Rusiyalı Aleksandr Suqanov Bakının gözəlliyindən
yazır
“Ötən həftə Bakıda Rusiya Prezidenti cənab Vladimir Putinlə Azərbaycan Prezidenti
cənab İlham Əliyevin iştirak etdikləri IX Azərbaycan-Rusiya
Regionlararası Forumu keçirildi.
Məlum oldu ki, Azərbaycanda iki ölkənin
700 birgə müəssisəsi fəaliyyət göstərir.
Biz Rusiyadan Azərbaycana
kənd təsərrüfatı üçün
xammal, maşınlar, cihazlar,
metal, taxta
materialları, kimya sənayesi məhsulları
və sairə ixrac edirik. Azərbaycanda 341 rusdilli
məktəb fəaliyyət göstərir. Bunları
yeni öyrəndik və düşündük
ki, nəyə görə biz
Nyu-York və Paris
haqqında daha çox
bilirik, ancaq ən
yaxın qonşumuz Azərbaycan haqqında isə onlardan aldığımız pomidor,
paxlava və kartofdan başqa elə də geniş
məlumatımız yoxdur.”
Bu
fikirləri IX Azərbaycan-Rusiya Regionlararası Forumunda
iştirak edən rusiyalı Aleksandr Suqanov yazıb. O,
Bakının yaxın keçmişini bu günü ilə müqayisə edərək
yazır: “Biz Xəzərin sahillərində
gəzirik, quru və cansıxıcı landşaft, bərkimiş torpaq
günəş şüalarının altında daha da quruyur.
Solda böyük daş lövhənin üzərində Qobustana gedən yolun
işarəsi görünür . Bu işarə bir
uşağın çəkdiyi rəsmə daha
çox bənzəyir. Avtobus bizi
daha da irəliyə
cansıxıcı mənzərəyə doğru
aparırdı. “Təbii ki, bugünkü inkişaf edən,
müasirləşən Bakı vaxtilə məhz belə yerdə
böyüyərək inkişaf edib” - bunu isə bizə ekskursiya bələdçisi deyir.”
Suqanov
yazır ki, inanmaq çətindir ki, Bakıda qısa müddətdə bu qədər
möhtəşəm parklar, fontanlar, nəhəng botanika bağı
salınıb. Hətta Müslüm Maqomayevin və digər məşhur
musiqiçilərin, yazıçıların dəfn edildiyi
Fəxri xiyaban sakitliyi və təmizliyi ilə ruh
oxşayır.
Arxitekturasının
gözəlliyinə görə brilyant hesab etdiyim digər
göz oxşayan super müasir bina Heydər Əliyev Mərkəzidir.
Bu möhtəşəm binanın
memarı dünyaca məşhur memar Zaha Hadiddir.
Eyni
zamanda, Bakıda möhtəşəmliyi ilə adamı valeh edən və 120 metrdən 160
metrədək yüksəklərə dirənən 3 alov
qülləsinin LED ekranları yanar ocaqları
canlandırır. İndi dünyanın peşəkar
memarları bu 3 alov qülləsini
ən yaxşı memarlıq nümunəsi kimi qəbul
edirlər.
Volqoqrad
memarları dünyanın bir çox ölkələrinin
ecazkar memarlıq nümunələrini görsələr də,
Bakının “Kiçik Venesiyası”ndan heyrətləndilər.
Burada İtaliyadan
gətirilən cihazlar onun
yaxınlığındakı nadir və
qədim xalçalar mərkəzi, suyun içərisində qarlı lotoslora bürünmüş
elit restoranlar və bir də neft buruğunun maketidir. Bu isə vaxtilə paytaxtı bürümüş
mazut iyinin simvolu hesab edilir.
Bakının
qədimliyi onun İçərişəhər adlanan ərazisində
qorunur. Bu şəhər YUNESKO-nun Ümumdünya İrs
Siyahısına salınıb və burada məşhur sovet
kinosunun bir çox epizodları çəkilib.
Şəhərin
memarlığının əsas hissəsi onun
yollarının keyfiyyətidir. Yol və onun elementi olan
kanalizasiya şəbəkəsi şəhər mədəniyyətinin
bir hissəsidir və bu, Bakıda mövcuddur.
Biz
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevlə
Qəbələyə gedirik. Sağda
və solda böyük
olmayan kəndlərdəki şəxsi evlərin hamısı
daş və dəmir hasarlarla
əhatələnib. Qəbələdəki turizm məkanları
bizi heyrətləndirdi.
İsmayıllıda
isə İvanovka kəndində olduq. Buradakı malakanlar artıq 200 ildir ki, azərbaycanlılarla bir ailənin üzvü kimi kənddə
sülh və əmin-amanlıq şəraitində
yaşayırlar. Malakanlar hələ də
kolxozu qoruyub
saxlayıblar. Onları digər xristianlardan
fərqləndirən bəzi cəhətlər də mövcuddur. Malakanlar
ikonaların qarşısında şam
yandırmırlar. 3 minlik əhalisi olan kənd dünyada ən
böyük icmadır. Öz
dillərini və dinlərini qoruyub saxlayıblar. Onların gürcü
çaxırları ilə rəqabətə girə bilən “İvanovka”
adlı öz çaxır brendləri var. Belə bir eksklüziv və fərqlənən
çaxırın qiyməti 6 manatdır, yəni 220 rus rublu. Bu
rus kəndinə Azərbaycan Prezidenti dəfələrlə səfər edib.
Bakıda Puşkinin abidəsi postamenti
qarşısında həmişə tər çiçəklər
olur. Burada Lermontovu,
və Yesenini xatırladan elementlər də
mövcuddur.
Bu gün Gəncə şəhəri xəzinələr şəhəridir. Buradakı Xanbağı XVIII əsrin memarlıq abidəsidir. Həmçinin şəhərdə Şeyx Bahəddinə aid binanın memarlıq ansamblı və Cavadxanın qəhrəmanlığını əks etdirən memarlıq əsərləri mövcuddur. Gəncə ilə yanaşı, məşhur Naftalan sanatoriyalarına da turist axını var.
“Azərbaycanda
yüz mindən çox rus yaşayır. Amma Erməntstanda isə heç on nəfər tapmazsan”- deyir Umud Mirzəyev. Umud Mirzəyev Qarabağda doğulub və boya-başa çatıb.
Bu mövzu onun
ən ağrılı
yeridir. Mən isə ona cavab verə bilmədim.
Bakının perspektivi planında
Cənubi Koreyanın hündürmərtəbəli binalarının tikintisi ilə məşğul olan firmaları ilə birgə iş birliyi var. Bu gün Bakı Seul və Sinqapur
olmasa da, sanki bu şəhərlərin
siması yaradılır.”
Elçin Zaman
İki sahil.- 2018.- 4 oktyabr.-S.5.