“Made in Azerbaijan” brendi rəqib tanımır
Regionların sosial-iqtisadi inkişafı
dövlət proqramlarının
həyata keçirilməsində
əsas məqsəd sahibkarlığa marağın
gücləndirilməsi, aqrar
sahənin genişləndirilməsi,
emal müəssisələrinin
sayının artırılmasıdır. Aparılan düzgün
siyasətin nəticəsidir
ki, ölkədə biznes mühiti yaxşılaşır, sahibkarlara
göstərilən hüquqi,
maddi dəstək artırılır. Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə
verilən kreditlər
real iqtisadiyyatın inkişafını
təmin edir, iş yerlərinin
yaradılmasına şərait
yaradır, yerli müəssisələrin artması
ilə işsizlik aradan qaldırılır.
“Azərbaycanda,
deyə bilərəm
ki, hazırda çox böyük sahibkarlıq sinfi yaradılmışdır. Ölkəmizin ümumi inkişafı bundan sonra daha
çox sahibkarlığın
inkişafından asılı
olacaq” söyləyən
Prezident İlham Əliyevin əsas tələbi budur ki, proseslər məqsədyönlü şəkildə
aparılsın.
Bu siyasətin
nəticəsidir ki, sənayenin bir çox sahələri sahibkarlıq hesabına inkişaf edir. Hazırda ölkəmizdə
ümumi daxili məhsulun 80 faizdən çoxunun özəl sektorda formalaşması ixrac imkanlarını artırır. Xarici bazarlara
çıxmaq üçün
isə istehsalatda ən müasir texnologiyalar tətbiq edilir, keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların
istehsalına diqqət
artırılır. Daxili bazarda
satılan məhsulların
qiymətinin süni şəkildə qaldırılmasını
yolverilməz hesab edən dövlət başçımızın özəl
sektora göstərdiyi
diqqətin nəticəsidir
ki, bu sahəyə
ayrılan investisiyaların
həcmi artırılır.
Regionlarda sənaye mərkəzləri,
iqtisadi zonalar yaradılır, daha çox ehtiyac duyulan məhsulların çeşidlərinin artırılması
ön planda saxlanılır. Pilot layihə
kimi Neftçalada yaradılan iqtisadi zona yerli sahibkarlar
tərəfindən razılıqla
qarşılanır. Son illər
dünya iqtisadiyyatında
davam edən neqativ proseslərdən qaynaqlanan amillərin, xüsusilə neftin qiymətinin kəskin enməsinin iqtisadiyyata təsirini neytrallaşdırmaq,
ölkənin davamlı
inkişafını təmin
etmək məqsədilə
Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən hərtərəfli
islahatların mühüm
istiqamətlərindən biri
də qeyri-neft məhsulları ixracının
artırılması, yeni
bazarlara çıxışının
təmin olunmasıdır.
Milli iqtisadiyyatın möhkəmlənməsini
nəzərdə tutan
Strateji yol xəritələrində hədəf
indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının
2025-ci ildə ən azı 450 ABŞ dollarına
çatdırılmasıdır. Bu, azı üç dəfədən çox
artım deməkdir.
Son illərdə
sənaye parklarının
və zonalarının,
aqroparkların yaradılması,
inzibati prosedurların
sadələşdirilməsi qeyri-neft sektorunun inkişafını sürətləndirir. Yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli
məhsul istehsal edən müəssisələrin
açılması, daxili
tələbatın ödənilməsi
ilə birlikdə bir sıra istiqamətlər
üzrə ixrac potensialı güclənməyə
başlayıb. Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli
kreditlər hesabına
51 logistik mərkəzin,
23 taxıl anbarının,
16 meyvə-tərəvəz emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana,
16 üzümçülük, 23 bağçılıq və
39 quşçuluq təsərrüfatının,
10 süd emalı, digər istehsal müəssisələrinin yaradılması,
son illərdə istixanaların
ərazisinin dəfələrlə
genişləndirilməsi aqrar
sektorda ixracın artırılmasına böyük
töhfə verir.
