"Skandinaviya
- Azərbaycan əlaqələrində gənclərin
rolu"
Bu gün Bakı Azərkitab Kitab Təbliğatı
Mərkəzində "Skandinaviya - Azərbaycan əlaqələrində
gənclərin rolu" mövzusunda konfrans keçirilib.
SİA-nın verdiyi məlumata görə, tədbiri giriş
sözü ilə açan Gənc Politoloqlar Mərkəzinin
sədri İlkin Əliyev bildirib ki, Gənc Politoloqlar Mərkəzi
1998-ci ildə yaranıb. Keçən müddət ərzində
təşkilatımız bir çox layihələr həyata
keçirərək gənclərin dövlətçilik,
milli-mənəvi dəyərlər və hərbi-vətənpərvərlik
tərbiyəsində aktiv iştirak etmişdir. Bu müddət
ərzində dövlət və qeyri-hökümət təşkilatları
ilə sıx əməkdaşlıq edərək, Qeyri
Hökümət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının və Gənclər Fondunun
ayırdığı qrant layihələri əsasında
respublikamızın ərazisində bir çox layihələr
həyata keçiriblər”.
Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin sektor müdiri Qafar Əliyev
çıxışında deyib ki, Umaf Gənclər Təşkilatının
sədri Siavosh Derakhti və Gənc Politoloqlar Mərkəzinin
sədri İlkin Əliyevin təşkilatçılığı
ilə İsveç kralığında, Norveçdə və
ABŞ-da yaşayan 20-dən çox gənc Azərbaycan
Respublikasına səfərə gəlib: “Bu səfərin təşkilatçılarının
əsas məqsədi ilk öncə, Azərbaycanı
tanıtmaq, gənc və müstəqil dövlətin
yeritdiyi daxili və xarici siyasətin mahiyyətini, onun iqtisadi,
turizm potensialını, tarixini, mədəniyətini,
idmanını, ən əsas isə gənclərin necə
yaşamasını, təhsil almasını Avropa, Amerika və
dünyanın başqa dövlətlərindən gəlmiş
gənclərə öyrənməktən ibarətdir”.
Yeni
Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
bildirib ki, 25 gəncin Azərbaycana səfər etməsi,
burada iştirakı və ölkəmizdə görülən
işləri öz gözləri ilə görməsi
çox əhəmiyyətlidir: “Hesab edirəm ki,
qarşılıqlı olaraq bizim gənclərin
İsveçrəyə səfəri də çox əhəmiyyətli
olacaq. Bu qarşılıqlı səfərlərin təşkil
olunması gənclərin bilavasitə bu ölkələrlə
daha yaxından təmasda olması, tanıması
üçün əlverişli imkanlar yaradır.
Düşünürəm ki, İsveçrədən gələn
qonaqlar öz ölkələrinə Azərbaycanla
bağlı xoş təəssüratla qayıdacaqlar. Hesab
edirəm ki hər bir gənc orada Azərbaycanı təmsil
edən gənclər kimi mühüm rol oynayacaqlar”.
“SƏS”
Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə
doktoru Bəhruz Quliyev isə nitqində Azərbaycanın
inkişafı, mətbuat sahəsinə dövlətin
göstərdiyi diqqət və qayğıdan
danışıb: “Sovetlər dövründə mətbuat
kommunizm ideologiyasına xidmət etsə də, Ümummilli
Liderimiz Heydər Əliyevin Azərbaycanda rəhbərliyə
gəlməsindən sonra mətbuatımız milli
düşüncənin və milli şüurun
inkişafında mühüm rol oynamağa başladı.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa
etdikdən sonra isə mətbuatımızın
inkişafında yeni mərhələ başlandı”.
Baş
redaktor qeyd edib ki, Ulu Öndərimizin əsasını
qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Prezident İlham Əliyevin mediaya
xüsusi diqqətlə yanaşdığını deyən
B.Quliyevin sözlərinə görə, bunun nəticəsidir
ki, Azərbaycan mətbuatının inkişafına dəstək
məqsədilə Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu
yaradılıb. Fond ötən dövr ərzində mediaya dəstək
verilməsi sahəsində mühüm işlər
görüb.
Qurum
rəhbəri əlavə edib ki, bu gün ölkədə
söz və mətbuat azadlığı üçün
heç bir maneə və təhlükə yoxdur, jurnalistlər
istədikləri mövzunu açıq şəkildə cəmiyyətin
diqqətinə çatdıra bilirlər: “Dövlətimizin
başçısı son 15 ildə respublikada kütləvi
informasiya vasitələrinin sərbəst fəaliyyət
göstərməsi, jurnalistlərin öz iradələrini
azad şəkildə ifadə etmələri üçün
bütün zəruri imkanlar yaradıb. Ölkə Prezidenti həmçinin,
jurnalistlərin sosial problemlərinin həllini, eləcə də,
mətbuatın maddi-texniki bazasının gücləndirilməsini
daim diqqət mərkəzində saxlayır. Jurnalistlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması
üçün təmənnasız olaraq yaşayış
binalarının tikilib istifadəyə verilməsi, vaxtaşırı
olaraq KİV-lərə maliyyə dəstəyinin göstərilməsi
və s. faktlar fikrimizi sübut edir”.
Daha
sonra digər çıxış edənlər Azərbaycan
Respublikasının yeritdiyi daxili və xarici siyasəti, olkəmizdə
mövcud olan dini tolerantlıq və multikulturalizm mühitini,
aparılan uğurlu iqtisadi, siyasi və hüquqi
islahatların, eləcə də gənclər siyasətinin,
Dağlıq Qarabağ probleminin mahiyyətini və
danışıqlar prosesinin gedişini İsveç
Krallığında yaşayan gənclərə
çatdırmaq məqsədi ilə 2018-ci il oktyabrın 28 dən
noyabrın 4-nə qədər 20-dən artıq gənclər
təşkilatçılar tərəfindən Azərbaycan
Respublikasına dəvət olunmasını yüksək qiymətləndirib
və belə tədbirlərin keçirilməsini dəstəklədiklərini
bildiriblər.
Şəfiqə Dadaşova
İki sahil.- 2018.- 30 oktyabr.- S.15