Şəhidlər milli iftixarımızdır

 

20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsində şərəfli yer tutur

 Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov

- Nizami müəllim, xalqımız bu günlər 20 Yanvar faciəsinin 28-ci ildönümünü anır, şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir. Sizcə, 20 Yanvar hadisəsinin Azərbaycan tarixində yeri rolu nədən ibarətdir?

 

- 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsində şərəfli yer tutur. Bilirsiniz ki, o dövrdə sovet imperiyasında xalqların müxtəlif formalarda bu sistemə qarşı etirazları baş qaldırmışdı. İmperiyanın rəhbərliyi isə müxtəlfi vasitələrlə insanları qorxutmağa, susdurmağa çalışırdı. Bu məqsədlə qırğınlar törətməkdən çəkinmirdilər.

 

20 yanvar hadisələri ərəfəsində Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinin xalqın, mənafeyinə zidd olan siyasəti, Azərbaycanın suverenliyi ərazi bütövlüyünə qarşı Moskvanın, şəxsən Mixail Qorbaçovun apardığı məkrli xətt geniş xalq kütlələrinin qəzəbinə səbəb olmuşdu. Respublikada belə bir fikir mövcud idi ki, Azərbaycanın rəhbərliyi Dağlıq Qarabağ məsələsində Moskva ilə sövdələşərək öz xalqına qarşı gizli xəyanətkar planlar həyata keçirir. Azərbaycan rəhbərləri öz yarıtmaz yararsız fəaliyyəti ilə xalqla hakimiyyət arasında keçilməz uçurum yaratmışdı. Məhz həmin dövrdə bir neçə ay Bakıda respublikamızın digər şəhər rayonlarında keçirilmiş izdihamlı mitinqlərdə Azərbaycan rəhbərliyinin istefası tələb olunurdu. Cəmiyyətdə yaranmış qarşıdurmanın siyasi yollarla tənzimlənməsi üçün Azərbaycan SSR-in rəhbərliyi mövcud imkanlardan istifadə etmədi. Bir çox taleyüklü məsələnin həllində Azərbaycan rəhbərliyi aciz olmuş, nəticədə respublikada kəskin hakimiyyət böhranı yaranmışdı.

 

20 yanvara qədər partiya, dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərin, eləcə Bakıda gedən ziddiyyətli proseslərin təhlili göstərir ki, yanvar faciəsi qabaqcadan planlaşdırılmış hərbi əməliyyatın nəticəsi olmuşdu. 1989-cu ilin axırından yanvar hadisələrinə kimi respublika rəhbərlərinin  imzaları ilə Moskvaya ünvanlanan şifroqramlar buna əsaslı sübutdur. Şifroqramlarda Bakıya əlavə daxili qoşun Sovet ordusu qüvvələrinin göndərilməsi tələb olunmuşdu. Bu səbəbdən, Bakıda hərbi qüvvələrin yerləşdirilməsi təminatı ilə əlaqədar müxtəlif hazırlıq işləri aparılmış, hadisələrə bir neçə gün qalmış Bakı şəhərinin xəstəxanaları tələsik boşaldılmış, külli miqdarda yaralıların yerləşdirilməsi üçün hazırlıq görülmüş, Sovet ordusu hərbi qulluqçularının ailə üzvləri təcili surətdə Bakı şəhərindən köçürülmüşdü. Beləliklə, hərbi təcavüz qoşunların yeridilməsi üçün hər cür şərait yaradılmışdı. Qoşunların Bakıya yeridilməsi kommunist rejimini saxlamaq, milli azadlıq hərəkatını boğmaq məqsədinə xidmət edirdi.

 

20 Yanvar faciəsi beynəlmiləlçilik xalqlar dostluğu pərdəsi altında fəaliyyət göstərən SSRİ adlanan bir imperiyanın mahiyyətini açdı, bu dövlətə az-çox inanan insanların inamını sarsıtdı. Xalqın iradəsini qırmaq məqsədilə törədilmiş bu qanlı terror Azərbaycan xalqının milli-azadlıq müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi respublikada siyasi mübarizə yeni bir mərhələyə daxil oldu. Haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş vətən övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızın qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazdılar bununla da 20 yanvar tarixini şərəf ləyaqət tarixinə çevirdilər.

 

Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır. Xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər Xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiram dövlətimiz tərəfindən verilən qiymətdir.

 

- O dövrdə Ümummilli liderimiz Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək  20 Yanvar faciəsi ilə bağlı çıxış edərək Sovet rejiminin xalqımıza qarşı törətdiyi cinayəti bütün dünyaya bəyan etdi. Bu bəyanatın tarixi əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...

