Bakı Ali Neft Məktəbi Meksika Neft İnstitutu ilə əməkdaşlığı
genişləndirir
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru
Elmar Qasımov Meksika Birləşmiş Ştatlarının Azərbaycanda
fövqəladə və
səlahiyyətli səfiri
Rodrigo Labardini və səfirin müavini Alberto Aura Qonzales ilə
görüşüb.Trend-in məlumatına görə,
görüşün əsas
məqsədi BANM ilə
Meksika Neft İnstitutunun arasında
əməkdaşlığın genişləndirilməsi məsələlərini
müzakirə etmək
olub.Rektor Elmar Qasımov qonaqları salamlayaraq onları Ali Məktəbdə görməkdən şad
olduğunu bildirib.
BANM-ın son nailiyyətləri və inkişaf istiqamətləri
haqqında məlumat verən rektor qeyd edib ki,
Ali Məktəbi bu il bitirən
məzunlar artıq müxtəlif yerli və transmilli şirkətlərdə işə
qəbul olublar. BANM-da tədrisin səviyyəsindən danışarkən
rektor həmçinin,
Ali Məktəbin yeni tədris ilində ilk dəfə olaraq İolaraq İnformasiya təhlükəsizliyi ixtisası
və MBA proqramı üzrə tədrisə başladığını söyləyib.
Zamin Məmmədov
İki
sahil.- 2018.- 16 oktyabr.- S.25.