3 sentyabr 1991-ci il:
Azərbaycan xalqının xilas
günü
Həmin tarixdə Naxçıvan
MR Ali Məclisinə sədr
seçilən ulu öndər Heydər Əliyev müstəqilliyimizin
əbədiyyət salnaməsini yazdı
Ulu Öndər kamillik zirvəsində
yaşam haqqı qazanan dahilərdəndir
Müdrikliyin
əlamətlərini onların qabiliyyətlərinə
görə fərqləndirənlərin dəyərlər
sisteminə görə liderlik üçün təşəbbüs vərdişi,
fərqli düşüncə əsasdır. Dahilik insanın
intellektual keyfiyyətidir.
Atributları isə
ağıl, zəka, təfəkkür, hikmət və fikirdir. Dahilər ona görə
«tarixiləşirlər» ki, Tanrının onlara verdiyi bu «sərvətləri» ehtiyatla,
düşünülmüş, dövrün tələbinə
uyğun, eyni zamanda milyonlara
xeyir verəcək səviyyədə «xərcləyirlər.» Roma imperatoru və
filosofu M.A.Avreli demişdir ki, insanlar biri-biri üçün
yaranır.
Xoşbəxt o insandır ki, varlığı ilə
milyonların qəlbində yer tapır, sevilir, daim xatırlanır, əməlləri
ilə yaşayır. Ümummilli lider Heydər Əliyev kimi. Heydər
Əliyev ona görə dahidir ki, zaman və təsadüfdən
anında, düşünülmüş şəkildə bəhrələnməklə ən
böyük möcüzə olan inama inanıb, ağlına,
zəkasına güvənib, başqalarını da həqiqətə
inandırmağı bacarıb.
Fəaliyyətini
liderlik fəlsəfəsinə uyğun istiqamətləndirməyi
bacaran, qeyri
-adi istedadı, zəkası ilə tarixdə, cəmiyyətdə
izi qalan
tanınmışlar
uzagörən siyasətləri ilə tarix yazır,
yaşadır və yaşayırlar. Liderlərə məxsus
keyfiyyətləri şəxsiyyətində birləşdirən
müdrik siyasətçi Heydər Əliyevin adı dahilər sırasında
birinci çəkilməsi
bu baxımdan təbiidir.
Əsrlər boyu istiqlalına can atan Azərbaycan
xalqını arxasınca aparmağı bacaran liderlər olub.
Onların arasında tarixi şəxsiyyətlər
kimi salnaməmizdə özünəməxsus yeri olanlar tək-təkdir. Xilaskarlıq missiyasını onu
sevən milyonların istək və arzularını
reallaşdırmaqla davam etdirən, xalqın qəlbində əbədiyaşarılıq
qazanan Ulu Öndər əsrdə
bir dəfə yetişən
müdriklərdən olduğunu Vətəninə,
torpağına, yurduna bağlılığı ilə subut
etmiş, gələcək nəsillərə də örnək olmuşdur.
Azərbaycançılıq məfkurəsinin
parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti ,
dönməz əqidəsi və
tarixi uzaqgörənliyi sayəsində
milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik
arzusuna çatmasına nail
olmuşdur. Heydər Əliyev siyasi dühası ilə Azərbaycanın müasir
simasını müəyyənləşdirərək xalqımızın taleyində
silinməz izlər qoymaqla varlığımızın əbədi qarantı olmuşdur.
Ulu Öndərin dövlətçilik
təcrübəsinin və müdrikliyinin nəticəsidir
ki, geostrateji, iqtisadi və mədəni
potensialından düşünülümüş şəkildə
istifadə olunan ölkəmiz
Şərqlə Qərb arasında etibarlı
körpü rolunu
oynayır və dünyanın ən dinamik inkişaf edən
diyarlarından birinə
çevrilir, qüdrətli
respublikalar arasında daxili və xarici siyasəti,
nüfuzu ilə seçilir.
Azərbaycanı
dünyaya tanıdan dahinin Vətən sevgisi
Təkcə
Naxçıvanda deyil, bütün Azərbaycanda az adam tapılar ki, müstəqillik
yolumuzun başlanğıcı adlandırılan həmin günü həyəcanla
xatırlamasın. Mürəkkəb, gərgin hadisələrlə
dolu o günlər
bütün Azərbaycan xalqı üçün ən
çətin, məsuliyyətli
zamanın sınaq imtahanı idi. «Onu da
qeyd etməliyəm ki, hələ 1990-cı ildə ulu öndər
Heydər Əliyev müstəqillik yolunda çox önəmli
və ciddi addımlar atmışdır. 20 Yanvar faciəsindən
sonra o, birinci şəxs idi ki, sovet rəhbərliyini pislədi,
Qanlı Yanvar faciəsini törədənlərə
qarşı öz iradlarını irəli sürdü,
onları ittiham etdi, sovet hökumətini, onun rəhbərinin
fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist
Partiyasının sıralarını tərk etdi və bu,
müstəqillik uğrunda birinci addımlar idi» söyləyən
Prezident İlham Əliyev müstəqilliyə aparan o
günü ulu öndər Heydər Əliyevin xalqı qarşısında ən
böyük, əvəzedilməz xidmətləri kim dəyərləndirir,
milyonların taleyində dönüş nöqtəsi adlandırır.
