Siyavuş Novruzov: Prezident  2018-ci iliAzərbaycan Xalq Cümhuriyyəti İlielan etməklə bir daha dövlətçiliyimizə töhfə vermiş oldu

 

Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili ölkəmizdəAzərbaycan Xalq Cümhuriyyəti İlielan edib. Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov AzVision.az-a bildirib ki, ölkəmiz müstəqillik elan etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinə həm ümummilli lider Heydər Əliyev, həm prezident İlham Əliyev çox yüksək qiymət verib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları daim yüksək tutulub. Onların adlarının əbədiləşdirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının abidələrinin hazırlanması bu kimi digər məsələlər həmişə Azərbaycanda yüksək qiymətləndirilib. O cümlədən, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq həm ilin elan olunması, həmçinin görülən işlər, tədbirlər planı buna bir daha bariz nümunədir”, - millət vəkili bildirib.

S.Novruzov vurğulayıb ki, prezident İlham Əliyev 2018-ci ili ölkəmizdəAzərbaycan Xalq Cümhuriyyəti İlielan etməklə bir daha dövlətçiliyimizə, ənənələrimizə, Azərbaycan xalqının müstəqilliyinə töhfə verdi: “Ayrı-ayrı adamlar bundan istifadə etməyə çalışırlar. Qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının sərvətidir. Bu, hansısa dərnəyin, partiyanın, təşkilatın, qurumun ayrılıqda özəlləşdirdiyi bir məfhum deyil. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli, mənəvi, dövlətçilik dəyərdir, dövlətidir. Kimsə partiyasının adını, o vaxtkı partiyanın adı ilə adlandıra, özünü ona oxşada bilər. Amma, bütövlükdə Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın sərvətidir. Məhz 1991-ci il 18 oktyabrda qəbul oluna konstitusiya aktında da göstərilir ki, müasir Azərbaycan, Azərbaycan Demokratik Respublikasının varisidir. Yəni, varis dövlətdir. Varislik dövlətə məxsusdur. Bu gün dövlətin başçısı cənab prezident İlham Əliyevdir. Prezident 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İlielan etməklə bir daha dövlətçiliyimizə, ənənələrimizə, Azərbaycan xalqının müstəqilliyinə töhfə vermiş oldu. Hesab edirəm ki, bu da çox yüksək şəkildə icra strukturları tərəfindən tədbirlər planı hazırlanaraq keçiriləcək”.

 

İki sahil.- 2018.- 11 yanvar.- S.7.