Azərbaycan-Rusiya münasibətlərinin yeni yüksəlişi

 

Xəbər verildiyi kimi, sentyabrın 27-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda işgüzar səfərdə oldu. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Rusiya Federasiyasının Prezidentinin iştirakı ilə Azərbaycan-Rusiya Regionlararası IX Forum keçirildi. Forumda hər iki ölkədən 1000-ə yaxın nümayəndə iştirak edirdi. Forumda Azərbaycanın və Rusiyanın regionlarının iqtisadi potensialı barədə geniş çıxışlar oldu. Həmçinin, müxtəlif sahibkarlıq subyektləri arasında əməkdaşlığa hesablanmış çoxlu sənədlər imzalandı. Ümumilikdə Rusiya Prezidentinin Azərbaycana səfəri ölkələrimiz arasında gələcək əməkdaşlığın daha da genişləndirilməsinə yeni imkanlar açacaq.

Milli Məclisin deputatı Tahir Mirkişiliİki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu hər iki ölkənin sahibkarları arasında əlaqələrin daha da sürətli və əhatəli inkişafı və bunun üçün yeni imkanların tapılması əsas müzakirə mərkəzi oldu: “Azərbaycan Rusiyanın cənub regionlarına ən çox investisiya yatıran ölkədir. Hazırda Rusiyanın 70-dən çox subyekti ilə Azərbaycanın iqtisadi əlaqələri inkişaf edir. Rusiya-Azərbaycan iqtisadi əlaqələri son zamanlar çox sürətlə inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi hər il təxminən 30-35 faizədək artır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu iqtisadi əlaqələr daha çox inklüziv formada inkişaf edir. Yəni daha çox qeyri-neft sektoru, texnologiyalar, kənd təsərrüfatı, aqrar sektor, istehsal, xidmət ixracı, turizmsair cəhətdən baxsaq, əlaqələr kifayət qədər zəngin və çoxçeşidlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan bu günədək Rusiya iqtisadiyyatına 1 milyard, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollara yaxın investisiya qoyub. Onu da nəzərə alaq ki, Azərbaycan Rusiyanın cənub bölgəsinə - Şimali Qafqaza ən çox investisiya yatıran ölkədir. Bizim qeyri-neft ixracımızın təxminən 35, eyni zamanda istehsal etdiyimiz kənd təsərrüfatı məhsullarının ixracının 90 faizə yaxını Rusiyanın payına düşür. Rusiya ilə Azərbaycan arasında daha çox inteqrasiyaya, daha çox informasiya axınına və daha çox iki ölkənin biznes subyektləri arasında müasir biznesin tələb etdiyi şəkildə əməkdaşlıq formalarının yaranmasına ehtiyac var. Bu məsələ də regionlararası forumda müzakirə olunan əsas məsələlərdən biri idi.”

T.Mirkişili əlavə etdi ki, Azərbaycan hazırda Rusiyanın kənd təsərrüfatı məhsulları idxal etdiyi ölkələr arasında beşinci yerdə dayanır: “Biz bu siyahıda Türkiyə, Braziliya, Çin kimi ölkələrdən geri qalırıq. Bizim həmin ölkələrlə rəqabət aparmağımız əslində qısa müddətdə nail olduğumuz böyük göstəricidir. Eyni zamanda, bu rəqəmi artırmaq kimi bir perspektiv mövcuddur. Məsələn, bu gün Rusiyanın illik kimya sənayesi məhsulları idxalının həcmi təxminən 27 milyard dollardır. Biz isə Rusiyaya il ərzində cəmi 12 milyon dollarlıq kimya sənayesi məhsulları ixrac edirik. Bu, çox cüzidir. Nəzərə almaq lazımdır ki, bizim kimya sənayesi məhsullarının ixrac potensialının həcmi böyükdür. Hazırda Azərbaycanda yeni kimya müəssisələri yaradılır. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının indiki mərhələsi dəyər yaradan mərhələdədir. Yeni müəssisələr yaradılan zaman Rusiyanın rolu, Rusiya bazarı bizim üçün çox önəmli olacaq.”

Sumqayıt Dövlət Universitetinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Loğman Abdullayev qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanla Rusiya arasında müxtəlif sahələrdə siyasi, hərbi, humanitar, mədəni, eləcə də digər sahələrdə yüksək əməkdaşlıq əlaqələri mövcuddur: “Ən əsası isə Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr günü-gündən genişlənir. Bu, iqtisadiyyatın hər bir sahəsini əhatə edir. Azərbaycan İqtisadiyyat NazirliyininRusiya İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə IX Azərbaycan-Rusiya Regionlararası Forumu təşkil olundu. Bu forumun keçirilməsini biznes strukturlarının bir-birinə yaxınlaşması istiqamətində növbəti addım kimi qiymətləndirmək olar. IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində sənaye və energetika, turizm, kənd təsərrüfatı, kiçikorta sahibkarlıq, nəqliyyat və tranzit, qadın sahibkarlığı və humanitar sahələrdə Azərbaycan və Rusiya əməkdaşlığına dair 7 “dəyirmi masakeçirildi.”

L.Abdullayev vurğuladı ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac olunduğu əsas ölkə Rusiyadır: “Aqrar sahədə əməkdaşlığın inkişafı” mövzusunda “dəyirmi masada hər iki ölkənin kənd təsərrüfatı sahəsində təcrübəsinə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalara və yeniliklərə, ixracın genişləndirilməsinə, əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb, regionların investisiya potensialına və aqrar sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyətinə dair təqdimatlar keçirilib. Ümumilikdə Rusiyanın biznes strukturlarının Azərbaycana səfəri və forumun keçirilməsi, prezidentlərin burada iştirakı və forumdan əldə olunacaq nəticələr çox yüksək olacaq. Bu forum hər iki ölkənin iqtisadi inkişafı üçün mühüm əhəmiyyətli bir tədbir olacaq.”

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2018.- 29 sentyabr.- S. 7.