Dünya xalqlarının faşizm əsarətindən
xilasında Bakı neftinin rolu
Azərbaycan SSR hökuməti Bakının havadan bombardman edilməsi və ya işğal ediləcəyi təqdirdə mədənlərin
ləğvi və bərpa işləri ilə bağlı qabaqcadan tədbirlər hazırlamışdı. Bu tədbirlərin həyata keçirilməsi üçün Mərkəzi
Komissiya yaradılmış, hər bir mədəndə operativ qərargahlar, sex və sahələrdə isə obyekt komissiyaları təşkil
edilmişdi. Operativ ləğvetmə qrupları və obyekt komissiyaları quyuların və texnoloji qurğuların sıradançıxarılması tədbirlərini diqqətlə hazırlamışdılar. Quyuların ayrı-ayrı
kateqoriyalarının sıradan çıxarılması
üçün
ciddi növbə
müəyyən edilmişdi. Xüsusən
zəngin olan yataqları ən son məqamda sıradan
çıxarmaqplanlaşdırılırdı ki, onlardan
axıradək neft hasil etmək mümkün olsun.
1942-ci ilin yayında və payızında
cəbhədə çox ağır vəziyyət
yaranmışdı. Almanlar Volqaya yaxınlaşaraq,
Bakıdan
cəbhəyə və sənaye mərkəzlərinə
neft və neft məhsullarının
daşındığı əsas dəmiryolu
magistrallarını vəbirbaşa su yollarını
kəsmişdilər. Bakı-Batumi neft
kəməri sökülmüşdü. Krasnovodsk limanı isə böyük
həcmdəneft məhsullarının, avadanlığın,
yüklərin, habelə adamların qəbulu
üçün zəif hazırlanmışdı. Almanlar
Bakıneftinə can atırdılar
və onlar Qafqazın astanasında idilər. Ölkənin neft bazası olan Bakı ağır
vəziyyətdə idi.Hasil olunan nefti göndərməyə
yer yox idi. Bütün metal çənlər və
yeraltı anbarlar ağzınadək dolu idi. Yeniquyuların qazılmasını dayandırmaq,
işləyən quyuları konservləşdirmək lazım
gəlirdi. Ölkəyə isə getdikcə
dahaçox neft lazım idi. Neftsiz
nə döyüşmək, nə də qələbə
çalmaq mümkün idi.Belə bir şəraitdə
vəziyyətdən çıxmaq üçün qərara
alınmışdı ki, neft hasil edilsin və boru
kəməri ilə Qaraşəhərdəki neftayırma
zavodlarına ötürülsün, orada neftdən yalnız
benzin götürülərək qalıqları
yenidənqaytarılsın və laylara vurulsun. Bu təklif əfsanəyə bənzəsə
də, onu müdafiə edənlər tapıldı. Bu məqsədlə xüsusiquyu ayrılmış
və onun vasitəsilə birbaşa neft layında saxlanmaq
üçün ona yarım milyon ton benzin- siz neftvurulmuşdu. Qeyd etmək lazımdır ki, müharibədən
sonra bu nefti yenidən təkrarən hasil etdilər.Bakıda
isə təxliyəyə hazırlıq işlərinə
başlanmışdı. 1942-ci ilin
payızına qədər 764 quyu basdırılaraq
ləğvolunmağa hazırlanmışdı və qazma
avadanlığının 81 dəsti işçilərlə
birgə Türkmənistana
göndərilmişdi.Bakıdakıbir çox
neft-maşınqayırma zavodları da ölkənin
şərqinə köçürülmüşdü. Qalan müəssisələr isə hərbi
sursatistehsal edirdi. 1943-cü
ilədək Azərbaycan neft sənayesi yeni avadanlıq almadan
işləyirdi. 1942-ci ilinoktyabrında Dövlət
Müdafiə Komitəsinin qərarı ilə neft
üzrə təxminən 11 min mütəxəssis və
böyük miqdardaneft avadanlığı Bakıdan
Tatarıstan, Başqırdıstan və Rusiyanın digər
regionlarına göndərilmişdi və orada
Bakıneftçilərinin və gətirilmiş
avadanlığın köməyi ilə neft hasilatına
başlanmışdı. 1941-ci illə
müqayisədə 1942-ciildə neft sənayesinə kapital
qoyuluşunun həcmi 5 dəfə, 1943-cü ildə isə 9
dəfə azalmışdı. Amma Bakı,
köhnəquyuları bərpa və istismar edərək,
heç bir çətinliyə baxmayaraq cəbhə
bölgəsini neft və neft məhsulları ilə
təminedirdi.
