövlətimizin başçısı İlham Əliyevin Avropa ölkələrinə son səfərlərindən, həmçinin Avropa İttifaqı ilə imzalananTərəfdaşlığın prioritetləriadlı sənəddə əksini tapan məsələlərdən daha aydın görünür. Son aylarda Azərbaycan ilə Rusiya prezidentləri arasında 4 dəfə görüşün keçirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində rəsmi Moskvanın səylərini artırması bir çox məqamlara aydınlıq gətirir. Bu günlərdə ölkə Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədə MDB Dövlət Başçıları Şurasının sammiti çərçivəsində görüşü işğalçı dövlətin  sərsəm bəyanatlarının reallıqdan qədər uzaq olduğuna işıq saldı.

Qısa təhlil  müstəqil siyasətin hər bir dövlətin inkişafında kimi rol oynadığına aydınlıq gətirir.  Azərbaycan müharibə şəraitində yaşasa da, müstəqil, düşünülmüş siyasəti nəticəsində davamlı inkişafını təmin edir, işğalçı Ermənistan isə  formal müstəqil siyasətinin ağır nəticələrini yaşayır. İqtisadiyyyatı böhran içərisində olan dövlətin güclü ordusunu olması mümkünsüzdür. Ermənistan hakimiyyətinin güclü ordularının olması ilə baglı sərsəm bəyanatları xülyadır. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan parlamentinin 100 illiyi münasibətilə  keçirilən iclasda qeyd etdiyi kimi, Ermənistanın uğursuzluğu əslində, onların işğalçılıq siyasəti nəticəsində olmuşdur. Çünki əgər işğalçılıq siyasəti olmasaydı, onlar Azərbaycanın imkanlarından faydalana bilərdilər: “Azərbaycansız bölgədə heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz və getdikcə bizim gücümüz - siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu gün bizim siyasətimiz, - mən bunu bir daha demək istəyirəm, bu, sirr deyil, - Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını, - ona dayaq da demək olmaz, - çökdürməkdir. Nəyə görə? Çünki biz torpaqlarımızı istəyirik. Bizə deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Biz də çalışırıq ki, bunu edək. Amma bunu etmək üçün gərək sənin qarşında adekvat bir tərəf olsun. Biz bu adekvatlığı görmürük.”

Azərbaycan Ordusunun uğurları, həmçinin beynəlxalq aləmdə möhkəmlənən mövqeyimiz işğalçı Ermənistanı narahat etməyə bilməz. Saxta tarix yazıb, bunu həqiqət kimi qəbul etdirmək bir gün üçün uğurlu görünə bilər, amma hər an fakt qarşısında  acizlik qaçılmazdır.

 

 

Yeganə Əliyeva

 

İki sahil.- 2018.- 4 oktyabr.- S.6.