…Ötən
əsrin sonlarında dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətdə
olmasa da o dövrün çətinliklərini, Azərbaycanı
gözləyən taleyüklü problemlərin
ağırlığını
uzaqgörən siyasəti ilə dərk edir, Vətənini sevən, elinə-obasına
bağlı övlad kimi baş
verənləri narahatlıqla
izləyirdi. Danılmaz faktdır ki, 1991-1993-cü illərdə
Azərbaycan çox böyük problemlərlə, itkilərlə,
itirilimiş imkanlarla
üz-üzə dayanmışdı.
Ermənistanın Azərbaycana
qarşı təcavüzü nəticəsində azərbaycanlılar
Dağlıq Qarabağdan, ətraf rayonlardan
çıxarılır, işğal olunan torpaqların ərazisi genişlənirdi. Kreslo davası
aparan qüvvələrin səbatsızlığı səbəbindən itirilən
torpaqlardan qovulan azərbaycanlılar
ən çətin və dözülməz şəraitdə yaşamağa məcbur idilər. Dövlətçiliyin əsaslarının
formalaşmasından belə danışmaq mümkün deyildi.
Yaranan vəziyyətdən istifadə edən
ekstremist elementlərə qarşı ciddi mübarizə
aparılmırdı. Hərtərəfli təmin olunan
və xarici qüvvələr tərəfindən dəstəklənən,
hərbi sursatla təmin
olunan ermənilərin Ulu
Öndərin Qarabağın üzük qaşı adlandırdığı Şuşanı və
Laçını işğal etməsindən sonra sabaha
ümidini itirən xalq
AXC-Müsavat hakimiyyətinin səbatsızlığının
ağrı-acısını da yaşayırdı. Belə
ağır, çətin zamanda xalqı ilə birlikdə
olmaq üçün Vətəninə qayıdan Ulu Öndərin
varlığından belə
narahat olan qüvvələr hamının el ağsaqqalı,
müdrik şəxsiyyət kimi
sevdiyi ümummilli lider Heydər
Əliyevə qarşı da xəyanətlər
törətdilər. Amma milyonlar onu daxili və xarici dairələrin itaətində
olan şər qüvvələrdən
qorudu. Xilas yolu isə yenə xalqla birlikdə olmaq
idi.
Naxçıvanlılar
doğma
övladını məhəbbət və hörmətlə
qarşıladı
22 iyul
1990-cı ildə doğulub boya başa çatdığı Naxçıvana qayıdan Ulu
Öndəri xilaskar kimi qarşılayan həmyerliləri həmin
günü bütün Azərbaycan xalqının nicat
tarixi adlandırırlar. Bu
tarixi ölkəmizin müstəqilliyinin əbədiliyinə
aparan yolun başlanğıcı adlandıranların sözlərində
həqiqət var. Ulu Öndərin həyat salnaməsində
yer alan hər dövr mahiyyət və əhəmiyyət
etibarı ilə diqqət çəkir. Uzaqgörən siyasi
xadim, zəngin dövlətçiik təcrübəsi ilə
seçilən, cəsarətli
insan, öz xalqına bağlı vətənpərvər
kimi taleyini xalqından ayrı təsəvvür
etmədi, Vətəninin intibahı üçün
çalışdı.
Azərbaycanın
Ulu Öndərlə bağlı, qərinədən də
artıq bir dövrü əhatə edən illərinə nəzər
saldıqda bir reallığa inanırsan: ONU Azərbaycanın memarı
adlandıran xalq bütün dövrlərdə ümummilli lider Heydər Əliyevə
sevgisini, inam və hörmətini ifadə etməkdə qətiyyət
göstərmişdir.
