Parad Türkiyə-Azərbaycan birliyinin simvolu olaraq tarixə düşəcək

Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri erməni daşnaklarından azad edilməsinin 100 iliyi münasibətilə möhtəşəm hərbi parad bir daha Azərbaycan-Türkiyə qardaşlığını, əbədi birliyini gözlər önünə gətirdi. Milyonlarla insan Azərbaycan Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən möhtəşəm paraddan böyük zövq aldı iki qardaş xalq arasında tellərin sarsılmaz olduğuna inandı.Xüsusilə hər iki dövlət başçılarının paradda iştirak etmələri səsləndirdikləri bəyanatlar Azərbaycan-Türkiyə münasibətlərinin səviyyəsinin zirvədə olduğunu təsdiqlədi. Prezident İlham Əliyev çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz əbədi olduğunu bildirməklə, regionda hər iki dövlətin söz sahibi olduğunu vurğulamaqla qardaş xalqlar arasında hərtərəfli əlaqələrin sürətli inkişafda olduğunu təsdiqlədi.Milli Məclisin deputatları Azər Badamov Fazil Mustafa ilə əlaqə saxlayaraq 15 sentyabr hərbi paradı barədə fikirlərini öyrəndik.Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, Bakının bolşevik erməni daşnaklardan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi parad Azərbaycan-Türkiyə qardaşlığının nümayişi oldu: Bu paradın keçirilməsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk əsgərlərinin iştirakı dünyaya növbəti bir mesaj ötürdü. Bu mesaj o deməkdir ki, Türkiyə Azərbaycanın yanında 100 il əvvəl olub, indi ölkələrimiz xalqlarımız bir yerdədirlər. Məhz iki dövlət bir yerdə olanda ölkələrimiz güclü olur bizə qarşı pis niyyətli insanlara qarşı birgə qətiyyətli cavab veririk. Prezident Rəcəb Tayyib Ərdoğanın ermənilərə verdiyi mesajda Azərbaycan torpaqları azad edilməyincə Türkiyə - Ermənistan sərhədləri heç vaxt açılmayacağı deməsi bir daha Türkiyənin Azərbaycanın yanında olmasını sübut etdi. Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev isə çıxışında Azərbaycanın Ordusunun dünya orduları sırasında ilk 50-ci yerdə olmasını qeyd etməklə ən müasir silahların nümayişi düşmənlərə bir mesaj oldu. Onlar yenidən Azərbaycanın nəyə, hansı gücə, qüvvəyə sahib olduğunu gördülər. Bu, düşmənlərimizə özünüzdən hündürə tullanmayın, yoxsa sizi məhv edərik mesajı oldu. Düşünürəm ki, 100 illik paradın böyük tarixi əhəmiyyəti oldu tezliklə biz Dağlıq Qarabağın düşməndən azad edilməsi gününü məhz bu paradın keçirildiyi Azadlıq meydanında qeyd edəcəyik”.

Fazil Mustafa isə qəzetimizə açıqlamasında bildirdi ki, 15 sentyabr - Bakının işğalçılardan azad olunması tarixinin yüksək səviyyədə qeyd olunması dövlətimiz tərəfindən bu hadisəyə verilən mühüm önəmdir: “İlk öncə onu qeyd edim ki, parad başlamazdan öncə Azərbaycan Türkiyə prezidentlərinin çıxışları oldu. Hər iki dövlət başçısı ölkələrimiz arasındakı münasibətlərin indiki səviyyəsindən məmnunluq ifadə etməklə bərabər, dünyaya mühüm mesajlar verdilər. Həmçinin bu tədbir Türkiyə-Azərbaycan qardaşlığının təməlini bir daha təkrarladı, xatırlatdı. Dünyaya göstərildi ki, bu qardaşlıq təsadüfən yaranmayıb, keçici deyil, müasir dövrün tələbinə görə ortaya atılmayıb. Bu qardaşlığın, dostluğun arxasında, təməlində şəhid qanı yatır. Bu gerçəklik hər iki topluma mesaj olaraq çatdırıldı. Fikrimcə, hərbi paradın, prezidentlərin çıxışının əhəmiyyəti ən birinci bu amillə əlaqədar idi. Azərbaycan xalqı Bakının işğaldan azad edilməsində türk əsgərlərinin, Ənvər Nuru paşaların nümayiş etdirdikləri qardaşlığı, qəhrəmanlığı heç zaman unutmayıb, bundan sonra da unutmayacaqdır. Bu, bizim şanlı tariximiz, məzlumluqdan müzəffərliyə yönələn keçid yolumuzdur. Bu əlamətdar tarixin dövlət səviyyəsində qeyd olunması, həmin tədbirə Türkiyə Prezidentinin gəlməsi 15 sentyabr tarixi hadisəsinin - bayramın əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu tarixi gündə hər birimiz sevinməli, bu qardaşlığın daha da inkişaf etdirilməsi üçün hər birimiz əlimizdən gələni etməliyik”.Deputat onu da vurğuladı ki, Prezident İlham Əliyev Ermənistan hakimiyyətinə paraddan xəbərdarlıq etdi: “Bu gün Azərbaycan Ordusu regionda mükəmməl dünyanın ən güclü orduları sırasındadır. Artıq düşmən ölkə bir gün belə Azərbaycan Ordusunun qarşısında tab edib, dayana bilməz. Azərbaycan sadəcə beynəlxalq hüquq normalarına sığınaraq, dünyada sivil dövlət kimi hadisələrin dinc istiqamətdə sülh yolu ilə uğurlu həllinə çalışır. Əks təqdirdə təbii ki, ölkəmiz hər an öz torpaqlarını işğaldan azad etməyə hazırdır. Bu gün baş verənlər Ermənistanın məğlubiyyətini yaxınlaşdırır. Artıq Ermənistan rəhbərliyi bu mesajlardan paraddan nəticə çıxarmalıdır. Ümumiləşdirərərək onu söyləyə bilərik ki, son parad indiyə qədər keçirilən paradlardan bir sıra mühüm nüanslarına görə seçildi dünyaya, bir sıra dövlətlə lazımi mesajları çatdırmış oldu. Ən əsas da bizə düşmən olan ölkəyə. Necə ki, 15 sentyabr 1918-ci il günü Azərbaycanın tarixinə möhtəşəm tarix kimi düşüb, 15 sentyabr 2018-ci il paradı da Türkiyə-Azərbaycan birliyinin simvolu olaraq tarixə düşəcək”.

 

Mənsumə Babayeva.

İki  sahil.- 2018.- 19 sentyabr.- S.18.