Qardaşlıq
qüdrətiylə tarix yazan
türkü gör!
Düşüncələr
...İyunda Azərbaycan Ordusunun 100 illiyinə həsr olunan möhtəşəm parad ruhun paradıydı, azərbaycançılığın paradıydı, dövlətçiliyin paradıydı. O paradın mənəvi davamı kimi izlənilən parad da 100 illiyin paradı idi – küçələr Bakı şəhərinin azad edilməsinin 100-cü ilinin coşqusuna, könül xoşluğuna darlıq edirdi; 100 il əvvəlin ovqatı 100 ilə bac verməyib, araya düşən 73 ilin mənəvi sıxıntısını da üyüşdürüb. 1991-ci ilin oktyabrını bugünkü paradın təşkilatçılarına da, iştirakçılarına da Dədə Qorqud alqışı bilirəm: qaçaraqda kəhər atınız büdrəməsin, axar sularınız qurumasın, yanar ocaqlarınız sönməsin! Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad bu xeyir-duanın işığında izlənildi.
Təqdim baxımından 15 sentyabr paradından əvvəl olan 26 iyun paradı tarixi hadisə kimi onun davamıdı – Qafqaz İslam Ordusunun bazasında yaradılmışdı Azərbaycan Ordusu. Məhz bu baxımdan 15 sentyabr paradında ən müasir döyüş texnikaları da nümayiş etdirildi; 15 sentyabr paradı sələf-xələf münasibətinə sədaqət kimi tarixləşdi.
Tarix zaman-zaman azərbaycançılıq, türkçülük mahiyyəti etibarilə biri digərini tamamlayan eyni ruhun şaxələri olan, etiraf etsə də, etməsə də, tanıdığı bu ruhun – bir əli Türkiyənin, bir əli Azərbaycanın çiynində olan ruhun qüdrətinə yaxşı bələddi. Bəşəriyyətlə yaşıd olan bu ruh zamanında tarixin yolgöstərəni kimi tanınıb. Doğu–Batı arası hökmü keçənlərin ruhudu bu ruh. 15 sentyabr paradı bu ruhu tarixə bir daha tanıtma paradı kimi tarixləşdirdi.
Bu ruh
xalqı xalq, milləti millət, dövləti
dövlət edən, tarixə tarixi dərs
verən ulu ruhdu, uca ruhdu, ucaların ruhudu. Yaşaya-yaşaya yaşadan, yaşada-yaşada
yaşayan bu ruhun işığında zaman-zaman
dünyanın axarını dəyişən tarixlər
yazılıb. O tarixlərdən biri də 1918-ci ilin 15 sentyabrında yazılıb.
Bu parad o tarixin
paradıdı.
Azərbaycanın istiqlal mübarizəsini
Türkiyə özünün
istiqlal mübarizəsi
bildi – 1918-ci ilin
15 sentyabrı belə
tarixləşdi. Qafqaz
İslam Ordusunun döyüşləriylə yaranmış
Cümhuriyyət möhkəmləndi,
Azərbaycanın da maddi, hərbi yardımı ilə Türkiyənin qurtuluş
savaşı zəfərlə
nəticələndi; Türkiyənin
qurtuluş savaşını
Azərbaycan özünün
qurtuluş savaşı
bildi – 1922-ci ilin 30 avqustu belə tarixləşdi. Tarix gördü ki, min illər əvvəl bəngüdaşlara yazılanlar
uca ruhların yaşarı ruhlara - özünə
qayıdaraq böyük
olanlara xeyir-duasıymış.
Nuru paşayla Əlağa Şıxlinskinin sərkərdəlik
dühası milli-xəlqi
ruhun zəfərini təmin etdi. Nuru paşanın komandanlığıyla
Qafqaz İslam Ordusunun sıralarında döyüşənlər tarix
yazdı.
Dünyanın gözünü qamaşdıran
o tarixdən – 1918-ci ilin 15 sentyabrından 100 il keçir...
Nuru paşa Bakıya yola düşəndə
- martın sonlarında Ərzurumun
gədiyinə təkəm-seyrək
qar gəlirmiş – düşünürəm. 100 il sonra Ərzurumdan əsən yellərin dilmanclığıyla
Bakıya türk ruhunun xeyir-duası çatırdı...
Bu sərin payız səhəri 100 il
əvvəlin ovqatıyla
gəlmişdi. Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin təqdimatıyla
süslənən bu ovqat qüdrət ovqatıydı. Bu ovqat “Bir millət,
iki dövlət” fəlsəfəsini yaşadan
iki bayrağı muniscəsinə qoşa dalğalandırırdı. Bu bənzərsizlikdən “nə
könül doyurdu, nə göz əl çəkirdi”...
Bu parad “Bir millət, iki dövlət” müdrik kəlamının
təsdiqi kimi izlənilirdi...
Bu parad Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin dediyi kimi, Azadlıq
meydanında yan-yana dayanmış Türkiyə
və Azərbaycan Ordusunun əsgərlərinin
paradıydı...
Hər ürəkdə səslənən
Qıymaram qar yağa, qar daşa, qardaş,
Dönməz, dönə bilməz
qar daşa, qardaş.
Bu birlik dünyanın heyrəti olub,
Arxadı, dayaqdı qardaşa
qardaş!.. –
misraları könüllərə
sarılırdı, könülləri
telləndirirdi, həzin-həzin
əsən yelləri
dilləndirirdi, payızın
inadını sındırıb
bu birliyə, bu qardaşlığa bağır basanların çölünü-düzünü gülləndirirdi...
