Təcrübə
proqramında iştirak edəcək ASAN
könüllülərlə görüş
SOCAR
2016-cı ildən Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə
bağlanmış Əməkdaşlıq Sazişi əsasında
“ASAN school” könüllülük proqramının tərəfdaşlarından
biridir. ASAN Könüllülük
Məktəbinin “Master-2” layihəsi çərçivəsində
SOCAR-ın idarə və müəssisələrində
2018-ci ilin oktyabr-dekabr
aylarında təcrübə keçəcək 18 nəfər
könüllü ilə oktyabr
ayının 5-ində Baş Ofisin İnsan Resursları
Departamentində (İRD) görüş keçirilmişdir. Görüşdə
SOCAR-ın Baş Ofisinin
İRD-nin rəisi Asif
Bəkirli, İRD-nin Təlim və inkişaf şöbəsinin rəisi Tural Məmmədov və şöbənin əməkdaşları,
həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim
şöbəsinin sektor müdiri
Sahil Məmmədli və agentlik
əməkdaşları iştirak
etmişlər.
İRD-nin rəisi Asif Bəkirli təcrübə proqramına qoşulmaq üçün bütün mərhələləri uğurla keçmiş gəncləri təbrik edərək bildirmişdir ki, bu SOCAR ilə “ASAN xidmət”in əməkdaşlığı çərçivəsində 5-ci təcrübə qrupudur və indiyədək 5 qrup üzrə 384 müraciətdən 99 nəfər təcrübə üçün seçilmişdir. A. Bəkirli gənclərə test və İRD-nin mütəxəssisləri ilə müsahibə mərhələsindən keçərək seçilmələrinin onlar üçün uğurlu bir nəticə olduğunu, təcrübə müddəti boyunca da bu fürsəti dəyərləndirərək ixtisasları üzrə praktiki biliklərini artıraraq gələcəkdə əmək bazarında daha rəqabətqabiliyyətli kadr olacaqlarını vurğulamışdır. SOCAR-da İnsan resurslarının idarə edilməsi siyasəti və bununla bağlı həyata keçirilən yeni layihələr, şirkətdə gənc potensiallı mütəxəssislərə böyük ehtiyac olması, bu ehtiyacı ödəmək üçün görülən tədbirlərdən Daxili Təqaüd Proqramı və Ödənişli Yay Təcrübəsi proqramı haqqında könüllüləri məlumatlandıran İRD-nin rəisi “ASAN xidmət”lə əməkdaşlığın da bu layihələr arasında xüsusi yerini qeyd etmişdir. A.Bəkirli dövlətin gənclər siyasətinin davamı olaraq bu layihənin də gənclərin dəyərli insan kapitalı olaraq yetişməsində önəminə diqqət çəkmişdir. O, bildirmişdir ki, könüllülərin SOCAR-da qazanacaqları geniş bilik və təcrübə onların gələcəkdə tərcümeyi-hallarında əksini tapacaq və işə qəbul üçün müraciətləri zamanı onlara kömək edəcək, eyni zamanda, karyera inkişaflarında yardımçı olacaqdır. A. Bəkirli təcrübə müddəti boyunca yaranacaq bütün suallarını və əlavə təkliflərini İRD-yə çəkinmədən bildirə biləcəklərini qeyd edərək onlara uğurlar arzulamışdır.
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin nümayəndəsi Sahil Məmmədli
çıxış edərək öz növbəsində
SOCAR rəhbərliyinə və İRD-yə təcrübə
proqramı üçün rahat şərait
yaratdığı üçün təşəkkürlərini
bildirmiş, ASAN könüllülər arasında SOCAR-da təcrübə
keçmək üçün böyük marağın
olduğunu qeyd etmişdir. Təcrübə
proqramının gənclərin özlərini inkişaf etdirməsi baxımından, gələcəkdə
iş müraciətlərində
karyeraları yönündə üstünlükləri olduğunu bildirən S. Məmmədli
könüllülərə müvəffəqiyyətlər
arzulamış və fürsəti yaxşı dəyərləndirmələrini
tövsiyə etmişdir.
Görüşün
sonunda iştirakçılar xatirə şəkli çəkdirmişdirlər.
Zamin Məmmədov
İki sahil.-2018.- 9 oktyabr.- S.6.