Naxçıvana
gəlişi ilə bu qədim diyarın insanlarına
ümid, həyat verən, sabaha inamı artıran Ulu Öndər
muxtar respublikda Azərbaycan naminə
çox böyük və əhəmiyyətli tarixi
hadisələrin əbədilik
müəlliflik hüququna imza atdı. Bir el ağsaqqalı kimi ziyarətinə
gələn həmyerlilərinin söhbətlərini dinləyən,
problemlərlə maraqlanan Ulu
Öndər bir həqiqəti ilk günlərdən dərk
etdi: Vəziyyət təsəvvür
olunandan da artıq çətin,
ağır, dözülməz idi. Ermənistan tərəfindən
blokaya alınan muxtar respublikanın əhalisi Bakıda kreslo
hərisi olan, muxtar respublikanı Azərbaycanın kor
bağırsağı adlandıran rəhbərlər tərəfindən
də diqqətdən kənarda qalmışdı. Əhalisi
enerji, ərzaq, gündəlik tələbat
malların tapmaqda belə çətinlik çəkirdi.
Həmişə
dar məqamlarda birlik göstərən xalq həmrəyliyi ilə növbəti dəfə də taleyin sınağından çıxmağı
bacardı. Belə çətin
günlərdə Naxçıvanda məskunlaşmaqla insanlarla həmrəy olan Ulu Öndərin
deputatlığa namizədliyini irəli sürənlər bu
müdrik insanın rəhbərliyinə də ehtiyac
duyulduğunu hiss etdilər. 3 sentyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin
sessiyasının nəticəsini
meydanlara toplaşan insanlar səbirsizliklə gözləyirdilər.
Ali Məclisə sədrliyinə namizədliyi irəli
sürülən Heydər Əliyevin qərarı bütün Azərbaycanın
taleyinin dönüş nöqtəsi olmalı idi.
Özünəməxsusluğu ilə seçilən həmin tarixi
günün əhəmiyyətini «
Çox böyük mənəvi
əziyyət içərisindəyəm ki, mənim
razılığım olmadan məni sədr seçdilər.
Ancaq bu zamanın, dəqiqələrin, bu saatın hökmünü
nəzərə almaya bilməzdim» sözləri ilə bildirən , yalnız xalqı
üçün yaşayan, insanların xoşbəxt gələcəyi
naminə çalışan ulu öndər Heydər Əliyev
vurğulayırdı ki, Azərbaycanın
belə ağır vəziyyətində, çətin
günündə
naxçıvanlıların tələbindən imtina
etmək, geri çəkilmək,
insanlara dəstək olmamaq onların ümidlərini qırmaq
demək idi: «Ancaq eyni zamanda mən öz taleyimi xalqa
tapşırmışam və
xalqın iradəsini yəqin ki, indi, bu müddətdə,
bu çətin dövrdə yerinə yetirməliyəm.»
«Onun Naxçıvan MR Ali Məclisinə sədr
seçildiyi gün tək muxtar respublikanın deyil,
bütünlükdə Azərbaycan xalqının xilas
günü kimi tarixə yazıldı» söyləyən
Prezident İlham Əliyevin sözlərini tarix və zaman da təsdiqlədi.
Bu gün
ölkəmizə uğur qazandıran islahatların
müəllifi daim yenilik həvəsi ilə çalışan Ulu
Öndər oldu
Ulu Öndərin
Naxçıvandakı fəaliyyəti çox zəngin, ağır və eyni zamanda,
çox şərəfli bir dövrü əhatə edir. Çünki məhz Heydər Əliyevin
Naxçıvandakı fəaliyyəti müstəqilliyə
gedən yolda əsas rol oynamışdır.