Neftçilər
başlanmış müharibənin həm də neft
uğrunda müharibə olduğunu aydın dərk
edirdilər.
Mexanikləşdirilmiş ordunun neft
məhsullarına - benzinə, mazuta, yağlara və
digəyanacaq növlərinə tələbatıonların
üzərinə böyük məsuliyyət qoyurdu. Ölkənin başlıca yanacaq mənbəyi olan
neft Bakısı cəbhə qaydalarıilə
işləməyə başlamışdı. Ağır sosial-iqtisadi şəraitdə,
quyuların işləməsi üçün lazımi
avadanlığın çatışmadığı
birvəziyyətdə neftçilər çətinlikləri
aradan qaldıraraq plan və öhdəliklərin yerinə
yetirilməsini təmin edirdilər.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1942-ci il 6 fevral tarixli fərmanı ilə 500
neftçi SSRİ-nin orden və
medalları ilə təltif
olunmuş, onlardan 41 nəfəri Lenin ordeninə layiq
görülmüşdü. Elə həmin fərman ilə
nefthasilatı üzrə hökumət
tapşırıqlarını nümunəvi yerinə
yetirdiklərinə görə “Lenin-neft” trestinin 11-ci
mədəni və“Bibiheybət-neft” trestinin 4-cü
mədəni Lenin ordeni ilə təltif edilmiş,
“Lökbatan-neft” trestinin 4-cü
mədəni“Qırmızı Əmək Bayrağı”
ordeninə layiq görülmüşdü.Lakin neft
hasilatında əldə edilmiş səviyyə artıq
1942-ci ildə aşağı düşmüşdü. Bunun
əsas səbəbiaşağıdakılar idi: bir çox
neftçi-mütəxəssislərin cəbhəyə
səfərbər edilməsi, qazma işlərinin
məhdudlaşdırılması,neft-maşınqayırma
zavodlarının müdafiə məhsulları
buraxılışına keçirilməsi və onlardan
bəzilərinin ölkəninşərq rayonlarına
köçürülməsi, başqa
şəhərlərdən göndərilən
materialların həcminin kəskin şəkildə
azalması,boruların bütün növlərinin,
xüsusən də dövrləmə borularının,
taxta-şalbanın, kompressorlar, traktorlar
vəavtomaşınlar üçün ehtiyat
hissələrinin göndərilməsinin, demək olar,
tamamilə dayandırılması (burada qeydetmək yerinə
düşər ki, “Azərneftkombinat” orduya 161 traktor, 1155
avtomaşın, 604 at vermişdi.) Bundanbaşqa,
neft hasilatının aşağı düşməsinin
mühüm səbəblərindən biri də yeni
quyuların qazılmasınındayandırılması və
istismar fondunun kəskin şəkildə azalması idi. Müharibə
neft sənayesinə, o cümlədən
Azərbaycanın neft sənayesinə
əsaslı vəsait qoyuluşunu
çətinləşdirmiş və onun həcminin
azalmasına səbəbolmuşdu.Amma yaranmış
çətinliklərə baxmayaraq, Bakının neft
trestləri, mədənləri, emal zavodları onların
qarşısındaqoyulmuş vəzifələrin yerinə
yetirilməsini təmin etmək üçün istehsalın
yenidən qurulması sahəsində böyük
işaparır və problemlərin aradan qaldırılması
yollarını axtarırdılar.Yerin təkindəki neftin
düzgün texnoloji istismar rejiminin müəyyən
edilməsi sahəsində tədqiqatlar nefthasilatının
artırılmasının mühüm şərti
olmuşdu. Azərbaycan neftçiləri quyu fondları
üzərində səylə çalışaraq,onların texnoloji rejimini
yaxşılaşdıraraq mühüm nəticələr
əldə edirdilər. Onlarca neftçi
yüksək əməməhsuldarlığı
nümunəsi göstərirdi.
