ADU-da tətbiqi dilçiliyin müasir problemləri müzakirə olunacaq

 

Oktyabrın 25-26-da Azərbaycan Dillər Universitetində (ADU) “Tətbiqi dilçiliyin müasir problemlərimövzusunda üçüncü beynəlxalq konfrans keçiriləcək.

ADU-dan AZƏRTAC-a bildirilib ki, konfransdaBirinci eksperimental müqayisəli dilçilik”, “Sosiolinqvistikanın nəzəri praktik məsələləri”, “Xarici dillərin tədrisinə müasir yanaşmalar”, “Tərcüməşünaslığın aktual problemləri”, “Mətnin linqvosemiotik problemləribölmələri üzrə müzakirələr aparılacaq.

Konfransın işində Böyük Britaniya, Almaniya, Fransa, Çexiya, Polşa, Rusiya, Türkiyə, Gürcüstan, Finlandiya, Yaponiya, Bolqarıstan, Pakistan, Səudiyyə Ərəbistanı digər ölkələrdən qonaqlar, eləcə ADU-dan respublikanın bir sıra universitetlərdən nümayəndələr iştirak edəcəklər. Konfrans iştirakçıları Durham Universitetinin professoru Maykl Bayramın mühazirəsində (skayp vasitəsilə), eləcə Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru Barbara Levandovskanın ustad dərslərində iştirak etmək şansı qazanacaqlar.

İki sahil.- 2018.- 26 oktyabr.- S.25.