Bu parad 100 il
əvvəl yaşanılmışları
yenidən yaşatma qüdrətiydi.
Hamı
100 il əvvəl Bakını azad edənlərin varislərinin
yerişində yaşadılan
100 yaşlı ovqatın
pərvanəsiydi, Abdulla Qurbaninin
təqdimatı bu ovqatın bənzərsiz səyyarəsiydi - könül-könül
gəzişən “Varıq,
var olacağıq!” nidasıyla qoşa yaşanılırdı.
Əski uyğur mənbələrində
“türk” kəlməsinin
bir yozumu da güclü, qüdrətli deməkdi. Gücün
gücə, qüdrətin
qüdrətə sədaqətinin
təntənəli keçidi
deyirdi ki,
Qarı dünya, börkü
gör,
Bəşərə bax, görkü
gör.
Qardaşlıq qüdrətiylə
Tarix yazan türkü
gör!
Hər misra bölünməyən,
bölünməyəcək ruhun çağırışı
kimi yaşanılırdı...
Parad Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin dediyi “Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında
Gəncədən Bakıya
gəlməsi, bir neçə şəhərin
azad edilməsi və sentyabrın 15-də
şiddətli döyüşlər
nəticəsində Bakının
azad edilməsi tarixi hadisə idi” kəlamının təntənəsi
kimi izlənilirdi...
Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğanın dediyi
“Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın
dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldana azad olunmasının 100-cü ildönümünü
qeyd etmirik, eyni zamanda, əziz
şəhidlərimizin bizə
əmanət olan “Bir millət, iki dövlət” deyə rəmzləndirdiyimiz
qan qardaşlığımızı
da dərk edirik”
– kəlmələri tarixə bir daha xatırlatdı ki, mənəvi birlik – ruhun eyniliyi bəşərin şəriksiz cığırdaşıdı...
Marş çağırışdı, döyüş əzmidi,
qələbə ruhudu...
Marşa ruhun ruhu deyənləri kimsə qınaya bilməz.
Bu möhtəşəm paradda
bir məqam da duyğusallıqla izlənildi: davullar səsləndi, bu səsləniş olmuş
döyüşlərin zəfər
sonluğunun çağırışıydımı,
olacaq döyüşlərə
çağırışıydımı?
– Türkiyə Silahlı
Qüvvələrinin “Mehtaran”
birliyinin “Mehtər marşı” Azadlıq meydanını dalğalandırdı.
Bitkin ssenari, mükəmməl rejissura
(“Mehtaran”ın gəlişi
də, düzülüşü
də, yaratdığı
könülləri telləndirən
məmzərə də
bölünməyən, bölünməyəcək
ruhun zəmanəti kimi izlənildi) möhtəşəm ifa ürəkləri kükrətdi,
düşüncələri coşdurdu; “Mehtaran” “Əsgər marşı”nı
ifa etdi: “...marş, irəli, Azərbaycan əsgəri!”. Həm də
Azərbaycan dilində
o qədər sevgilərlə,
o qədər ilhamla,
o qədər duyğusallıqla
ifa etdi ki! Bu ifa Azərbaycan
əsgərini Böyük
Qələbəyə səsləyən
ifa kimi dinlənildi, izlənildi...
Qafqaz İslam Ordusunun süvari və piyadalarının gəlişi
də, tribuna önündən qürurla
keçməsi də
həm tarixə ehtiram kimi izlənildi,
həm də rəmz kimi – 100 ilin o üzündən gəlib 100 illərin o üzünə gedən qalibiyyətin ifadəsi kimi...
Qədim mənbələrdə şumerlərin,
hunların, göytürklərin,... süvariləri haqqında “yel qanadlı atlılar” təyini işlədilib. Oğuzların, ağqoyunluların,
eldəğəzlərin, səfəvilərin,... süvariləri haqqında da belə fikirlər səslənib. Qafqaz İslam Ordusunun
süvariləri yelqanadlı
atlıların varisləridi.
Varislərin hərbi mundirində
tribuna önündən
Qafqaz İslam Ordusunun süvariləri, piyadaları keçəndə
min illərin o üzündə
qalanlar da xatırlandı. Bu parad ona görə
möhtəşəm paradıydı
ki, zaman arasında mənəvi bağlılıq yarada bilmişdi. “Yüyənini çeynəyən
atların” nallarını
Azadlıq meydanıyla
təmasından yaranan
səs Qobustanın qaval daşının səsinin eyni idi və sanki
“gedirik, siz də gəlin!” – deyirdi. Kimsə
“hara?” soruşmazdı,
hamı bilirdi ki, bu gedişin
ünvanı Qarabağdı,
Laçındı, Şuşadı,
Kəlbəcərdi, Ağdamdı,
Füzulidi, Cəbrayıldı,
Qubadlıdı, Zəngilandı,
döyüşdü, qələbələrdi,
Böyük Qələbədi....
O dönməz, o gözəl
səs tarixin səsiydi, o səs deyirdi ki, yerlər
göyə dikələ
bilər, göylər
yerə ələnə
bilər, ancaq bu qardaşlığa zaval olmayıb, yoxdu, olmayacaq; parad bu qənaətin
dönməzliyi kimi izlənildi...
Rəşid Faxralı
İki sahil.- 2018.- 29 sentyabr.-
S. 18.