Müharibə
şəraiti neftçilərdən avadanlığa
qayğı ilə yanaşmağı, texnikanın
bütün imkanlarından tam istifadəetməyi tələb
edirdi. Fəhlələrin,
mühəndislərin və texniklərin yaradıcı
təfəkkürü neft hasilatının daha da
yüksəlişiyollarının axtarışına
istiqamətlənmişdi. Quyuların
fəaliyyətini təmin etmək üçün
müntəzəm tədbirlər, onlarındebitinin
yüksəldilməsi, hər şeydə ciddi qənaət
hər bir neftçi, üçün qanuna
çevrilmişdi. Alman qoşunları Volqa
çayı sahillərinə çıxdıqları
üçün dünya təcrübəsində ilk
dəfə neftlə dolu dəmir yolu çənləri
üzdürülməklə BakıdanKrasnovodsk limanına
(indiki Türkmənbaşı) çatdırılır,
oradan isə dəmir yolu ilə Orta Asiyadan keçərək
yenidənRusiya ərazisinə
qaytarılırdı.Azərbaycan neftçiləri
Dövlət Müdafiə Komitəsinin qərarlarını
həyata keçirərək yeni uğurlar
qazanmışdılar.Təkcə bunu demək kifayətdir
ki, 1942-ci ildə bütün ölkədə hasil olunmuş
21900 min ton neftin 15719,5 min
tonunu (72%-ni)
Bakı neftçiləri istehsal etmişdilər. Bu, həqiqətən neft və qələbə
uğrunda Azərbaycanneftçilərinin qəhrəmanlıq
mübarizəsi idi. Bakı
neftçiləri döyüşən ordunun, ölkə
sənayesinin, kənd təsərrüfatınınvə
nəqliyyatın yağlarla, dizel və aviasiya yanacağı
ilə fasiləsiz təchiz edilməsi üçün yeni
imkanlar axtarıbtapırdılar. Müharibə
illərində ön və arxa cəbhəyə
göndərilmiş bütün neft məhsullarının
75,2 %-i Azərbaycanınneft sənayesinin payına
düşmüşdü.Yaranmış hərbi
şəraitdə hökumət ölkənin şərqində
neft sənayesinin intensiv inkişafına xüsusi
əhəmiyyətverərək, son dərəcə qısa
bir müddətdə “İkinci Bakı” adı verilmiş
rayonlarda - Başqırdıstanda, Kuybışev və
Permvilayətlərində, Orta Asiya və Qazaxıstanda yeni
neft mədənləri, neftayırma zavodları yaratmaq, Ukrayna
vəQafqaz neft rayonlarının fəaliyyətinin
müvəqqəti olaraq dayandırılması
üzündən baş vermiş itkilərin yerinidoldurmaq
qərarını verdi.Yeri gəlmişkən, ölkənin
ümumi neft hasilatında şərq rayonlarının rolu
hələ müharibədən əvvəl
artmağabaşlamışdı. Hələ
o vaxt yeni neft regionlarının inkişafı
üçün müəyyən işlər
görülmüşdü. Beləi,
hələ 1927-ciildə, I beşilliyin başlaması ilə
ölkənin şərq rayonlarında ehtimal olunan neft
yataqlarının istismarına maraqartmışdı. Ural-Volqa hövzəsində karbohidrogenlərin yer
səthinə neftin nişanələri şəklində
üzə çıxması çoxdanməlum idi. Çar
Rusiyasında da Tatarıstan, Başqırdıstan və Samara
vilayətlərində neft quyularının qazılmasına
cəhdlər olmuşdu, lakin
nəticəsiz qalmışdı, ilk sənaye nefti burada
1929-cu ildə Yuxarı Çusovka adlanan yerdə
neft quyusu qazarkən
təsadüfən alınmışdı. Lakin
rayonda aparılan sonrakı qazma işləri göstərdi
ki, neft bolluğubaxımından bu yerlər perspektivli
deyillər. 1930-cu ildə İ.M.