Sənaye parklarında
və zonalarında müasir müəssisələrin
fəaliyyətə başlaması,
indiyədək verilmiş
130 investisiya təşviqi
sənədi üzrə
1,2 milyard manatlıq investisiya qoyuluşunun nəzərdə tutulması,
hazırda 24 rayon üzrə
142,5 min hektar ərazidə
32 aqroparkın, o cümlədən
12 heyvandarlıq kompleksinin,
20 iri bitkiçilik təsərrüfatının yaradılması
və digər işlər yaxın illərdə qeyri-neft sektorunda istehsal və ixrac potensialını
daha da artıracaq.
Eyni zamanda, istehsalın dəstəklənməsi və
ixrac potensialının
genişləndirilməsi məqsədilə
özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan 84 məhsul üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilib. Bu qərar özünütəminetmə səviyyəsi
yüksək olan məhsullar üzrə yerli istehsala böyük dəstəkdir.
İxracın təşviq edilməsi
sahəsində imzalanan
sənədlərin tətbiqi
ilə Azərbaycanın
həm iqtisadi inkişafında, həm də xarici iqtisadi əlaqələrinin
genişləndirilməsində yeni mərhələnin başlanğıcı qoyulub.
İxracın genişləndirilməsi,
rəqabətqabiliyyətli məhsulların ənənəvi
və yeni bazarlara çıxışının
artırılması ilə
bağlı imzalanmış
sənədlərə uyğun
olaraq, “İxrac təşviqinin ödənilməsi
qaydası””, “İxrac
təşviqi şamil
olunacaq məhsulların
siyahısı”” və
“İxrac təşviqi
üzrə tətbiq olunacaq əmsallar” kimi müasir metodları əks etdirən prosedurlar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına
bal, xurma, nar, qovurulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları,
qurudulmuş meyvələr,
konservləşdirilmiş meyvə-tərəvəz,
mürəbbə və
cemlər, turşular,
spirtli içkilər
və şərab,
mineral sular və şirələr, unlu qənnadı məmulatları,
habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların
növündən asılı
olaraq, sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının
gömrük dəyərinin
3 faizdən 6 faizədək
büdcə vəsaitləri
hesabına təşviq
verilir. Yaradılan münbit şəraitin
nəticəsidir ki, Rusiya, ABŞ, Çin,
Belarus və digər ölkələrə ixrac
olunmuş kənd təsərrüfatı və
sənaye məhsulları
üzrə ixrac dinamikası artır.
“Xarici ölkələrə ixrac
missiyalarının təşkilinə,
xarici bazarların araşdırılması və
marketinq fəaliyyətinə”,
“Made in Azerbaijan”” brendinin təşviqinə,
yerli şirkətlərin
xaricdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramlarına
çəkilən xərclərin
dövlət büdcəsi
hesabına ödənilməsi
Qaydaları”nın tətbiqi”
Birləşmiş Ərəb
Əmirliklərinə, Almaniyaya,
Əfqanıstana, Pakistana,
Qətərə 7 ixrac
missiyası həyata keçirilib. Çin Xalq Respublikasına
səfər çərçivəsində
beynəlxalq şərabçılıq
sərgisində Azərbaycan
brendli şərab məhsullarımızdan biri
qızıl medala layiq görülüb və 500 min şüşə
şərabın Çinə
ixracına dair imzalanmış müqavilənin
icrasına başlanılıb.
Dubaya ixrac missiyası çərçivəsində
nar şirəsi, alma və balın
ixracına dair razılaşmalar əldə
edilib.
