Şəhidlər ölməz,
Vətən bölünməz!
20 Yanvarın ən yeni tariximizə
qara hərflərlə
yazılan qəhrəmanlıq
səhifəsi olduğunu
yaşından asılı
olmayaraq hər kəs dərk edir
Hər il
bu tarix təkcə Azərbaycanda
deyil, dünyanın bir çox ölkələrində
yaşayan soydaşlarımız
tərəfindən milli
hüzn kimi qeyd olunur,
şəhidlərimizin xatirəsi
ehtiramla anılır.
Amma bir həqiqəti unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində,
sadəcə, ağrı
və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar xalqımızın
həm də şərəf günüdür.
Unutmamalıyıq ki, həmin
gün küçələri
boyamış şəhid
qanları bir anlamda milli məfkurəmizin
oyanan günəşinin
qırmızı şəfəqini
simvolizə edirdi.
Məhz həmin hadisələr bilavasitə nümayiş
etdirdi ki, Azərbaycan xalqı azadlıq mübarizəsinə
qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin
bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.
...28 il bundan əvvəl sovet imperiyası keçmiş SSRİ-nin rəzil rəhbəri Qorbaçovun, onun komandasında təmsil olunan Yazovun, Bakatinin birgə hazırladıqları planlar
əsasında
Bakıda qanlı
qırğınlar törətdi. İmperiya qaniçənləri insanların
azadlıq, istiqlaliyyət,
müstəqillik səslərini güllələrin
dili ilə susdurmağa çalışdılar.
Amma unutdular ki, zalımın
zülmü olsa
da, haqqın da bükülməz qolu, dönməz üzü vardır. Canlı sipər çəkməklə
tankların qarşısını kəsən,
düşmənə meydan
oxuyan oğullarımız
ölümləri ilə imperiyanın gücsüzlüyünü göstərdilər.
Bu qanlı qırğına qarşı
ilk etirazını
bildirən, o zaman Moskvada yaşayan xalqımızın müdrik oğlu, Vətənini, xalqını
canından artıq sevən Heydər Əliyev təhdid və təzyiqlərdən
çəkinməyərək Azərbaycanın
Moskvadakı səfirliyinə
gedərək 20 Yanvar
qırğınlarını ölkəmizin
suverenliyinə qarşı
törədilmiş zorakılıq,
təcavüzkarlıq adlandırdı.
Ulu Öndər faciə ilə bağlı Azərbaycan
xalqına teleqram göndərərək
insanları belə ağır məqamlarda birliyə, həmrəyliyə
çağırdı. Şəhidlərimizin tökülən qanlarına
bais olanların mütləq cəzalandırılacağını
bildirdi. Belə ağır
günlərdə xalqı ilə bir olduğunu
bildirən Ulu Öndərin müraciətini
gizlədən nakəslər
günahsız insanları qırğına
verdikləri üçün vicdan əzabı çəkmədilər.
19 yanvarda Azərbaycan
televiziyasının enerji
blokunu dağıtmaqla
əsl həqiqətləri xalqdan, dünya ictimaiyyətindən
gizlədənlər vəhşiliklərini
ört-basdır etmək
üçün haqqını
tələb edən vətənpərvərlərə ekstremist adı verməkdən belə çəkinmədilər.
Amma imperiyanı, dağılmaqda olan Sovet İttifaqını qoruyub saxlamaq istəyən, sələfləri
Pyotrun “parçala, hökm et” vəsiyyətinə
sadiq qalanlar üçün SSRİ-nin “qardaşlıq
ailəsi”ndə zorla saxlanılan xalqların azadlıq, müstəqillik
çağırışları kabus kimi qorxulu
idi. Xüsusilə təbii sərvətləri
ilə zəngin olan Azərbaycanı itirmək imperiyanın şah damarının kəsilməsi idi.
Buna görə də nəyin bahasına olursa olsun Bakıdan yüksələn
azadlıq səslərini
susdurmaq əmri verilmişdi.
28 il
bundan əvvəl törədilən qırğınlar
məhz bu məqsədlə həyata
keçirilsə də,
Azərbaycan xalqını
güllələrin səsi
ilə inamından dönməyə cəhd edən, diz çökdürməyə çalışanlar
niyyətlərinə çata
bilmədilər. Unutdular ki,
üstünə tanklar
yeritdikləri bu qəhrəman vətən
övladları heç
vaxt düşmənə
arxa çevirməmiş,
sıralarını, səflərini
pozmamışlar. 20 Yanvar
qırğınlarında Vətən
yolunda qurban gedən şəhidlərimiz ölümləri
ilə cəlladlarına
qəhrəmanlıq dərsi
öyrətdilər. Əbədiyyətə
qovuşmaqla ölməzliyin
zirvəsinə qalxaraq
Azərbaycan xalqının
qəhrəmanlıq tarixinə
yeni səhifələr
yazdılar. Bu gün həmin tarixi anları bütünlükdə
Azərbaycan xalqı üçün müqəddəs
olan Şəhidlər
xiyabanında sıralanan
məzar daşları
yaşadır.
Bakının ən
yüksək, müqəddəs
məkanında uyuyan qəhrəmanlarımız
daşlaşmış şəkillərinin
dili ilə onları ziyarət edən soydaşlarımıza, qonaqlara “biz varıq, olacağıq, həmişə
qalacağıq” deyirlər.
Qədirbilən Azərbaycan xalqı Vətəni, azadlıq uğrunda qurban gedən şəhidlərimizi
unutmur. Çünki bu xalqın
insanlara dəyər verən, onların xatirəsini həmişə
əziz tutan Heydər Əliyev kimi ümummilli lideri var idi.
Günahsız şəhidlərimizin
tökülən qanları
üçün cavabdeh
olanların ədalət,
qanun arşısında cavab vermələrini, hadisələrə
hüquqi, siyasi qiymət
verilməsini tələb
edən də ümummilli lider Heydər Əliyev idi. Şəhid ailələrinə
ilk təsəlli verən
də, onlar üçün imtiyazların
verilməsini rəsmiləşdirən,
Milli Qəhrəman adına layiq görən də Azərbaycanın müstəqilliyini
tarixi nailiyyət adlandıran, suverenliyimizin əbədiliyini
qoruyan da Ulu Öndər oldu. Dahi liderin
ənənəsini davam
etdirən, bu müqəddəs məkanı daim ziyarət edən Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi
diqqət və qayğıya davamlı olaraq yeni imtiyazlar əlavə olunur.
Artıq 20 Yanvar
faciəsinin törədilməsindən
28 il ötür.
İllər keçsə də
ölümsüzlüyə qovuşmaqla xalqımızın
təfəkkürünə əbədi mübarizlik, xoşbəxt gələcək
naminə mübarizədə
qətiyyətli olmağı
öyrədən şəhidlər
istək və arzuları ilə həmişə sıralarımızdadırlar.
Azərbaycanın qazandığı
bütün uğurlarda
onların da payı var. Beynəlxalq aləmdə yüksək
nüfuz qazanan Azərbaycanın sivilizasiyalararası
dialoq məkanı kimi tanınması, tədbirlərdə
iştirak edən qonaqların ilk olaraq şəhidlərimizin uyuduğu
müqəddəs məkanı
ziyarət etmələri,
onların ruhları qarşısında baş
əymələri də
qanları ilə qəhrəmanlıq dastanları
yazanların əbədiyaşarlığının
nümunəsidir. Şəhidlər
ölməz, Vətən
bölünməz! Tanrı bütün şəhidlərimizə rəhmət
eləsin! Amin!
Mənsumə Babayeva
İki sahil.-
2018.- 11 yanvar.- S.14.