Akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

Nəşr edilib 22.09.2018 09:01 | Çap

AMEA Naxçıvan Bölməsində görkəmli alim ictimai xadim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Abdullayevin anadan olmasının 100 illiyinə həsr edilən elmi konfrans olub.

Tədbir Naxçıvan Dövlət Naxçıvanuniversitetləri, Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, Prezident cənab İlham ƏliyevAkademik Həsən Abdullayevin 100 illik yubileyi haqqındaSərəncam imzalayıb. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 27 iyul tarixli Sərəncamı iləAkademik Həsən ­Abdullayevin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planıtəsdiq olunub. Elmi konfrans da həmin sərəncama əsasən keçirilir.

Görkəmli alim elm təşkilatçısımövzusunda məruzə edən bölmə sədri Həsən Abdullayevin zəngin elmi fəaliyyətinə qısa nəzər salıb. Bildirilib ki, ­görkəmli alim Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası texnikasının bünövrəsini yaratmaqla bərabər, onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirib. O, yüksək­ixtisaslı elmi kadrların hazırlanmasında böyük xidmətlər göstərib, Azərbaycanda yarımkeçiricilər fizikası üzrə elmi məktəb yaradıb. Akademik İsmayıl Hacıyev alimin uzun illər Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna rəhbərlik etdiyini diqqətə çatdırıb.

 

Qeyd olunub ki, ömrünün çoxunu yarımkeçiricilər fizikasına həsr edən Həsən Abdullayev15 monoqrafiyanın, 250-dən artıq ixtira, o cümlədən 500-dən çox elmi məqalənin müəllifi olub. O, ABŞ-da, Yaponiyada, Rusiyada digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda ölkəmizi təmsil edib.

Diqqətə çatdırılıb ki, Həsən Abdullayev Elmlər Akademiyasının prezidenti kimi respublikada elmin təşkilinə mühüm töhfələr verib.

Bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin AbbasovunAkademik Həsən Abdullayev Azərbaycan elminin intibahı”, Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu HəziyevinAzərbaycanda astronomiya elminin seysmologiya mərkəzlərinin inkişafında akademik Həsən Abdullayevin rolu Naxçıvan Dövlət Universitetinin Ümumi nəzəri fizika kafedrasının müdiri, dosent Fərman QocayevinAkademik Həsən Abdullayev Azərbaycanda yarımkeçiricilər fizikası məktəbinin banisidirmövzusunda məruzələri dinlənilib. Çıxış edənlər Həsən Abdullayevin zəngin elmi fəaliyyətindən söz açıblar.

Iki sahil.- 2018.- 22 sentyabr.-S.9