 

- Əlbəttə ki, Ümummilli lider Heydər Əliyevin bəyanatı tarixi əhəmiyyətə malikdir. Çünki sovet rejimi özünün törətdiyi qanlı hadisələri gizlətməyə çalışırdı. Ona görə , Azərbaycanı informasiya blokadasında saxlayırdı ölkədən kənara bu qırğın haqda məlumat çıxmasına imkan vermirdi. Belə bir şəraitdə Ümummilli liderimizin bəyanatı müstəsna əhəmiyyət kəsb edirdi. Bilirsiniz ki, Heydər Əliyev uzun illər Azərbaycana rəhbərlik etmişdi hər zaman Azərbaycanda gedən prosesləri izləyirdi. 20 Yanvar hadisələri ərəfəsində Ulu öndər Heydər Əliyev Moskvada təcrid vəziyyətində yaşayırdı. Heydər Əliyev böyük lider kimi Azərbaycana qayıdıb yenə xalqa xidmət göstərmək istəyirdi. Amma Moskva,   Azərbaycanın rəhbərliyi buna imkan vermirdi. Əlbəttə ki, o dövrdə başlayan azadlıq mübarizəsinin önündə Heydər Əliyev kimi böyük lider siyasətçi getsəydi, proseslər tamamilə xalqımızın xeyrinə olacaqdı, Qarabağ məsələsində ermənilər öz məqsədlərinə nail ola bilməyəcəkdilər. Yəni, Heydər Əliyevin rəhbərliyi ilə azadlıq mübarizəsinin qarşısını heç bir qüvvə ala bilməzdi bu mübarizədə haqqında danışdığımız faciə olmayacaqdı. Ona görə , rəhbərlik çalışırdı ki, Heydər Əliyev mümkün qədər bu hərəkatın rəhbərliyindən kənarda qalsın.

 

Bütövlükdə,20 Yanvar faciəsi ilə bağlı  Ulu öndərimizin Moskvada verdiyi bəyanat Azərbaycanın müstəqillik tarixinin ən böyük aktlarından biridir. 1990-cı illərin əvvəlində baş verən hadisələr göstərdi ki, Heydər Əliyev böyük siyasi liderdir məhz bu millətin lideridir. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev tez bir zamanda doğma Vətəni təlatümdən, parçalanmaqdan  xilas etdi.

 

- 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə verildi. Bu barədə deyə bilərsiniz?

 

- Hüquqi-siyasi qiymət ümumiləşmiş formada bundan ibarət idi ki, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı qanlı qırğın törədib. Əlbəttə, hadisənin günahkarlarının da adları açıqlanıb. Moskvanın təcavüzünün qarşısı alınmalıydı, o zamankı respublika rəhbərliyi bu qırğına imkan verməməliydi. Bu hadisəyə görə o dövrdə xalqın azadlıq hərəkatına rəhbərlik edənlər məsuliyyət daşıyırdı.

 1994-cü ildə Milli Məclis tərəfindən bu barədə müvafiq sənəd qəbul olunub. Bu sənəddə hadisənin yaranma səbəbləri, məqsədi, onun iştirakçıları, bu qırğına rəhbərlik edənlər s. bütün təfsilati ilə əksini tapır. Yəni, bu sənəd 20 faciəsi ilə bağlı tariximizdə daim mühüm yer tutacaq. Gələcək nəsillərin, elm adamlarının, eləcə , bu hadisə ilə maraqlanan əcnəbilərin istinad edəcəyi bir sənəd olaraq həmişə özünün önəmini qoruyacaq.

- Nizami müəllim, Azərbaycan hökuməti şəhid ailələrinə lazımi diqqət göstərir, onların qayğıları ilə daim maraqlanır. Sizcə, cəmiyyətimiz tərəfindən bu təbəqəyə münasibət necədir?

- Əlbəttə ki, bütün şəhidlərimiz xatirəsi daim anılmalı, onların alilələri diqqət mərkəzində olmalıdır. Çünki şəhidlər milli iftixarımızdır. Qeyd edim ki, 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Ulu öndər Heydər Əliyev   bu məsələni diqqət mərkəzində saxlayırdı. 20 Yanvar şəhidlərinin adları əbədiləşdirildi, onların ailələri qayğı ilə əhatə olundu. Bu gün Prezident İlham Əliyev tərəfindən bu kurs davam etdirilir 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır.

Bilirsiniz ki, Prezident İlham Əliyev tərəfindən davamlı olaraq şəhid ailələrinə 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslərə verilən Prezident təqaüdləri artırılır. Bu qərarlar bütün cəmiyyətimiz tərəfindən yüksək qarşılanır. Çünki şəhidlərin xatirəsinin daim uca tutulması cəmiyyətimizdə vətənpərvərlik ruhunun daim yüksəlməsi üçün mühüm rol oynayır. Ona görə , cəmiyyətimizdə şəhidlərimizə onların ailələrinə hər zaman yüksək ehtiram bəslənilir.

İki sahil.- 2018.- 20 yanvar.- S.11.