… 17 noyabr
1990- cı ildə keçirilən Naxçıvan MR Ali Məclisinin
iclasına ağsaqqal kimi sədrlik
edən, Naxçıvan MSSR-nin
adının dəyişdirilməsi, dövlət
atributları sayılan Xalq
Cümhuriyyətinin üçrəngli bayrağının bərpası,
himn və gerbi üçün müsabiqə keçirilməsi
barədə təşəbbüs irəli sürən uzaqgörən siyasətçi
yaxşı bilirdi ki, azadlıq, sərbəstlik olmayan yerdə
inkişaf, yenilik nəinki çətindir, hətta
mümkünsüzdür. Ali Məclisə
sədrliyi
dövründə daha əhəmiyyətli
islahatların həllinə nail olan Ulu Öndər Azərbaycanın süverenliyini təsdiqləyən
məsələlərinin həllini sürətləndirdi. 20 Yanvar faciəsinə siyasi qiymət verilməsini,
günahkarların cəzalandırılmasını qəti tələb
etdi. Kremldə baş verən oyunlardan
xəbərdar olan siyasətçi
«İttifaq müqaviləsini» Qorbaçovun xalqları aldatmaq
cəhdinin siyasi təzahürü hesab edərək ona qəti
etirazını bildirdi. «Yenidənqurma» oyununun pərdəarxası
məqsədini, onun
təhlükəli nəticələrini də uzaqgörən siyasəti ilə aydın dərk edirdi. O , «nəticə» ki, Azərbaycana Dağlıq Qarabağ boyda ürək
ağrısı, əzab- əziyyət, qaçqın, şəhid sözlərini «bəxş
etdi.» Yalan , saxta ideyalar əsasında formalaşan və xalqları 70 ildən
artıq əsarətdə
saxlayan kommunist partiyasına etirazını KP
sıralarından istefa verməklə bildirən Ulu Öndər
vurğulayırdı ki,
çoxpartiyalılıq olmayan cəmiyyətdə
demokratiyadan, inkişafdan söhbət gedə bilməz. Ulu
Öndərin Naxçıvandakı ən böyük xidmətlərindən
biri insanlarda milli təfəkkür və məfkurənin
formalaşdırılması idi. Diaspor fəaliyyətinin
təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin
milli həmrəylik və birliyi barədə qərar qəbul
olundu. Əhəmiyyətinə görə daha böyük önəm
daşıyan xidmətlərindən biri də uzun illər «sərhədlərimizi
qoruyan» SSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75 saylı mexanikləşdirilmiş
motoatıcı diviziyanın muxtar respublikanın ərazisindən
çıxarılması barədə qərarın qəbulu
oldu. Azərbaycanda «qızıl ordu» hissələrinin qaldığı vaxtda Naxçıvanda belə
bir cəsarətli
addımın atılması, rus ordusuna məxsus
silah-sursatın, əmlakın, mülkü texnikanın yeni
yaradılan Milli Orduya və Azərbaycanın
I Sərhəd Dəstəsinə təhvil verilməsi
yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində
mümkün ola bilərdi. Məhz o illərdə yaradılan
Naxçıvanın İnkişafı və Müdafiəsi
Fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf
edildi. Ulu Öndərin Naxçıvan MR Ali Məclisinin sədri
kimi Azərbaycan üçün xidmətlərindən biri də
respublikanın sərhədlərinin ,
Naxçıvanın ermənilər tərəfindən işğalının
qarşısının alınmasına yönəldilmiş
Qars müqaviləsinin təzələnməsi oldu. Blokadada
qalan naxçıvanlıların çətin vəziyyətdən
çıxması üçün qonşu İran və
Türkiyə ilə əməkdaşlıq gücləndi. Böyük
şəxsiyyət olan Heydər Əliyevin nüfuzu bu sahədə
də özünü doğrultdu. Naxçıvana
hər iki qonşu dövlətdən ərzaq, sənaye
malları, ən başlıcası isə enerji verildi. Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi
üçün «Ümid»
körpüsü salındı. Paytaxt Bakı ilə
yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik hava
limanı, Bakıda
Naxçıvan nümayəndəliyi açıldı. Azərbaycanın ictimai- siyasi həyatında
aparıcı rol oynayan, ölkənin gələcəyinə
böyük ümidlər vəd edən Yeni Azərbaycan
Partiyasının təsis konfransı keçirildi. Ulu Öndərin şəxsi
nüfuzunun nəticəsi kimi ilk gündən YAP ətrafına yüz minlərlə
insan toplandı.
1992-ci ildə
hakimiyyətdə olan və səriştəsiz rəhbərlikləri
üzündən Azərbaycanı uçuruma aparan,
Naxçıvanda dövlət çevrilişinə cəhd
edən AXC-Müsavat iqtidarındakı bəylərin «unitar
dövlətdə muxtariyyat ola bilməz» kimi səhv
ideyalarına Ulu Öndər «Mən
həyatımdan keçərəm, Naxçıvanı Azərbaycandan
ayırmaram» sözləri və xalqla həmrəyliyi ilə tutarlı cavab verdi. Təcrübəli
dövlət xadimi
Heydər Əliyev yaxşı bilirdi ki, Naxçıvanın
muxtariyyatının ləğv olunması bu qədim Azərbaycan
torpağının itirilməsi demək idi. Məhz onun rəhbərliyi ilə sonradan Azərbaycanın
bütün rayonlarında tətbiq olunan rentabelli işləməyən
kolxoz və sovxozların, torpaqların özəlləşdirilməsi
kimi aqrar islahatların təməli qoyuldu.