Almaniyaya təşkil edilən ixrac missiyası çərçivəsində bu ölkəyə çay və narın ixracı ilə bağlı razılaşma əldə
edilib, nar şirəsinin İsveçə
ixracı ilə bağlı isə müqavilə imzalanıb. Pakistan və
Əfqanıstana quru süd və süd məhsulları, nar şirəsi, qənnadı məhsulları,
mebel, boru, metal konstruksiyaları və digər tikinti materialları ixrac olunur. Qətərə ixrac missiyası
çərçivəsində isə ət, nar şirəsi və Naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsulların
ixracı ilə bağlı ilkin razılaşmalar əldə
edilib. Həmçinin “Gulfood”” beynəlxalq
ərzaq, “Prowein”” şərab sərgilərində
sahibkarlarımız vahid
ölkə stendləri
ilə iştirak edib, çeşidli məhsulların ixracı
ilə bağlı ilkin razılaşmalar bağlayıb və sifarişlər qəbul olunub. Belarusda, Ukraynada Azərbaycan
Ticarət Evinin yaradılması ilk addım
olsa bu prosesin
davamlı olması, xarici bazarlarda Azərbaycan məhsullarına
marağın artması
aparılan siyasətin
uğurlu nəticələrindəndir.
Tərəvəz ixracı
45 faiz, meyvə ixracı 20 faiz, pambıq ixracı 3,6 dəfə, süd məhsulları ixracı
3,6 dəfə, spirtli
və spirtsiz içki ixracı 2,3 dəfə, emal olunmuş meyvə-tərəvəz
məhsulları ixracı
isə 39 faiz artıb. Sənaye sahəsində isə kimya sənayesi məhsulları 85 faiz, toxuculuq məmulatları
65 faiz, alüminium və ondan məmulatlar
43 faiz, plastiklər 33
faiz, avadanlıqlar, mexaniki qurğular və hissələri 2,1 dəfə çoxalıb.
Qeyri-neft ixracının
45 faizi MDB dövlətləri
və Gürcüstanın,
26 faizi Türkiyənin,
12 faizi Avropa İttifaqı ölkələrinin,
4 faizi Çinin, 13 faizi isə digər ölkələrin
payına düşüb.
Körfəz ölkələrində də
Azərbaycanın məhsullarına
böyük maraq var. Sahibkarlar mühüm əhəmiyyətli beynəlxalq
sərgilərdə iştirak
edirlər. Azərbaycan məhsullarının tanınması üçün
reklam bazarında da fəaliyyətimiz genişləndirilir, müqavilələr
imzalanır. Bu sahədə yeni təcrübə olan “Azexport”” portalının yaradılması səmərəsini
göstərir. Portalda yerləşdirilən
məlumatlar hesabına
xarici bazarlarda Azərbaycan məhsullarına
marağın istiqamətləri
öyrənilir, kontraktlar
imzalanır.
“Made in Azerbaijan”” brendinin
dünyada tanınmasında
da portalın əhəmiyyəti böyükdür.
Xarici bazarlar uğrunda mübarizədə də
bu kimi müasir
təbliğat metodlarından
istifadə olunur.
Azərbaycan məhsullarının beynəlxalq səviyyədə
tanınması üçün
xaricdə yaşayan azərbaycanlıların gücündən
də istifadə olunur. Xaricdə yaşayan, bizneslə
məşğul olan azərbaycanlıların imkanlarından
səmərəli istifadə
etməklə ölkəmizin
ixrac potensialını
daha çox artırmaq mümkündür
Hazırda Azərbaycanda
mindən çox adda, o cümlədən ən son texnologiyalara əsaslanan hərbi təyinatlı məhsullar
istehsal olunur. Bəzi hərbi ləvazimatlara xarici bazarlarda maraq artır. Ona görə ölkədə
biznes mühitinin şəffaflaşdırılması, emal müəssisələrinin
artması, ixrac potensialının genişlənməsi
diqqətdə saxlanılır.
Xuraman İsmayılqızı
İki sahil.-
2018.- 11 yanvar.- S.13.