Qubkinin təşəbbüsü ilə Volqa-Ural
hövzəsindəböyük bir ərazidə geniş neft
axtarış-kəşfiyyat işlərinə
başlanıldı və rayon “ikinci Bakı”
adlandırıldı. SSRİ-ninəsas neft
rayonlarının, xüsusən Bakı neft rayonunun
inkişafına zərərli təsirinə baxmayaraq,
“İkinci Bakı”nın neftrayonuna
çevrilməsi üçün buraya çox böyük
həcmdə qüvvə və vəsait
yönəldilmişdi. “İkinci Âàêı”nın əsasüstünlüyü
yalnız onda idi ki, bu ərazi coğrafi-strateji baxımdan
mühüm mövqedə idi, ölkənin bu
bölgədəartmaqda olan sənaye potensialının neft
məhsulları ilə təminatını
yaxşılaşdıra və bütün Uzaq Şərqin
buməhsullara olan tələbatını təmin edə
bilərdi. Lakin müharibə ərəfəsində
(1940-cı il) burada hasil edilən neftümumi hasilatın
yalnız 6%-ni (1,9 mln ton) təşkil
edirdi. Beləliklə, müharibədən əvvəlki
dövrdə “İkinciÂàêı”nın inkişafına
yönəldilmiş bütün səylər gözlənilən
nəticəni vermədi, çünki kəşfiyyat
işləri dayaz laylardaaparılırdı.Lakin 1942-ci
ildə yaranmış vəziyyət bu planları misli
görünməmiş sürətlə həyata
keçirməyi tələb edirdi.Dövlət Müdafiə
Komitəsi Bakı neftçilərinə müraciət
edərək, xam neft yataqlarının işlənilməsi,
neft hasilatınınhər vasitə ilə
sürətləndirilməsi üçün onları ayaq
dəyməmiş perspektivli neft rayonlarına köçməyə
çağırmışdı.Ölkə Bakı
neftçilərinə ən böyük əmək
qəhrəmanlığına qadir olan qvardiyaçılar
kimi qiymət verir və rəğbətbəsləyirdi.
Öz işlərinin şanlı ustaları, neft
istehsalının komandirləri, yüksək ixtisaslı
mühəndis-texniki işçilər,neft hasilatı və
quyuların təmiri üzrə ustalar, öz peşəsinin
vurğunu olan adamlar “təkərlər üzərində”
idilər.Səfərin bütün xərcləri
hökumət tərəfindən maliyyələşdirilirdi.
Gedənlər həm də hökumət hesabına isti paltar,ərzaq və pul ilə təmin
olunurdular. Bakı limanından
sərnişin gəmiləri və tankerlər adamları
və avadanlığı özqoynuna alıb Krasnovodska üz
tutur, orada isə onları qatarlar gözləyirdi. Bakıdan
Şərqə fasiləsiz olaraq neft
avadanlığı, alət
və mexanizmlər gedirdi. Bakıdan
Krasnokamska tanınmış mütəxəssis Ə.
Tağıyevin rəhbərliyiilə turbin qazması
üzrə eksperimental kontor da yola düşmüşdü. Qeyri-adi
sərt hava şəraitində bakılılar dərhalmaili
qazma işlərinə başlayaraq, eyni zamanda turbobur
konstruksiyasını və texnoloji
prosesitəkmilləşdirmişdilər.Bakı
neftçiləri son dərəcə qısa
müddətdə “İkinci Bakı” rayonlarında
kəşfiyyat, hasilat və emal işlərini
hərvasitə ilə sürətləndirməyə
başlamışdılar. 1944-1945-ci illərdə Uralda,
Tatarıstanda, Başqırdıstanda, Kuybışev (Samara)
vilayətlərində və Türkmənistanda fontan
vurmuş ilk quyuların kəşf olunub
işlənməsində Bakıgeoloqlarının,
qazmaçılarının və mühəndislərinin
fədakar əməyi danılmaz idi.1941-1945-ci illər
müharibəsi dövründə Azərbaycanın neft
sənayesi əməkçiləri mühüm rol
oynayırdılar.Onlar sovet qoşunlarının
alman-faşist işğalçıları
üzərində qələbəsinə həqiqətən
əvəzsiz töhfə vermişdilər.
