İtaliyada 20 Yanvar faciəsi
ilə bağlı anım mərasimi keçirilib
Azərbaycanın İtaliyadakı səfirliyi və Roma Sapienza Universitetinin
birgə təşkilatçılığı
ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü
münasibətilə tədbir
keçirilib.AZƏRTAC xəbər
verir ki, tədbirdə İtaliyanın
elmi-akademik dairələrinin
nümayəndələri, Azərbaycan və region üzrə tədqiqatçılar, KİV təmsilçiləri, Azərbaycan icmasının
üzvləri, o cümlədən
İtaliyanın müxtəlif
universitetlərində təhsil
alan Azərbaycan və digər ölkələrdən olan
tələbələr iştirak
ediblər.Tədbirdə çıxış
edən Azərbaycanın
İtaliyadakı səfiri
Məmməd Əhmədzadə
ötən əsrin
80-ci illərinin sonlarından
başlayaraq Ermənistanın
Azərbaycana qarşı
ərazi iddialarından
irəli gələn proseslər, 20 Yanvar hadisəsinin acı nəticələri, bu faciənin dünya ictimaiyyətinin diqqətinə
çatdırılması və ona siyasi-hüquqi
qiymətin verilməsində
ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb.
Bu faciənin Azərbaycan xalqının
müstəqillik əzminin
güclənməsinə təsirindən,
ölkəmizin müstəqillik
illərində keçdiyi
yol və bugünkü reallıqlarından
bəhs edib.
Aralıq Dənizi
Araşdırmalar Mərkəzinin
tədqiqatçısı, tarix elmləri doktoru Federiko De Renzi öz
çıxışında əsas etibarilə Azərbaycanın qarşılaşdığı
ədalətsizliklərdən bəhs edib. Bu ədalətsizlikləri
20 yanvarda etiraz edən dinc azərbaycanlı əhaliyə
divan tutulması, habelə Ermənistanın
Azərbaycanın Dağlıq
Qarabağ regionunu və ətraf yeddi rayonu işğal
etməsi fonunda izah edib. Xüsusilə də bütün bu hadisələrdə azərbaycanlılara qarşı
törədilmiş vəhşiliklərə
və cinayətlərə
diqqəti yönəldib.Roma
Sapienza Universitetinin dosenti və tədqiqatçısı Daniel
Pommier Qara Yanvara aparan tarixi mərhələlər,
həmin hadisələrin
gedişatında və
bundan sonra Azərbaycanın məruz
qaldığı ikili
standartlar, azərbaycanlılara
münasibətdə tətbiq
olunan etnik və dini ayrı-seçkilik
barədə danışıb.
Azərbaycanın dünyəvi dəyərlərə,
dinamik vətəndaş
cəmiyyətinə malik
ölkə olduğunu
deyən D.Pommier ölkədə təhsilə
böyük diqqət
yetirildiyini, son illərdə İtaliyada,
o cümlədən Sapienza
Universitetində azərbaycanlı
tələbələrin sayının
artmasının da
bunun göstəricilərindən
olduğunu deyib.Çıxışlardan
sonra Qara Yanvarla bağlı sənədli film nümayiş olunub.
Asiman Əsədov
İki
sahil.- 2018.-20 yanvar.- S.7.