…1993-cü
ildə xalqın təkidli tələbi ilə Bakıya gələn
ümummilli lider Heydər Əliyev çox qısa zamanda
uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı
inkişaf yolu ilə irəliyə apardı. Xalqın iradəsi
ilə Prezident seçilən Heydər Əliyev perspektivləri
bu cür müəyyənləşdirirdi: «Dövlət
müstəqilliyini möhkəmləndirmək, süveren
dövlət yaratmaq və inkişaf etdirmək, ərazi
bütövlüyünü, təmin
etmək, ölkəmizi müharibə şəraitindən
çıxarmaq, respublikanın vətəndaşlarının
rifahını yaxşılaşdırmaq, onların
yaşaması üçün lazımi şərait yaratmaq-
bu vəzifələr mənim prezident fəaliyyətimdə əsas
istiqamətlər olacaqdır və mən bunların həyata
keçirilməsinə çalışacağam.»
1994-1995-ci
illərdə
xarici qüvvələrin
təhriki ilə törədilən dövlət çevrilişinə
cəhdlərin qarşısını müdrik siyasəti və xalqla həmrəyliyi
ilə alan Heydər Əliyev
bir daha müstəqilliyimizi qorudu.
Respublikaya
rəhbərliyi dövründə
əməkdaşlıq və dostluq kəməri adlandırılan, ölkələri
birləşdirən «Əsrin müqaviləsi»ni
reallaşdırmaqla Azərbaycanı enerji diyarı kimi
dünyada tanıdan Heydər Əliyevin hazırladığı neft
strategiyasının uğurlu həlli ilə ölkəmizin
iqtisadi inkişafının təməli qoyuldu. Dünyanın enerji xəritəsində
Azərbaycanın önəmli yer tutması, BTC və
BTƏ-nin davamı olan «Cənub Qaz Dəhlizi»nin,
TANAP-ın, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, TAP- da
tikinti işlərinin uğurla davam etdirilməsi Ulu Öndərin uzaqgörən siyasətinin,
xalqına xilmət nümunəsi idi.
…Təbiətin
ona bəxş etdiyi nadir keyfiyyətlər sayəsində ulu
öndər Heydər Əliyev hadisələrin gedişini irəlicədən
müəyyən edir,
olduqca böyük əhəmiyyət
daşıyan qərarların qəbulu zamanı əsl vətənpərvər
mövqeyini bildirirdi. Onun
formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq
ideyası Azərbaycanın müasir dünyada xüsusi rolunu
və xidmətini müəyyən etmiş, milli dövlətçiliyimizin
bünövrəsini
möhkəmləndirmiş, dünya azərbaycanlılarının
həmrəyli üçün möhkəm zəmin
yaratmışdır.
Heydər Əliyev öz parlaq siyasi zəkası və
istedadı sayəsində yeni Azərbaycanı, onun bu
günkü gerçəkliklərini yaratmış və gələcəyə
aparan yolların parametrlərini müdrikcəsinə müəyyən
etmişdir.
Bu ideyalar
Azərbaycan xalqının ümummilli problemləri ilə
sıx bağlı olub milli ruhun, milli özünüdərkin
yüksəlişi, xalqın tarixi yaddaşının
özünə qayıtması, müstəqil dövlətçilik
ideyalarının gerçəkləşdirilməsi, gələcəkdə
böyük hərəkətverici qüvvəyə
çevrilməsi üçün münbit zəmin
yaratmışdı.
Prezident
kimi fəaliyyətə başladığı gündən
«Heydər Əliyev siyasi kursu davam etdirilməlidir» söyləyən
cənab İlham Əliyev
dünyada sabitlik diyarı kimi tanınan Azərbaycanın
iqtisadi qüdrətinin artması üçün Ulu Öndərin
müəyyənləşdirdiyi dəst- xətti,
islahatları davam etdirir. Dünya iqtisadiyyatının
ayrılmaz tərkib hissəsi olan Azərbaycanın islahatlar ölkəsi
adlandırılması da ulu öndər Heydər Əliyev
ideyalarının gerçəkləşməsinin təzahürüdür.
Son illərdə
bölgələrdə aparılan yenidənqurma işləri
və islahatlar da təsdiqləyir ki, bu siyasətə əsaslanan
milli iqtisadi inkişaf modeli alternativisizdir. Azərbaycanın
inkişafı
çox möhkəm dayaqlar üzərində
qurulub, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində yeni keyfiyyətlə davam etdirilir.
Haqlı olaraq deyilir ki, Heydər Əliyev daim yaşayan müasirimiz , müstəqil Azərbaycan
dövlətinin qurucusu, milli dövlətçiliyimizin əsasını
qoyan dahi, böyük dövlət xadimi, müdrik insandır.
Xuraman İsmayılqızı
İki sahil.- 2018 .- 4 sentyabr.- S.5.