BSU rektoru Dövlət Təhlükəsizlik
Xidmətinin medalı
ilə təltif olunub
Bakı Slavyan Universitetinin
(BSU) Elmi Şurasının
aprelin 8-də keçirilmiş
geniş iclasında universitetin rektoru, professor Nurlana Əliyevaya Dövlət Təhlükəsizlik
Xidmətinin (DTX) rəhbərliyi
tərəfindən “Azərbaycan
Respublikası dövlət
təhlükəsizliyi və
xarici kəşfiyyat orqanlarının 100 illiyi
(1919-2019)” medalı təqdim
olunub.
Medalı universitetin rektoru, professor Nurlana Əliyevaya DTX-nin rəsmiləri təqdim ediblər. Təqdimetmə mərasimində
çıxış edən
DTX-nin rəsmi nümayəndəsi medalın
N.Əliyevaya Azərbaycan
dövlətçiliyinin, ölkənin
milli təhlükəsizliyinin
qorunmasında göstərdiyi
əvəzsiz xidmətlərə,
vətənpərvər və
təəssübkeş gənclərin
tərbiyəsi sahəsindəki
çoxillik ardıcıl
fəaliyyətinə görə
verildiyini bildirib. Sonra söz alan BSU - nun rektoru Nurlana Əliyeva ona göstərilən diqqət və etimada görə minnətdarlığını bildirib.
O, Ulu Öndərin müəyyən etdiyi siyasi kursun möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla həyata keçirildiyini vurğulayıb,
dövlətimizin nüfuzunun
dünya arenasında gündən-günə yüksəldiyini
qeyd edib. N.Əliyeva bundan sonrakı bütün həyatını
Azərbaycan dövlətçiliyinin
qüdrətlənməsinə, inkişafına sərf edəcəyini söyləyib.
İki sahil.-
2019.- 10 aprel.- S.7.