Onlarmədənlərdə və neft emalı zavodlarında
gecə-gündüz, bəzən də bir neçə
gün dalbadal növbə çəkirdilər,
lakin“mühərriklərin qam” olan Bakı yanacağı
döyüşən orduya fasiləsiz göndərilirdi.1943-cü
ilin axırında Bakı ətrafında təhlükə
sovuşan zaman Bakı neft sənayesinin bərpası
başlandı. Cəbhəxətti
getdikcə Bakıdan uzaqlaşırdı. Artıq
1942-ci il dekabrın ortalarında
Dövlət Müdafiə Komitəsi Bakının
neftmədənlərində qazma işlərinin
bərpası barədə qərar vermişdi. 1943-cü ilin axırlarından etibarən qazma
işləriintensivləşməyə başlamış,
neft-kəşfiyyat işləri də bərpa edilmişdi. 1944-cü ilin son aylarında Bakının
neftmaşınqayırma zavodları neft sənayesinin
ehtiyaclarını, demək olar ki, tamamilə ödəyirdi. İndiki
Suraxanı,Binəqədi, Bibiheybət
və Qaradağ rayonlarında dörd yeni qazma kontorunun
təşkil edilməsi qərara alınmışdı.
İlkvaxtlar avadanlığı, demək olar,
hissə-hissə əldə edirdilər, sonralar az miqdarda olsa da, ABŞ-dan
avadanlıqgətirilmişdi. Lazım olan
kadrları veteranlar və təqaüdçülər,
habelə cəbhədən qayıdan əlillər
sırasından seçirdilər.Qazmaçıları
və köməkçiləri isə qadınlar, qızlar
və yeniyetmələr əvəz edirdi. Belə bir şəraitdə
müharibədənəvvəlki istismar-qazma işinin
səviyyəsinin tez bir zamanda bərpa olunmasını
gözləmək çətin idi. Buna görə
də,Dövlət Müdafiə
Komitəsinin qərarı ilə minlərlə gənc, ordu
sıralarına çağırışdan azad
edilərək neft sənayesinəgöndərilmişdi.
Sonralar onların sırasından Sosialist Əməyi
Qəhrəmanları Qurban Abbasov, Musa Bayramov,
Yusif Fərzəliyev, Məmməd Qəmbərov, Qaraş
Əmirov, Məmməd Dünyamalıyev və
başqaları kimi məşhur neft,
qazma, tikinti və təmir ustaları
yetişmişdi. Dövlət Müdafiə Komitəsi
həmçinin yüksək ixtisaslı neft
mütəxəssislərinin ordu
sıralarından vaxtından əvvəl tərxis olunması
barədə də qərar qəbul etmişdi. Müalicəsibaşa çatmış neftçi
əsgərlər qospitaldan birbaşa zərbəçi neft
cəbhəsinə göndərilirdilər.Lakin
görülən bütün tədbirlərə baxmayaraq,
avadanlıq və alətlərin çatışmaması
üzündən vəziyyətiyaxşılaşdırmaq
mümkün olmurdu. Dörd mindən
çox ləğv edilmiş və
dayandırılmış quyunu bərpa etmək
üçüntexnikaya ehtiyac var idi. Bakının
neft mədənlərində hasilatın səviyyəsi
aşağı düşməkdə idi. Belə bir vəziyyətdərespublika
hökuməti kəşfiyyat məqsədilə qazma
işlərinin, neft hasilatı və emalının
həcminin artırılması uğrundaneftçilərin
mübarizəsinə başçılıq edirdi. Maşınqayırma
zavodları bütün sutka ərzində
işləyərək müxtəlif neft
avadanlığı və
alətləri - bucurqadlar, rotorlar, nasoslar, baltalar və s.
hazırlayırdılar.Göründüyü kimi,
müharibənin yaratdığı bütün bu
çətinliklərə baxmayaraq Bakı
neftçilərinin əsl
şücaətinəticəsində həm cəbhə,
həm hərbi sənaye, həm də ölkə
iqtisadiyyatı neft və neft məhsulları ilə lazımi
qədərtəmin olunmuşdu. Azərbaycan neft sənayesi
1941-45-ci illər müharibəsi dövründə İttifaq
fonduna 75,2 milyonton xam neft (bu ittifaqda istehsal olunan neftin 75%-i idi-
C.B.) və onun emalından 22 milyon ton
müxtəlifçeşidli neft məhsulları vermişdi.
Cəsarətlə demək olar ki, Bakı nefti və onu hasil
edən şanlı Azərbaycanneftçilərinin fədakar
əməyi alman faşizmi üzərində qələbə
çalınmasında və dünyanın bu böyük
fəlakətdənqurtuluşunda ən mühüm
amillərdən biri oldu
Cəbi Bəhramov
İki sahil.-2019.-5 aprel.-S.-3.