Əjdər Tağıoğlunun erməni
tarixşünaslığının şah damarını kəsən əsəri İstanbulda nəşr edildi
Bu günlərdə Türkiyədə “Doğu
Kütüphanesi” (İstanbul)
nəşriyyatında Turan
Araşdırma Mərkəzinin
sədri, filoloq-tarixçi,
ictimai-siyasi xadim, türkçü-alim, professor
Əjdər Tağıoğlunun
(İsmayılovun) “Erməni
xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından erməni “tarixşünaslığı”nın
şah damarını
kəsən əsəri, “Moisey Xorenatsi anonim keşiş müəllifdir”
adında kitabı Anadolu türkçəsində
“Sahte ermeni tarihi ve sahte
keşiş yazar Movses Horenatsi” adı ilə çapdan çıxıb.Əsərin tərcüməçisi
AMEA Naxçıvan Bölməsinin
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Nargis, redaktor, AMEA Naxçıvan
Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
Folklorşünaslıq şöbəsinin
müdiri, filologiya üzrə fəlsəfə
doktoru, şair-publisist
Elxan Yurdoğlu, baş redaktor tanınmış yazıçı,
naşir, jurnalist, tarixçi və tədqiqatçı Erol Cihangirdir.Xatırladaq ki, Azərbaycan oxucularına
2016-cı ildə təqdim
edilən bu elmi əsər kifayət sayda qədim müəlliflərə,
mötəbər qaynaqlara,
etnoqrafik abidələrə,
kilsə ədəbiyyatına,
məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək,
erməni tarix ədəbiyyatı üçün
mötəbər mənbə
hesab edilən “erməni tarixinin atası” M.Xorenatsinin şəxsiyyətini təkzib
etməklə, kilsədə
üç türk dövlətinə (Biaini,
Arme, Part) aid olan, lakin
“erməniləşdirilmiş” mifoloji və filoloji ədəbiyyat əsasında tərtib edilmiş “Armeniya tarixi” əsərlərinin,
habelə keşiş
babalarının ənənələrini
davam etdirən erməni tarixçilərinin
mənsub olduqları xalqa yazdıqları “qədim tarix” kitablarının saxta və uydurma olduğunu elmi əsaslarla sübuta yetirir
İki sahil.- 2018.- 31 oktyabr.- S.7.