Azərbaycandakı ən unikal muzey – ATU Anatomiya Muzeyi təqdim olundu
Bu gün
Azərbaycan Tibb Universitetində Anatomiya Muzeyinin təqdimatı keçirilib. Muzeyin açılışı Prezident
İlham Əliyevin Sərəncamı ilə
2018-ci ilin “Azərbaycan
Xalq Cümhuriyyəti
İli” elan edilməsi münasibətilə
ATU-nun İnsan anatomiyası kafedrası tərəfindən təşkil
olunub. Çünki bu kafedranın yaranma tarixi məhz Azərbaycan Xalq Cümhuiyyəti dövrünə təsadüf
edir. Toplantıda ATU-nun insan anatomiyası
kafedrasının müdiri,
professor Vaqıf Şadlinski çıxışında
rəhbərlik etdiyi kafedranın tarixi haqqında iştrakçılara
məlumat verib: “İnsan anatomiyası kafedrası öz fəaliyyətinə 1919-cu ilin
əvvəllərində başlayıb.
Əsas universitetin açılışı isə
tibb fakultəsinin əsasında 1919-cu ilə
təsadüf edir. Demək olar ki, bu kafedra
yubileyi qeyd olunan AXC ilə həmyaşıddır”. V.Şadlinskinin
sözlərinə görə,
kafedraya bir çox dahi şəxsiyyətlər başçılıq
edib. Belə ki, təşkil olunduğu gündən
1920-ci ilə qədər
kafedraya universitetin ilk rektoru və
tibb fakültəsinin
normal anatomiya kafedrasının ilk kafedra müdiri professor V.İ.Razumovski rəhbərlik edib. Daha sonra bu
vəzifəni Corbəy
Urusov (1920-1922), professor
K.N.Malinovski (1922-1926), professor
N.İ.Anserov (1926-1937) daşıyıblar.
1937-1973-ci illərdəv Azərbaycan
Dövlət Tibb İnstitutunun insan anatomiyası kafedrasına
ilk dəfə olaraq milli kadr
– Azərbaycanda elmi anatomiyanın banisi, görkəmli alim və pedaqoq, əməkdar elm xadimi, tibb elmləri
doktoru, professor Kamil Balakişiyev, sonrakı dövrdə isə professor Gülağa Hacıyev, əməkdar elm xadimi, tibb elmləri
doktoru, professor Rafiq Əsgərov rəhbərlik ediblər.
Türk Dünyası
Araşdırmaları Uluslararası
Elmlər Akademiyası
və Rusiya Tibb Elmləri Akademiyasının və akademiki Vaqif Şadlinski təqdim olunan İnsan Anatomiyası Muzeyinin tədris muzeyi olduğunu bildirdi: “Tələbələr meyitlər
və bu sahəyə aid preparatları görmək
üçün bu muzeydə saxlanılan eksponatlara müraciət edirlər. Muzey 2017-ci ildə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
qeydə alınıb.
ATU-da fəaliyyət göstərən bu muzey unikal hesab
edilir. Belə ki, dünyada bu cür fəaliyyət
göstərən bütün
muzeylərin istər sahə baxımından, istərsə də preparat sayı baxımından ən böyüyü məhz Azərbaycan Tibb Universitetindədir. İlk
belə muzey hələ Hippokratın zamanında yaradılıb”.
Tədbirdə çıxış
edən Azərbaycan Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili kimi elan edilməsinə
dair fərmandan irəli gələrək
ilk tədbirin məhz ATU-da keçirildiyini bildirdi. R.Zeyni rəhbərlik etdiyi şəbəkə
haqqında məlumat verərək Milli QHT Forumunun 95 təşkilat tərəfindən təsis
olunduğunu, hazırda
700-ə yaxın üzvü
olduğunu dedi: “Azərbcyanda qeydiyyatdan keçən 4000 QHT-dən
700-ü bizim təşkilatın
üzvüdür. Biz
bütün regionlarda
fəaliyyət göstərən
QHT-lərlə də
əlaqələrimiz var.
Bu il Azərbaycan
Xalq Cümhuriyyətinin
təbliğində, 100 illik
yubileyin keçirilməsində
yaxından iştirak edəcəyik”. Ölkə
Prezidenti tərəfindən
aparılan islahatlar, ictimai nəzarətin və şəffaflığın
təmin olunması üçün bir neçə qurumlarda İctimai Şuralar yaradılıb. Belə Şuralardan biri də Tibb Universitetində
fəaliyyət göstərir.
ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət şurasının
sədri, millət vəkili İlham Məmmədov bu cür tədbirlərin təşkilinin cəmiyyətin
inkişafı, şəffaflığın
artırılması baxımından
çox vacib olduğunu bildirdi: “Prezident İlham Əliyev tərəfindən
bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçiliyimiz və
onun inkişafı ilə bağlı atılan mühüm addım və tariximizə göstərilən
qayğının təzahürüdür.
Azərbaycan Tibb Universiteti də bu tarixin bir
hissəsidir. Burada atılan hər bir addım, aparılan islahatlar, tədris prosesi, eləcə də şəffaflığın qorunması
məqsədilə yaradılmış
ictimai nəzarət və məsləhət şurası universitetin fəaliyyəti və ölkəmizin gələcəyi
üçün çox
vacibdir”. “İki sahil” qəzetinin redaktoru, Şuranın idarə heyətinin üzvü Vüqar Rəhimzadə kafedranın
və xüsusilə muzeyin yalnız burada təhsil alanlar baxımından deyil, bütün cəmiyyət üçün
əhəmiyyətini vurğuladı.
O, bu qurumun fəaliyyətinin milli tibb elmi üçün
misilsiz rolunu qeyd edib: “Muzeyin
fəaliyyəti isə
tələbələrin tədris
prosesində onlara çox böyük köməkdir. Bugünkü
Tibb Universitetinin tələbələri Azərbaycanın
sağlam gələcəyinin
təminatcılarıdır”. Tədbirdə ATU-nun elmi işlər üzrə prorektoru, kafedra müdirləri və müəllimlər
iştirak edirdi. Toplantıdan sonra İctimai Şura nümayəndələrinin iştirakı
ilə ATU-nun İnsan Anatomiyası kafedrasındakı Anatomiya
Muzeyinə baxış
keçirildi. Tibb Universitetində fəaliyyət
göstərən Anatomiya
Muzeyi 550 kv.m sahəni əhatə edir. Muzeydə saxlanılan təxminən
5000 eksponatdan tədris
prosesində istifadə
edilir.
Məmmədov,
Zamin.
İki
sahil.- 2018.- 13 yanvar.- S.-9.