Dağlıq Qarabağ Azərbaycan ərazisinin bir hissəsidir
Almaniyadan dövlətimizin haqq
işinə tam dəstək:
Dağlıq Qarabağ
Azərbaycan ərazisinin
bir hissəsidir
Bu günlərdə Almaniya bundestaqının sağçı
radikal AfD fraksiyasının Almaniya Federativ Respublikası (AFR)
hökumətinə göndərdiyi
“Almaniya-Ermənistan münasibətləri”
mövzusunda kiçik
sorğusunda Dağlıq
Qarabağla bağlı
bəzi suallar da öz əksini
tapıb .
Almaniya
mətbuatında yer alan xəbərlərə görə,
AFR hökumətinin sözügedən sorğuya
cavabının girişində qeyd edilib: “AFR hökuməti
xüsusi olaraq vurğulayır ki, “Almaniya-Ermənistan
münasibətləri” anlayışı ilə AFR və Ermənistan
arasındakı münasibətlər başa
düşülməlidir. AFR hökuməti Ermənistan
silahlı qüvvələrinin nəzarət etdiyi
yerləşən Dağlıq Qarabağ
regionu və yeddi ətraf
rayonu Azərbaycanın bir
hissəsi hesab edir. AFR hökuməti qondarma
“Dağlıq Qarabağ
Respublikası”nı tanımır.”
Hökumət
sorğunun müvafiq bəndlərinə (Dağlıq
Qarabağda insan hüquqlarının, mətbuat
azadlığının, azlıqların vəziyyəti,
orada yaşayan almanların sayı və s.) dair cavabında bu
qeydinə istinad etməklə kifayətlənib.
Həmçinin
sorğuda yer alan “AFR hökuməti Dağlıq
Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?”
sualını hökumət “Dağlıq Qarabağ bölgəsi
Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir”
şəklində cavablandırıb.
Bu fakt beynəlxalq arenada Azərbaycanın haqq işinə tam dəstək verildiyinin növbəti göstəricisidir. Bu isə Azərbaycan dövlətinin və Prezidentinin son 15 il ərzində apardığı məqsədyönlü siyasətin nəticəsində mümkün olmuşdur. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Azərbaycanın öz haqq işi uğrunda prinsipial və ardıcıl şəkildə bütün səylərini səfərbər etdiyini vurğulayır: “Bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Biz son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak etmişik, bundan sonra da fəal iştirak edəcəyik. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir”.
Sevinc Abdullayeva
İki sahil.-2018.- 11 oktyabr.- S.10.