Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif edilib
Azərbaycanın
xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir
Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif
olunub.
Universitetdən AZƏRTAC-a
bildirilib ki, “Macarıstanın Xidmətlərinə
görə Komandor Xaçı”nı Hafiz Paşayevə Macarıstanın
Azərbaycandakı səfiri
Viktor Sederkenyi təqdim edib. ADA Universitetində keçirilən
mərasimdə səfir
ölkəsinin Prezidenti
Yanoş Aderin adından təbrikləri
çatdırıb və
mükafatı təqdim
edib. O vurğulayıb
ki, Hafiz Paşayev bu ali ordenə Macarıstan-Azərbaycan əməkdaşlığının
strateji səviyyəyə
çatdırılması, ölkələrimiz arasında
mədəni və elmi sahədə münasibətlərin möhkəmləndirilməsində
töhfəsinə görə
layiq görülüb.
Mükafata görə təşəkkürünü
ifadə edən Hafiz Paşayev bildirib ki, ali
ordeni bütün ADA Universiteti adından qəbul edir və bundan sonra iki ölkənin
elmi icmasını yaxınlaşdırmaq üçün
daha həvəslə
səy göstərəcək.
O deyib: “Hər iki tərəf üçün mümkün
sayda çox tələbə təhsilləndirmək
vacibdir ki, gələcəyimiz əmin
əllərdə olsun”.
Mərasimdən sonra işçi
görüş zamanı
səfir Viktor Sederkenyi bu günlərdə
Azərbaycana səfər
edən Macarıstanın
xarici siyasət və ticarət naziri Peter Siyartonun
ADA Universitetindəki çıxışı
barədə yüksək
təəssüratını bölüşüb. O qeyd
edib ki, nazir ADA-nın tələbə və müəllim heyəti qarşısındakı çıxışını
və daha sonra dinamik sual-cavab
sessiyasını səfərinin
yaddaqalan hissəsi kimi xatırlayır.
Rektor Hafiz Paşayev
səfirlə söhbəti
zamanı hələ Sovet İttifaqı dövründə Macarıstana
alim kimi etdiyi mübadilə səfərini xatırlayıb
və bildirib ki, Macarıstan elmi, xüsusilə də nüvə fizikası sahəsi yüksək səviyyəli
mütəxəssisləri ilə seçilirdi.
Tərəflər ADA Universitetinin Macarıstanın
hazırda üç
ali təhsil ocağı ilə imzaladığı əməkdaşlıq
anlaşmalarının nəticələrini
nəzərdən keçirib,
artan sayda tələbə və müəllim heyəti üzvünün mübadilə
proqramlarında iştirakını
məmnunluqla qeyd ediblər. Vurğulanıb
ki, ADA Macarıstan universitetlərinə 27 nəfər
göndərməklə, qarşı
tərəfin 7 tələbəsini
mübadilə semestrlərinə
qəbul edib. Tərəflər bu rəqəmləri daha da artıracaqlarını
bildirilər. ADA Universitetində
Vışeqrad Qrupunun
25 illik yubileyinin elmi konfransla qeyd edilməsi də əməkdaşlığın
uğurlu nəticələrindən
biri kimi qeyd olunub.
İki sahil.- 2019.- 11
aprel.- S.4.