Ulu Öndər müstəqilliyimizin
əbədiliyini təmin etdi
Bu gün
Yeni Azərbaycan Partiyası (YAP) Səbail
rayon “Botanik” ərazi ilk partiya təşkilatında
(AMEA-nın Botanika İnstitutu)
18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə
yığıncaq keçirilib.
Əvvəlcə tədbirdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş videofilm nümayiş olunub. Botanika İnstitutunun direktoru akademik Validə Əlizadə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasını yeni siyasi tariximizin ən əlamətdar hadisəsi kimi qiymətləndirib. O, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri haqqında danışaraq qeyd edib ki, Ümummilli Liderin əsasını qoyduğu uzaqgörən siyasət və bu siyasi kursu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin praqmatik idarəçiliyi nəticəsində bu gün müasir müstəqil Azərbaycan dövləti dinamik şəkildə inkişaf edir. Bildirilib ki, Azərbaycan xalqının milli maraqlarına xidmət edən bu siyasəti dəstəkləmək və ölkəmizdə mövcud olan xalq-iqtidar birliyinin daimiliyini təmin etmək hər birimizin vətənpərvərlik borcumuzdur.
Milli
Məclisin deputatı, YAP Səbail rayon təşkilatının
sədri, professor Şəmsəddin Hacıyev dövlət
müstəqilliyimizin bərpa olunmasının ilk illərində
Azərbaycanda gedən gərgin, ziddiyyətli proseslər,
ictimai-siyasi həyatın bütün sahələrini əhatə
edən böhran və ulu öndər Heydər Əliyevin belə
bir çətin vaxtda xalqın təkidli tələbi ilə
ölkə rəhbərliyinə gəlməsi, Azərbaycanı
tənəzzüldən qurtuluş yoluna çıxarması
haqqında ətraflı danışıb. Bildirib ki, ulu
öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin
əbədi olması üçün
ölkəyə rəhbərlik etdiyi
1993-2003-cü illər ərzində möhkəm siyasi və iqtisadi təməllər
formalaşdırdı: “Azərbaycanın müstəqilliyinin
əbədi olması üçün
davamlı və dayanıqlı inkişafı təmin edən
siyasi kurs müəyyənləşdirdi.
Ulu Öndər bütün
sosial-iqtisadi sahələrdə əsaslı
və sistemli islahatlar
həyata keçirdi, keçid
dövrünün problemlərini həll etdi və Azərbaycan tənəzzüldən
çıxaraq inkişaf, tərəqqi yoluna qədəm qoydu.
Ş.Hacıyev
cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son
15 il ərzində ölkə daxilində və beynəlxalq səviyyədə
əldə olunan uğurlar, Azərbaycanda müşahidə
olunan dinamik iqtisadi tərəqqi, ictimai-siyasi sabitlik və
gündən-günə daha möhkəmlənən
xalq-iqtidar-ordu birliyi haqqında geniş məlumat verib.
Sonda
YAP sıralarına yeni qəbul olunmuş AMEA-nın Botanika
İnstitutunun bir qrup əməkdaşına partiyanın
üzvlük vəsiqələri təqdim olunub.
Cavid Əkbərov
İki sahil.- 2018.- 9 oktyabr.- S.7.